12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

"Keşlə"nin antirekordu

“Keşlə” tarixinin antirekorduna imza atıb.
 
Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, paytaxt klubu bunu Topaz Premyer Liqasının IV turunun “Neftçi” ilə matçında rəsmiləşdirib. Səfərdə 0:2 hesabı ilə uduzan Mladen Milinkoviçin komandası startda qələbəsiz oyunlar seriyasını 4-ə çatdırıb.
 
1999/2000 mövsümündən güclülər dəstəsində çıxış edən komanda heç vaxt yarışa belə uğursuz başlamayıb. Əvvəl “Xəzər Universiteti”, sonra “İnter” adını daşıyan “Keşlə” ən pis halda 4-cü oyununda ilk qələbəsini qazanıb. Buna 1999/2000, 2012/13 və 2013/14 mövsümlərində təsadüf olunub. Lakin bu dəfə 4-cü matç da qələbəsiz başa çatıb.
 
Cari mövsümdə ilk 4 qarşılaşmada cəmi 1 xal qazanan “Keşlə” həm də bu göstəricidə antirekordla üzləşib. Bu, komandanın tarixində ən zəif nəticədir. 1999/2000 və 2013/14 mövsümlərində ilk 4 oyunda 3 xal qazanan bakılılar bundan da zəif start götürüb.
 
Qeyd edək ki, “Keşlə” bu mövsüm “Sabah”a 0:1, “Səbail”ə 1:2, “Neftçi”yə 0:2 hesabı ilə uduzub, “Zirə” ilə heç-heçə edib – 2:2.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31