Ölkə futbolu
Qurbanov: “Məni pul maraqlandırmır”
AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra millimizin yeni baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunub.
- İlk yoxlama görüşü Gürcüstanla olacaq. Bu simvolikdir, yoxsa təsadüf?
- Gürcüstanla razılaşdırılıb. Amma ola bilər ki, Antalyada bundan əvvəl başqa komanda ilə qarşılaşaq.
- Yoxlama oyunlarının Bakıda kənarda keçirilməsini istərdinizmi?
- Rayonlardakı stadionlara baxmaq lazımdır. O bölgələrdə futbol olması üçün çalışmalıyıq. Ondan sonra bu barədə düşünmək olar. Bu, gələcəyin işidir.
- Millətlər Liqasına kimi neçə yoxlama görüşü nəzərdə tutulub?
- İstərdim ki, oyunların sayı çox olsun. Mart və may ayına da toplanış planlaşdırılıb. Komanda tapmaq çətindir. Çalışacağıq ki, oyunların sayı çox olsun.
- Siz də milliləşdirmə siyasətini davam etdirəcəksiniz?
- Futbolda mütləq ən yaxşısını axtarmalıyıq. Öz futbolçularımız varsa, bundan maksimum istifadə edəcəyik.
- Millilərin məşqçilərini məsləhət görərkən hansı keyfiyyətlərə önəm verdiniz?
- Çətinlik çəkdik. Rəşad Sadıqovdan başlayım. Mənim futbol fəlsəfəmi yaxşı bilir. Gənclərə üstünlük verməyimizin səbəbi odur ki, hər birinin potensialını bilirik. Ola bilər ki, ağır, çətin olsun. Onların hər biri bu yaxınlarda PRO kateqoriyasını alacaqlar. Zaur Həşimov mənim yanımda çox olub. Vüqar Məmmədovun illlərdi millilərdə təcrübəsi var.
- Millinin əvvəlki heyətində çox dəyişiklik olacaq?
- Hər bir futbolçunun milliyə düşmək şansı olacaq. Rəqibdən asılı olaraq, dəyişikliklər ola bilər. Bəlkə də, hər oyunda 4-5 dəyişiklik edildi. Köhnələrdən 4-5 nəfər də çağırılmaya bilər.
- Daha bir neçə köməkçiniz ola bilərmi?
- Bəli, 1 və ya 2 yeni köməkçi də ola bilər.
- Oyunçu seçimi zamanı onun hansı çempionatda oynamasına fərq qoyacaqsınız?
- Təəssüf ki, bəzi futbolçularımız klublarında əsas heyətdə oynamırlar.
- Futbolçuların ölkə xaricinə çıxması baxımından bir sistem qurmağı düşünmürsünüz?
- Bu, böyük mövzudur. Bunlar mütləq olmalıdır. Amma desək ki, dərhal qaydasına qoyacağıq, alınmayacaq. Futbolçudan əvvəl yetişdiriləsi insanlar var. Məsələn, məşqçi, həkim, hətta masajçı. Bu insanların sağlam olması çox vacibdir. Bu gün nə idman həkimimiz, nə fizioterapevtimiz var. AFFA rəhbərliyi ilə bundan sonra daha tez-tez görüşlərimiz olacaq. 8-10 yaşlı uşaqları sağlam insanlara tapşırmalıyıq. Onların həkimləri özləri sağlam, savadlı olmalıdır. Bundan sonra bu barədə daha çox düşünəcəyik. Bu insanların yetişməsi üçün kurslarımız olacaq. Görüləsi işlər çoxdur.
- Robert Prosinçeki aşağı liqalarda oynayan futbolçuları milliyə çağırmırdı. Məsələn, Renat Dadaşovu. Siz də bu cür edəcəksiniz?
- Əlbəttə, futbolçularımızın hazır olmasını istərdik. Bəziləri əsas heyətdə oynamırlar. Amma ola bilər ki, bəzi adlar görəsiniz.
- Rauf Əliyevin 3-cü klubda oynaması üçün FİFA-ya müraciət etmək fikriniz varmı?
- Mənə aid olmayan məsələdir. Rauf “Keşlə”də oynaya bilər. Açığı, Raufun belə duruma düşməsinə çox üzüldüm.
- Qeyri-sabit çıxışı ilə seçilən Kamran Ağayevə güvənəcəksiniz?
- İstərdim ki, bir yox, bir neçə qapıçımız olsun. Rəşad Əzizlini də qeyd etmişəm. Başqa namizədlər də var. Səlahət Ağayev və Anar Nəzirov zədəlidir. Oyunçu seçimimiz azdır. Əlimizdə olan, layiq olanarı dəvət edəcəyik. Milli futbolçunun insani keyfiyyətləri də yüksək olmalıdır. Buna çox önəm verirəm. Milli üzvü nümunədir. Davranışı sıfır olan futbolçu millidə olmayacaq.
- Aşağı yaş qruplarında bir məşqçi olur və komandanın texniki bazası olmur. Bunlara diqqət ayrılacaqmı?
- Hər sahənin öz mütəxəssisi var. Meydança ilə bağlı cavab verə bilərəm. Avropanın hər yerində süni örtüklü meydança var. Bundan get-gedə uzaqlaşmaq lazımdır. Meydança salmaq asan, saxlamaq çətindir. Təkcə ot örtüyündə məşq olsa, yenə yararsız hala düşəcək. Əlbəttə, müəyyən yaş həddi çatdıqdan sonra ot örtüyündə oynamaq vacibdir. Avropa komandaları səviyyəsində olmaq üçün onların standartları ilə getməliyik.
- Son günlər sizin qazancınızla bağlı yazılar dərc olundu. Bununla bağlı sizin fikirləriniz maraqlıdır...
- Burda məni pul maraqlandırmır. Futbolçu olanda da, heç bir rəhbərdən pul tələb etməmişəm. Qürurla futbolumuza xidmət etmək istəyirəm. Bəzi sahələr var ki, oranı inkişaf etdirməliyik. Bununla bağlı Elxan müəllimlə müzakirə aparmışıq. Gəlib təkcə komandanı hazırlamaq ən asan yoldur. Futbol sahəsindəki bütün insanların keyfiyyəti yüksək olmalıdır. Özüm başda olmaqla, hamının sağlam olmasını istəyirəm. İşimə bu gün hər kəs tərəfindən dəyər verilirsə, bunlar mənim üçün ən böyük dəyərdir.
- Milliləşdirmə ilə bağlı problemlər var. Nəticənin vacibliyini nəzərə alaraq, öz prinsiplərinizdən müəyyən dərəcədə çəkilə bilərsizmi?
- Çox istərdim ki, azərbaycanlı futbolçular yuxarı səviyyəyə qalxsın. Onların inkişafı çox önəmlidir. Onların ətrafında kimlər oynayır? Mən “Qarabağ”a gələndə yeganə əcnəbi Admir Teli idi. Get-gedə legionerlər cəlb etdik. Sırf yerlilərlə oynasaydım, bəlkə də, mənə hörmətiniz daha çox olacaqdı. Amma hansısa mövqedə problem varsa, bunu düzəltmək vacibdir. Futbolçuları ən yaxşı səviyyəyə gətirə bilsək, bizim ən böyük nailiyyətimiz olacaq. Məsələn, “Qarabağ”da 4 müdafiəçimiz zədəli idi. Bizdə hələ legioner var, bu problemlə üzləşirik. Düşünürəm ki, qərarımı normal qarşılayacaqsınız. Çox istəyərəm ki, azərbaycanlı futbolçularla birlikdə uğur əldə edək. Amma biz ölkəmizi təmsil edirik. Lazım olduğu qədər bütün mövqelərdə sağlam rəqabətə çalışacağıq. Ola bilsin ki, bəzi dəyişikliklər edilsin. Bədavi Hüseynovun hələ nə vaxt qayıdacağı bəlli deyil. Digər oyunçuların da yaxşı inkişafı üçün ətrafdakılar sağlam olmalıdır.
- Rövnəq Abdullayev AÇ-2020-dən danışdı. AFFA rəhbərliyi sizdən nə tələb edib və sizin vədiniz nə olub?
- Mənim də prinsipim belədir ki, əlimizə düşən şansdan yararlanaq. Millətlər Liqasından çıxmaq şansımız varsa, bundan yararlanmağa çalışacağıq. Bir çox klublarımız bizdən qat-qat üstün olublar. Amma bu gün onlar yoxdur. Çünki çox tez vaxtda uğur istəyiblər. Milli komandalarda hər şeyin pillə-pillə getməsini istəyirik. Aşağı yaş qrupundan oyunçuları elə hazırlamalıyıq ki, onlar sabit qalsınlar. Futbolçuların valideynləri bu gün onlara çox mane olurlar. Tanıdığım belə oyunçular var. Biz hətta valideynləri də futbolda düzgün formalaşdırmalıyıq. “Çelsi”nin akademiyasında oldum. Onların ən böyük problemi valideynlərlə bağlı idi. Onlarla ayrıca görüşlər keçirirlər. Uşaqla yanaşı, onun valideyni, ətrafı da komandanı sevməlidi. Uşağın insani keyfiyyətlərini düzəltməsək, heç vaxt yaxşı futbolçu olmayacaq.
- Deyilənə görə, əsas şərtlərinizdən biri o olub ki, Premyer Liqada komandaların sayı artırılsın. Ancaq Rövnəq müəllimin dediklərindən belə çıxır ki, yenə 8 komanda olacaq...
- Xeyr, belə demədi. Əvvəlki mövsümlərdən danışırdı. Mən də komandaların sayının artmasını isttəyirəm. Amma komandalar çempionatı yarımçıq tərk edəcəksə, 1-ci divizionda alqı-satqı olacaqsa, bundansa, olmasa yaxşıdır. Görsək ki, 10 komanda hazırdır, bunu müzakirə edəcəyik.
- Futbolçu süni meydançada yetişirsə, necə sağlam futboldan danışa bilərik?
- İllər keçdikcə süni meydanların sayı azalır. Aşağı yaş qrupunda futbolçu süni meydana görə zədələnmir. O, düzgün qidalanmır, düzgün məşq keçmir. Düzgün həkim varmı? Bütün bunlar dövlət səviyyəsində olmalıdır. Futbolçunu kim yetişdirməlidir? Yaxşı məşqçi, sağlam həkim.
- “Çelsi”nin bazasında neçə süni meydança var idi?
- “Çelsi”nin 32 məşq meydançası var. Bir üstüörtülü süni meydança var idi. 32 meydanın 28-dən istifadə olunurdu. Onlar da deyirlər ki problemlərimiz var. Bu gün onların da problemləri varsa... Bizim problemlərimiz arasında süni örtük də var. Bunun hamısını indi düzəltmək mümkün olan şey deyil. Burda maliyyə tərəfi də önəmlidir. AFFA neçə komandaya sponsorluq edir. Ancaq bir müəssisənin üzərinə güc düşməməlidir. UEFA da bu məsələyə diqqət ayırır. Onların da köməyi var.
- Millətlər Liqasında Ermənistan yığması ilə qarşılaşa bilərik. Buna münasibətiniz...
- Səhv etmirəmsə, bu, finalda ola bilər. Qaldı ki, heç kim düşmənlə qarşılaşmağı arzulamazdı. Bunu düşünməyərək və rəqibin kimliyindən asılı olmadan, əlimizdə kiçik bir şans varsa, ondan yararlanmağa çalışacağıq.
- “Qarabağ”ın oyun sistemində hansısa dəyişiklik olacaqmı?
- Bizim burda vaxtımız azdır. “Qarabağ” mənim öz komandamdır, daim bir yerdə oluruq. Millidə isə 4-5 dəfə toplaşırıq. Ümumi tələblər eyni olacaq. Dəyişiklik rəqiblərin kimliyinə görə dəyişəcək. “Qarabağ”la hələ il yarımlıq müqaviləm var. Biz bunun ətrafında müzakirə aparmamışıq. Hər iki yerdə işləmək çox çətindir. Amma bu etimadı doğrultmağa çalışmalıyam.
- Rahid Əmirquliyevin millidə kapitanlığının dəyişdirilməsi mümkündür?
- Rahid bütün futbolçulara nümunədir. Çox istərdim ki, digər oyunçular da həm futbolda, həm də futboldan kənarda özlərini onun kimi idarə etsinlər. Onun millidə oynaması və kapitan olması bu günün məsələsi deyil. Toplanış zamanı birlikdə baxmalıyıq. Ola bilər ki, kapitanı dəyişməyək. Ola bilər ki, müəyyən müddətdən sonra dəyişdirilsin.
- Millidə hansısa mükafat sistemi olacaqmı?
- Hər hansı bir sistem olacaq. Rəhbərliklə bu barədə hələ görüşümüz olmayıb. İstəmirəm ki, verilən mükafat üzə çıxsın. Heç kimin qazancında gözüm yoxdur. Çalışırıq hər kəs layiq olduğunu əldə etsin (qol.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:21
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
-
09:00
Mahir Emreli: “Rəqib dişimizə görə idi”
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
24.09.2026
23.09.2026
























