3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanovun oğlu: "Atamın qərarını gözləyirdim"

“Qarabağ”ın U-19 komandası “Neftçi”dən Ağdam klubunun əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlını transfer etməklə diqqət çəkib.
 
Futbolxeber.az xəbər verir ki, UEFA Gənclər Liqasına qatılacaq Rəşad Sadıqovun məşqçilik etdiyi 19 yaşlıların iştirak ərizəsi artıq qitə futbol qurumuna təqdim edilib. 
 
Siyahıda adı olan Musa Qurbanlı açıqlama verərək atasının əsas komandasına baş məşqçilik etdiyi Ağdam klubuna transferindən danışıb: “Əslində “Qarabağ”a transferim xüsusi bir şey deyil. Atamın qərarını gözləyirdim. U-19 komandasının baş məşqçisi Rəşad Sadıqovun təklifi və istəyi də rol oynadı. Razılıq da olunca “Qarabağ”a gəldim”.
 
Gənc  oyunçu UEFA Gənclər Liqasında oynamaq üçün “Qarabağ”a gəlmədiyini bildirib: “Mən sırf UEFA Gənclər Liqasında oynamaq üçün “Qarabağ”a gəlməmişəm. Sadəcə inkişaf etmək üçün, daha irəli getmək üçün burdayam. Transfer ediləndə də məqsəd bu olmayıb. Gənclər Liqasında oynayacağım da dəqiq deyil. Sadəcə adım siyahıda var. Əlbəttə ki, belə komandalara qarşı oynamaq böyük fəxrdir, təcrübədir. Şans qazansam, təbii ki, sevinəcəm”. 

qafqazinfo.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28