11 Avqust 2026, Çərşənbə axşamı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

"Qarabağ"ın qapıçısı: “Şaxtyor”la bir qrupa düşmək istəyərdim”

Topaz Premyer Liqasının 3-cü turunda “Qəbələ”ni üzərində 2:1 hesablı qələbədən sonra "Qarabağ"ın qapıçısı Anton Kanibolotski jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın xəbərinə görə, ukraynalı qolkiper öncə oyunla bağlı fikirlərini bildirib:

- Çətin oyun olacağı gözlənilən idi. Çempionlar Liqasındakı ağır səfər matçından sonra bərpa olunmaq lazım idi. Sevindirici haldır ki, müsbət nəticə qazandıq.

- Artıq 3 turdur çıxış etdiyin Premyer Liqamızla bağlı fikirləriniz necədir?

- Hər şey müsbətdir. Təəssüratlarım yaxşıdır və razıyam.Azarkeşlər stadionlara gəlir və dəstək olur. Ukraynada isə son zamanlar azarkeşlər az hallarda oyunlara gəlirdilər.

- Bosniyalı həmkarın İbrahim Şehiçlə rəqabət barədə nə söyləyə bilərsən?

- Rəqabət hər yerdə var. Bizə ancaq işləmək qalır. Seçim isə baş məşqçidədir.

- Çempionlar Liqasının qrupunda "Roma", "Atetiko" və "Çelsi" ilə qarşılaşacaqsınız. Rəqiblər barədə nə düşünürsünüz?

- Maraqlı qrupa düşmüşük. Rəqiblərimiz güclüdür. Çətin sınaqlar olsa da, oynamağa ümid verən komandalardı.. Nəyəsə ümid edirik. Yaxşı çıxış etmək üçün əlimizdən gələni edəcəyik.

- Sabiq komandan "Şaxtyor"la eyni qrupa düşmək istəyərdin?

- Bəli. Özümüzün gücünü görmək istəyərdim. Amma bu rəqiblərə görə də şadıq.

- “Şaxtyor”un heyətində “Çelsi”ni ÇL-in qrupda saxlamışdınız. Həmin oyun barədə xatirəniz necədir?

- Unudulmaz hisslərdir.

- "Qəbələ"ylə üz-üzə gəldiyin həmyerlilərin var idi. Onlarla heç qarşılaşmışdın?

- Dmitri Bezotosnı və Vitali Verniduba qarşı oynamışdım. Maraqlı və gərgin oyun oldu. Ukraynada da belə olurdu (qol.az).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31