16 Avqust 2026, Bazar günü
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu

Ölkə futbolu

"Qəbələ" böyük klubdu, daima əsas heyətdə oynamağım real deyildi"

“Qəbələ”də qalmamağıma səbəb az oynamağım idi. Oynamaq şansım az olurdu. Bu da mənə sərf etmirdi”.

Bunu Futbolxeber.az saytına açıqlamasında Yusif Nəbiyev deyib.

“Qəbələ”nin futbolçusu qarşıdakı mövsümü “Sumqayıt”a icarə əsasında oynayacaq. Nəbiyev daha çox oynamaq şanı qazanmaq üçün “Gənclik şəhəri” təmsilçisinə keçdiyini söyləyib: “Mən gənc oyunçuyam və daima oynamaq istəyirəm. “Qəbələ” böyük klubdu, orada həmişə start heyətində oynamağım real deyildi. Sənan Qurbanovla söhbətim olmayıb. Rəhbərliklə söhbətimiz oldu, sağolsunlar məni başa düşdülər”.

Gənc futbolçu “Sumqayıt”da işlərinin yaxşı gedəcəyinə inandığını dilə gətirib: “Sumqayıt” mənim üçün yad komanda deyil. Əvvəllər də burada oynamışam. İşlərimin yaxşı alınması, komandaya kömək etmək üçün əlimdən gələni edəcəm”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31