Ölkə futbolu
Vaqif Sadıqov: "Bütün günahı sırf Yaşar Vahabzadənin üstünə atmaq düzgün deyil"
“Yaşar Vahabzadənin vəzifəsindən getməsi bizim üçün də gözlənilməz qərar oldu. Məşqçilər Komitəsi olaraq toplanıb bunu müzakirə edəcəyik”.
Futbolxeber.az saytının məlumatına görə, bunu AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadənin müqaviləsinə xitam verilməsinə münasibət bildirərkən deyib.
58 yaşlı mütəxəssis bildirib ki, İsrail və İrlandiya yığmaları ilə Avropa çempionatının seçmə mərhələ matçlarında 1:3 hesablı məğlubiyyət yalnız baş məşqçinin nöqsanları üzündən baş verməyib. Onun sözlərinə görə, yığma daha əvvəl Y.Vahabzadənin rəhbərliyi altında uğurlu nəticələr əldə edib: “Belə məğlubiyyətdən sonra bütün günahı sırf Vahabzadənin üstünə atmaq düzgün deyil. Gərək, ona dayaq olmaq üçün imkan yaradaq. Yaşar müəllim 3 ay əvvəl bizə "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qalibiyyət sevinci bəxş edən baş məşqçidir. Daha əvvəl gənclər yığması ilə uğurlu nəticə əldə edib. Yəni, Avropa çempionatının seçmə mərhələsindəki zəif göstəriciləri sırf onunla bağlamaq olmaz. Lakin görünür, özü də yorulub və ona görə vəzifəsindən gedib. Vahabzadə hesabat verərkən, orada olmadığım üçün müqaviləsinə xitam verilməsi barədə dəqiq nəsə deyə bilmərəm. Lakin onun özünün istefa verdiyini təxmin edirəm. Belə başa düşürəm ki, bu, istefadır və AFFA İcraiyyə Komitəsinin iclasında təsdiqini tapacaq”.
V.Sadıqov yığma komandalarda yer alan milliləşdirilmiş futbolçuların zəif çıxış etmələrinin ictimaiyyətin narazılığına səbəb olmasına da toxunub. O, deyib ki, milliləşdirmə prosesi müvəqqəti xarakter daşıyır: “Dünyada gedən proseslərdən kənar qalmamalıyıq. Çoxlu sayda əcnəbi oyunçuya ehtiyac olmasa da, tələb olunan bəzi mövqelərə tək-tük milliləşdirmə ola bilər. Lakin bu, öz oyunçularımızı yetişdirib yüksək səviyyəyə çatdırana qədər müvəqqəti xarakter daşıyacaq”.
Təcrübəli mütəxəssis Məşqçilər Komitsənin Y.Vahabzadənin gedişindən sonra boşalan posta öz namizədlərini irəli sürməyə hazır olduqlarını söyləyib. V.Sadıqov milliyə rəhbərlik etməyə namizəd göstərilən Rəşad Sadıqov və Tərlan Əhmədov variantlarına da münasibət bildirib: “Hər ikisi milli komandada işləməyə layiq olan insanlardır. Daha əvvəl yığmalara baş məşqçi təyinatı zamanı Məşqçilər Komitəsinin üzvləri ilə də məsləhətləşmələr aparılıb. Bu dəfə də təcrübəli mütəxəssislər olaraq bir neçə namizəd təklif edə bilərik. Azərbaycanda bu yükün altına girə biləcək yerli mütəxəssislər var”.
Qeyd edək ki, sentyabrın 6-da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə Avropa çempionatının seçmə mərhələsində İsrail və İrlandiya yığmalarına 1:3 hesabı ilə uduzduqları hər iki matçla bağlı AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hesabat dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında 57 yaşlı mütəxəssisin U-21 yığmasının baş məşqçisi kimi müqaviləsinə xitam verilib.
report
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
14:15
Viçko Şevel: “Rəqibdən daha yaxşı idik, 2 xal itirdik”
-
13:46
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
-
13:01
AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib
-
12:39
5 boksçumuz Avropa çempionatının finalına yüksəlib
-
11:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:43
Veronika Jilina Almatıda keçirilən yarışda 6-cı yeri tutub
-
10:14
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi VİDEO
-
09:52
Mahir Emrelinin komandası yenə xalsız qaldı
-
09:40
Dünya çempionatı: Bu gün dörd cüdoçumuz tatamiyə çıxacaq
-
09:30
"Qalatasaray" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:20
"Zirə" "Şamaxı"ya, "Sumqayıt" "Qəbələ"yə qarşı
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz"in "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
10.10.2026
09.10.2026
08.10.2026
























