19 Sentyabr 2026, Şənbə
“Neftçi" və "Qarabağ" qalib gəldi
Azərbaycan Kubokunun püşkü atıldı
Millimizin heyəti açıqlandı
VI turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Səbail”dən ilk sülh

Topaz Premyer Liqasının “Sumqayıt”la səfər qarşılaşması “Səbail” üçün ilklə əlamətdar olub. Futbolxeber.az saytının PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, debütant yüksək dəstədə özünün ilk heç-heçəsinə imza atıb - 0:0. Bu turadək cari mövsüm aktivində bərabərlik olmayan yeganə komanda olan Samir Əliyevin yetirmələri özünün 12-ci matçında 1 xal qazanıb. Bunadək 4 qələbə və 7 məğlubiyyəti olan bakılılar 11 matçlıq heç-heçəsizliyə son qoyub.

Azərbaycan çempionatları tarixində ən uzun heç-heçəsiz oyunlar seriyası “Şəfa”ya məxsusdur. Paytaxt klubu 1996-98-ci illərdə texniki nəticələr sayılmadan ardıcıl 51 dəfə ya qalib gəlib, ya da uduzub. “Şəfa” Azərbaycan yığması (U-18) adı altında çıxış etdiyi 1997/98 mövsümünü bərabərliksiz başa vurub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30