11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

"Qarabağ" legionerindən 2 həftəlik məhrum oldu

“Qarabağ”ın futbolçusu Donald Gerryenin durumuna tam aydınlıq gəlib.
 
Futbolxeber.az saytının məlumatına görə, haitili yarımmüdafiəçi qarşıdakı 2 həftə ərzində yaşıl meydanlardan uzaq qalacaq.
 
Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə cavab matçında zədələnən Gerrye oyunu erkən dayandırmalı olmuşdu. 28 yaşlı futbolçu bu səbəbdən ölkə çempionatında “Qəbələ” ilə matçı buraxmışdı.
 
Gerryenin zədəsinin ciddi olduğu, onun uzun müddətə sıradan çıxdığı istisna edilmirdi. Lakin tibbi müayinədən sonra Haiti millisinin üzvünün 14-15 günə hazır olacağı üzə çıxıb.
 
Qeyd edək ki, Donald Gerrye “Qarabağ”a bu yay Türkiyənin "Alanyaspor" klubundan keçib.

apasport.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31