3 Dekabr 2024, Çərşənbə axşamı
Elmar Baxşıyevdən qələbə şərhi
Redon Cica “Qarabağ”dan ayrılır?
Millimiz Kiprə də məğlub oldu
“Neftçi” “Qarabağ”la bacarmadı

Ölkə futbolu

“İstədiyimiz səviyyədə deyilik”

Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “Keşlə” ilə bərabərə qalan (1:1) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransı təşkil edilib. Futbolxeber.az saytının məlumatına görə, Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
 
- Adətən, qonaq komanda mətbuat konfransına daha tez gəlir. Siz isə bir qədər gec gəldiz. Gecikməyə səbəb nə idi?
 
- Komanda rəhbərliyi paltardəyişmə otağına gəlmişdi. Onlarla danışırdıq. Gecikməyə səbəb bu idi. 
 
- Komandadan razı qaldız?
 
- Yeni sistemlə çıxış edirik. Heyətdə yeni futbolçular var. İstədiyimiz səviyyədə deyilik. Anlaşma o səviyyədə deyil. İnanıram ki, oyundan-oyuna düzələcək. Düzdü, nəticə də lazımdı, ancaq nəticədən də əsas komanda formalaşdırmaqdı. Biz Premyer Liqada yeni komandayıq. Çalışırıq ki, növbəti mövsüm üçün yaxşı komanda formalaşdıraq.
 
- Bu gün yeni sistemlə çıxış etdiz. Bütün oyunlarda bu sistemdən istifadə edəcəksiz?
 
- Çox çətin sistemdi. Hələ bu barədə qərar verməmişəm.
 
- Vüqar Nadirov qol epizodunu qaçırdıqdan sonra onu əvəzlədiz. Bu, həmin epizodla bağlı deyildi ki?
 
- Yox, əvəzetmələri əvvəlcədən planlaşdırmışdıq. İstəyirdim ki, yeni oyunçulara da şans verim,
 
- Bu gün Kərim Diniyevi yeni mövqedə sınadız...
 
- Kərim komandaya yeni gələndə onunla danışdıq və o həmin mövqedə çıxış edə biləcəyini dedi. Onun üçün yeni mövqedi, inanıram ki, gələcəkdə hər şey öz qaydasına düşəcək.




< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2024
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31