7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

Kosova çempionu olan azərbaycanlı legioner olacaq

Ötən mövsümü Kosovada “Drita”nın heyətində çempionluq sevinci yaşayan Amit Quluzadə komandadan ayrıldı.

Futbolxeber.az saytının məlumatına görə, yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasında oynamaq imkanı olsa da, o, yenidən ölkə xaricinə yollanmağa hazırlaşır. Belə ki, Quluzadəyə Yunanıstanın “Doxa” klubundan təklif gəlib. Əgər tərəflər razılıq əldə etsə, transfer gerçəkləşəcək. Karyerası ərzində “Kayseri Ərciyyəspor”, “Atletiko”(Lissabon), “Larissa” kimi klublarda legioner həyatı yaşamış Quluzadənin yunan klubu ilə bir illik müqavilə imzalayacağı gözlənilir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31