Ölkə futbolu
"Rəqib bizdən üstün idi" - Prosineçki
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki səfərdə Norveçə 0:2 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra yerli və AFFA tərəfindən Norveçə aparılmış azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az xəbər verir ki, xorvatiyalı mütəxəssis komandasının istəksiz olduğunu bildirib.
- İlk növbədə, rəqibi qələbə münasibətilə təbrik edirəm. Təəssüf ki, komandam son oyunlardakı çıxışını göstərə bilmədi. Rəqibdə daha çox istək var idi, bizdən üstün idilər. Bu gün bizim günümüz deyildi. Bir neçə şansımız olsa da, rəqib bizdən çox üstün idi. Ona görə də qələbəyə bizdən çox layiq idilər. 3 gündən sonra bizi növbəti oyun gözləyir. San-Marino ilə matça hazırlaşacağıq.
- Namiq Ələsgərovla Mahir Mədətovu start heyətə sürətli oyun istəyilə saldığınızı demişdiniz. Sürətli oyun istəyiniz niyə alınmadı, alındısa, razı qaldınızmı?
- Bəli, istədiyimi onlarda hardasa gördüm. Problem onda idi ki, çoxlu səhvlərə yol vermişik və asanlıqla toplar itirmişik. Qapımızda topları penaltidən və avtoqoldan gördük. Bugünkü məğlubiyyətin səbəbi çoxlu səhvlər idi. Belə səhvləri Norveç kimi komanda bağışlamır. Bizim də qol şanslarımız var idi. Amma istədiyimiz oyunu komandam sərgiləyə bilmədi.
- Penaltiyə səbəbkar olan və qırmızı vərəqə alan Bədavi Hüseynovun çıxışını necə dəyərləndirərdiniz: zəif oyunu fiziki cəhətdən çatdırmaması ilə bağlı deyildi?
- Bu gecə Bədavinin günü deyildi. Futbolda oyunun alınmadığı hallar olur. Amma məsələ təkcə onda deyil. Çoxlu top qəbulundan sonra hücuma keçərkən ötürmələrdə səhvlərə yol vermişik. Yüngül top itkilərindən rəqib istifadə edirdi. İlk yarı qolsuz bitsəydi, matç başqa cür alına bilərdi. Rəqib şanslarından yararlandı. 3 gündən sonra Bədavinin mövqeyində kimin oynayacağına məşqlərdən sonra qərar verəcəyəm.
- Sizə elə gəlmirmi ki, əksər futbolçular özlərini əsas heyət üzvləri saydıqları üçün istənilən oyunu sərgiləmirlər?
- Mən belə düşünmürəm. Bəlkə sizə elə gəlir? Rəqib bizdən üstün idi. Bunu qəbul etmək lazımdır. Norveç güclü komandadır. Bu rəqiblə asanlıqla oynaya bilmərik. Komandamda istək var idi. Lakin çoxlu səhvlər üzündən bunu 90 dəqiqə ərzində göstərə bilmədik.
- Kamran Ağayev son oyunlarda xeyli səhvə yol verir. Bəlkə növbəti oyunlarda Anar Nəzirova şans verəsiniz?
- Razıyam ki, Kamran Ağayev son 6 ayda klubsuz idi, təcrübəsi az idi. Çexiya çempionatında ötən tur meydana çıxdı. İkinci qolda onun səhvi yox idi. Çünki Rəşad Sadıqov avtoqol etdi. Növbəti oyunlarda kimin qapıda duracağı barədə suala hələlik cavab verə bilmərəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























