11 Noyabr 2026, Çərşənbə
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Ölkə futbolu

“Qarabağ” Pedro ilə anlaşdı

"Qarabağ" növbəti transferini reallaşdırmağa hazırlaşır.
 
Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubu Yunanıstanın PAOK klubunda forma geyinən Pedro Enrikenin keçidini reallaşdırmaq üzrədir. Yunanıstan mətbuatının yaydığı xəbərə görə, klublar arasında bir neçə gündü davam edən danışıqlar yekunlaşıb. Razılaşmaya görə, 27 yaşlı yarımmüdafiəçi Ağdam klubunda icarə əsasında çıxış edəcək.
 
Hazırda klublar arasında kiçik detallar müzakirə olunur. Əgər hər-hansı problem olmasa, "Qarabağ" klubu yeni transferini tezliklə rəsmən açıqlayacaq. 
 
Qeyd edək ki, daha öncə “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə “Renn” klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30