Ölkə futbolu
Qurban Qurbanov: “Prezidentin oyunlarımızı izləməsi bizə əlavə motivasiya verir”
Azərbaycan tarixində ilk dəfə futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanovun müsahibəsi.
- “Qarabağ” ÇL-in qrup mərhələsində İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko” və İtaliyanın “Roma” klubları ilə qarşılaşacaq. Rəqiblərinizi necə dəyərləndirərdiniz?
- Burada dəyərləndiriləsi bir şey yoxdur, hamısı tanış rəqiblərdir. Üç ən güclü çempionatın təmsilçilərinə qarşı oynayacağıq. Bu kollektivlərin oyunlarını dəfələrlə izləmişik. Bilmirəm, ayrı-ayrılıqda hansını digərindən üstün sayım. Madrid “Atletiko”su son dörd ildə 2 dəfə ÇL-in finalında oynayıb. “Çelsi” və “Roma” da məlumdur. Hər üçü güclü klubdur. Düşünürəm ki, Azərbaycan futbolunu sevdirmək, marağı artırmaq baxımından əlimizə çox böyük şans düşüb. Bu cür klubların Bakıya gəlməsi və “Qarabağ”ın İngiltərə, İspaniya və İtaliyada səfər oyunlarında iştirakı təbliğat baxımdan faydalıdır. Elə indidən xarici mediada klubumuz haqqında yazılar dərc olunur. “Qarabağ”ın məcburi köçkün komanda olduğu, torpaqların işğal edildiyi vurğulanır. Ümumən bizim üçün çox böyük uğur oldu.
- Püşkdən öncə “Qarabağ”la eyni qrupa düşməsini arzuladığınız klub vardı?
- Açığı, məndə heç vaxt belə fikir olmayıb. Püşkü gözləmişəm. Çünki istənilən komanda ilə düşə bilərik. Heç vaxt hansısa komandanın düşüb-düşməməsini istəməmişəm.
- Prezident İlham Əliyev avqustun 24-də “Qarabağ”ın kollektivi ilə görüşündə Sizin oyunlar zamanı təmkinli davrandığınızı xüsusi qeyd etdi. Ümumiyyətlə, bu qəbul barədə təəssüratlarınız necədir?
- Çox xoş oldu. Hamı cənab Prezidentin Azərbaycan futbolunu nə qədər izlədiyini, maraqlandığını bir daha gördü və hiss etdi. Elə məni götürək: Prezidentlə ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya “Honka”sını 2:1 hesabı ilə məğlub edib, “pley-off”a düşəndən sonra telefon danışığımız oldu. Həmçinin, 2004-cü ilin dekabrında Avropa Liqasının qrup mərhələsində İtaliya “İnter”i ilə məlum oyundan sonra o, bizi qəbul etdi. İndi də bizimlə görüşdü. Deməli, daim oyunlarımızı izləyir və bizlərə qayğı göstərir. Belə olan halda, biz daha da məsuliyyətli olmaq, işimizə çox vaxt ayırmaq üçün çalışmalıyıq. Bunu etməliyik ki, pillə-pillə irəliləyə bilək. “Qarabağ” olaraq, üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışmalıyıq. Təkcə azarkeşlərin və medianın deyil, prezidentin də oyunlarımızı izləməsi bizə əlavə motivasiya verir, bizi daha da məsuliyyətli edir.
- “Qarabağ”da nail olduğunuz uğurlar və qarşıya qoyduğunuz məqsədlər bəllidir. Bəs şəxsi hədəfiniz nədir: Milli komandada və ya xaricdə baş məşqçi kimi çalışmaq istəyiniz varmı?
- Heç bir şəxsi hədəfim yoxdur. Məqsədim harada olsam, ölkəmizə layiqincə qulluq etməkdir. Vətənin borcunu verməliyik. “Qarabağ”dayamsa, bura ən məsuliyyətli yerdir. Əvvələr də qeyd etmişəm ki, əsgərlərimizin gecəsi-gündüzü yoxdur. Əsgərlərimiz çox əziyyət çəkirlər. Aprel döyüşlərində nə qədər oğullarımız dünyalarını dəyişdilər, azyaşlı uşaqlarımız yetim qaldılar. Bizim isə şəraitimiz çox yaxşıdır. Rahat yaşayır, gəzir, istirahət edirik. Hədəfim işimi layiqincə yetirməkdir.
- ÇL-in qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın təmsil etdiyi Ağdama səfəri gözlənilirmi?
- Özünüz də görürsünüz, qrafik çox sıxdır. Əvvələr dəfələrlə şərait və imkan olub, getmişik də. Bu gün heç bir söz deyə bilmərəm. Hər şey göz qabağındadır. Futbolçuların durumunu görürsünüz. Ailələrinin yanına gedib, normal istirahət edə bilmirlər. Ona görə də qarşımıza qoyulan belə bir məsələ yoxdur ("Report")..
report
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
12.11.2026
11.11.2026
10.11.2026
























