Ölkə futbolu
Getdi...
Qapıda duran, bir növ həm də gözətçi olan orta yaşlı eynəkli kök qadının rusca həyacanlı səsi gəlir:
- Prişel! Şef prişel!
Onun gəldiyini eşidən kimi də bir adam ortalıqda qalmır. Hamısı bir göz qırpımında otağına getmir, qaçır. Xaqani Məmmədov da qaçır, Melik Həsənov da və orda olan kim vardısa, hamısı... Kimsə məni də çağırır:
- Durma burda, hirslənəcək. Gəl, gir otağa...
Ətrafı vahimə bürüyür. “5 mərtəbə”nin, Füzuli meydanının yaxınlığındayam, “Hüsü Hacıyev, 42”də. AFFA-nın binasında. İndi bu ünvanda gərək ki, böyük bir mağaza yerləşir. İçəri girəndə diqqətimi sərt baxışları çəkir. Elə zəhmlidi ki... Kobud şəkildə soruşur:
- Kimsən sən?
- Jurnalistəm.
Yenə də eyni kobudluqla “Hə, yaxşı...” deyib sürətlə otağına gedir.
Qəbul otağına yaxınlaşıb köməkçisinə müsahibə götürmək istədiyimi deyirəm.
- Bu gün yox! Fuad Ənvəroviç zanitdi...
***
- Yığılıb bir dəstə küçə adamı, mənim istefamı tələb edir. A kişi, razve bunlardan futbol idarə edən olar? Gedib rəhbəri olduqları klubları düzəltsinlər də!
AFFA-da mətbuat konfransında deyir bunu. Portuqaliya Futbol Federasiyasının prezidenti də yanındadı. Azərbaycanla Portuqaliya millisi oynayacaq. Bu axşam hamı Bakıda Luiş Fiqu, Rui Koşta kimi ulduzların oyununa baxacağını düşünür. Amma oyun yarımçıq dayanır. Bir rəzalət yaşanır. O boyda beynəlxalq matçda stadionun projektorları təxribat nəticəsində söndürülür (ertəsi gün oyun bərpa olunur, 90+4-də Fiqu qol vurub Portuqaliyanı məğlubiyyətdən qurtarır).
***
- Fuad müəllim, vaxtınız varsa sizinlə müsahibə eləmək istəyirəm.
Bu dəfə daha kobud danışmır. Mehribandı. “Hə, əlbəttə, 5 dəqiqə sonra gəl otağımda söhbət edək...”
***
- Neçə yaşın var?
- 19.
- Haralısan?
- Qarabağlıyam.
- Niyə torpaqlarınızı tələb eləmirsiniz? Geri almırsınız?
- Gərək müharibə olsun ki, torpağı da geri alaq.
- Xətrinə dəyməsin e. Mən özüm də qarabağlıyam, əslimiz şuşalıdı. Amma hamımız yatmışıq.
Söhbətimizi Portuqaliya Futbol Federasiyasının prezidentinin otağa girməsi bölür. Onunla ehtiramla görüşür. Məni göstərib deyir: “Bu cavan oğlan jurnalistdi. Tanış olun”.
Qonağını yola salır. Müsahibəyə başlayırıq... Ertəsi qəzetdə çap olunur. Aləm dəyir bir-birinə.
***
- Fuad müəllim, Tərlanın mükafatı hazırdı. Problem olmayacaq?
- A kişi yox e, nə problem ola bilər ki...
Respublika stadionundayam. 2000-ci ildi. Milli İsveçlə “DÇ-2002”nin seçmə oyununa çıxacaq. Matçdan əvvəl "525-ci qəzet"in adından Tərlan Əhmədova ilin ən yaxşı oyunçusu mükafatını təqdim etməliyik. Stadionun əməkdaşı durumu öyrənən kimi hay-şüvən salır.
- Nə danışırsan, nə mükafat? Dünya çempionatının oyunudu e...
- AFFA prezidentinin xəbəri var.
- Mümkün deyil.
İşə düşdük də. Kömək etməsi üçün direktor Akif İsmayılovu axtarıram, tapa bilmirəm. Bu vaxt Fuad Musayevi elə bil Allah yetirir. Yaxınlaşıb narahatlığımı bildirirəm. Stadionun əməkdaşını yanına çağırır:
- Niyə problem yaradırsan?
- FİFA-nın komissarı icazə verməyəcək.
- Problem yoxdu, qoy camaat mükafatın versin.
- Fuad müəllim, axı...
- Ay eşşək, sənə dedim, problem yoxdu də!
...Oyundan əvvəl ilin futbolçusu mükafatı Tərlan Əhmədova təqdim edilir.
***
Telefona zəng gəlir.
- Salam, Aydın. Danışan Fuaddı, Musayev... Atamın 100 illiyi ilə bağlı bir yazı var. Onu xahiş edərdim, qəzetdə çap etdirəsən.
- Əlbəttə, Fuad müəllim.
***
- Sənə təşəkkür edirəm. Yazını dərc etdirdiyin üçün. Bu yazı mənə çox dəyərlidi.
- Dəyməz. Futbolumuza baxırsınızmı?
- Hə. Baxıram. Məni bəyənmirdilər. Gör indi futbolu nə günə qoyublar. Bizim vaxtımızda pul yox idi, amma futbolçu kişi kimi oynayırdı. Zaur Tağızadəni yetişdirdik, Rəşad Sadıqovu yetişdirdik, Aliyev Samir. Gör nə oyunçular vardı. İndikilər futbolun içinə “s...lar”.
- Necədi səhhətiniz?
- Belə də, yaşlanırıq. Elə bir şey qalmayıb. Ölüb gedəcəyik.
- Elə deməyin...
***
Və dünən o kişi öldü. Futbolda nələr etdi, nələr edə bilərdi, amma etmədi, ya da gücü çatmadı, bunlar həmişə müzakirə olunacaq. Amma dəyişməyən, müzakirə olunmayacaq bir həqiqət var. O, daha aramızda yoxdu, bu dünyadan gedib.
Əsl şəxsiyyət, mərd bir kişi kimi!
Allah Fuad Musayevə rəhmət eləsin!
Aydın BAĞIROV, qol.az
17.06.2017
Redaksiyadan: Bu gün, yanvarın 11-də AFFA-nın ilk prezidenti Fuad Musayevin 80 yaşı tamam olur. Fuad Musayevə bir daha Allahdan rəhmət diləyirik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:23
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
-
09:00
Mahir Emreli: “Rəqib dişimizə görə idi”
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
-
10:15
"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
09:52
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
22:33
Daha iki cüdoçumuz dünya çempionu oldu
-
20:15
Ayxan Abbasov: “Sabah qalib gəlmək istəyirik”
-
19:54
Rəhman Daşdəmirov: “Tacikistan millisi futbol oynaya bilir”
-
19:00
Aneqlovski: “6 il əvvəlki ilə indiki Azərbaycan millisini müqayisə etmək istəməzdim”
-
18:48
Nazarov: “Azərbaycandan təklifim olmayıb”
-
18:31
“Qarabağ”dan fanşopla bağlı yenilik
-
18:16
Azərbaycan və Yunanıstan arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
-
17:53
Güləş millilərimizin məşqçiləri üçün təlim proqramı təşkil olunub
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
24.09.2026
23.09.2026
22.09.2026
























