30 May 2025, Cümə
Millimiz İngiltərəyə qalib gəldi
Mustafazadə final oyunu haqda
“Difai” I Liqadakı yerini qorudu
Konate rəsmən “Zirə”də

Ölkə futbolu

"Onlardan razı qala bilmərəm"

Topaz Premyer Liqasının V turu çərçivəsində “Kəpəz”i evdə 2:0 məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçsonrası mətbuat konfransı keçirib. Futbolxeber.az xəbər verir ki, təcrübəli mütəxəssis yetirmələrindən razı qalıb.
 
- Komandamdan razı qaldım. Bilirdik ki, "Kəpəz" daha çox müdafiəyə diqqət yetirəcək. Çempionlar Liqasından sonra çempionat oyununa çıxmaq istər-istəməz bir qədər çətin olur. Lakin yetirmələrimdən və nəticədəb razıyam.
 
- Şehiçin cəzalanması xəbəri nə dərəcədə həqiqətəuyğundu?
 
- Bizimlədi. Olsa belə, bu cür məlumatları heç kimə bildirmirik.
 
- Pedro və Elyunusinin oyunundan razı qaldınız?
 
- Onlardan razı qala bilmərəm. Çünki hələ komandaya uyğunlaşa bilməzlər. Üstəlik ÇL-dən sonra daxili çempionata köklənmək çətindi. 
 
- Uzun müddətdən sonra Dani Kintana meydana döndü. Məmnun qaldınız?
 
- Sevinirəm ki, qol vurdu. Ancaq yanvardan bəri demək olar futbol oynamırdı. Formasını bərpa etməsi üçün 5-6 oyuna ehtiyac var. Ancaq əzmkarlığı, qol vurması bizi sevindirdi.
 
- Ağabala Ramazanovu 23-lükdə görmədik. Səbəbi nə idi?
 
- Son məşqdə əvvəlki zədəni, əzələsindəki ağrıları hiss etdi. Risk etmək istəmədik. Sabah daha geniş informasiyamız olacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31