Ölkə futbolu
Qurban Qurbanov: “Bu suallardan yorulmuşam”
“Ağır oyun idi. Bu oyunda məğlub olmağa da hazır idim. Şükür ki oyunçularımız yaxşı mübarizə apardılar. Rəqibin sürətli hücumları zamanı bəzi boşluqlar verirdik. Bu gün rəqib də qalib gələ bilərdi. Onlara gələn oyunlarda uğurlar arzulayıram”.
Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qəbələ” ilə oyundan (2:1) sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
- Məğlubiyyətə də hazır olduğunuzu dediz, ancaq oyunun gedişində bəzi əsas futbolçularınızı meydana buraxdız...
- Bir var 90 dəqiqə oynasınlar, bir də var 45 dəqiqə. Əvvəldən meydanda olsalar, yorğunluq özünü göstərərdi.
- Yeni transferlər olacaq?
- Artıq bu suallardan yorulmuşam. Bizə futbolçu lazımdı. Ancaq ona görə yox ki, heyətimiz zəifdi. Sadəcə, istəyirəm ki, əlimdə daha çox futbolçu olsun. Görürsüz ki, bir neçə oyunçumuz zədəli olanda onları əvəz edə bilmirik. Buna görə, daha çox futbolçumuzun olmasını istərdik.
- Bu gün əsas heyətə şans vermədiz. Ancaq bir neçə dəqiqə bəs etdi ki, əsas oyunçulara şans verməklə bu matçın taleyini həll edəsiz. Bu, sizi narahat etmir ki?
- Qətiyyən yox. Bu barədə qətiyyən düşünmürük. Çempionatda yaxşı vaxtlarımızda da çox xal itirmişdik. Buna görə, qətiyyən rahatlaşmaq olmaz. Bizim üçün hər oyun çətindi.
- Millinin oyunu ilə bağlı fasilə yaranacaq. Bu, sizin hazırlığınıza təsir etməyəcək ki?
- Əksinə, milliyə dəvət olmayan oyunçulara yaxşı təsir edəcək. Onlar istirahət etmək imkanı əldə edəcəklər. Ancaq milliyə dəvət olunan futbolçular üçün ağır olacaq. Ayın 8-də və 12-də ardıcıl ağır oyunlar keçirməli olacaqlar.
- Düşünmürsüz ki, çempionluq uğrunda 3 komanda mübarizə aparacaq...
- Çempionat hələ yeni başlayıb. Həddindən artıq diqqətli olmalıyıq.
- Komanda Çempionlar Liqasında ev oyunlarını Olimpiya stadionunda keçirə bilər?
- Hər komandanın özünün stadionu var, hansı ki, həmin stadionda daha rahat oynayırlar. Biz də istəyərdik ki, azarkeşlərimiz 30 min yox, 70 min olsun. Ancaq bunu hərtərəfli müzakirə etməliyik. Ordakı şəraitin necə olduğunu müəyyənləşdirməliyik. Məsələn, bizə bu stadionda oynamaq daha çətindi, nəinki Tofiq Bəhramovda. Respublika stadionuna öyrəşmişik.
- ÇL-də rəqiblər çox güclüdü. Komandanın əsas məqsədi nədi?
- Bizim əsas məqsədimiz ildən ilə inkişaf etməkdi. Məncə bu, bizim futbolun inkişafı üçün təkan olacaq. 3 böyük ölkənin klubu ölkəmizə gələcək. Hansısa vəd vermək istəmirəm. Sadəcə, onu deyim ki, oyunumuzla azarkeşləri razı salmağa çalışacağıq.
- İkinci hissədə risk edərək Bədavi Hüseynovu meydandan çıxartdız. Daha sonra isə digər müdafiəçi Yakub Jezniçakı meydana buraxdız. Bunun səbəb nə idi? Eksperiment alınmadı?
- Bədavini hücum xəttini gücləndirmək üçün çıxardım. Bununla, həm də mərkəzi gücləndirdim. Düzdü, bir az riskli oldu. Lakin Rahid Əmirquliyev təcrübəli futbolçudu və müdafiədə də yaxşı çıxış etdi. Sona 15 dəqiqə qalmış Maksim Medvedevin yerinə Yakub Jezniçakı buraxdım. Çünki Maksikm yorulmuşdu.
- Ağabala Ramazanov və Dani Kintana nə vaxt komandaya qoşulacaq?
- Ağabala artıq dünəndən komanda ilə məşq edir. Kintananın isə nə vaxt qayıdacağı hələ ki, bəlli deyil. Həkimlərin qərarını gözləyirik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- "Barselona" - "Rayo Valyekano" matçında 7 qol
-
16:49
Formula 1 Azərbaycan Qran-prisinin qalibi məlum oldu
-
16:00
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
-
15:51
"Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
-
14:27
"Formula 1" üzrə Azərbaycan Qran-prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
12:38
“Neftçi”nin üzvü Hondurasa qol vurdu, komandası qalib gəldi VİDEO
-
12:09
"Formula 2": Rafael Kamara Bakıda qalib oldu
-
11:45
"Qarabağ"ın legioneri millisinə qələbə qazandırdı VİDEO
-
11:23
“Neftçi”nin yarımmüdafiəçisi Burkina Fasodan 1 xalla qayıtdı
-
10:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:32
Boks millimiz Avropa çempionatında tarixi nailiyyətə imza atıb
-
10:17
“Qarabağ” və “Zirə”nin futbolçuları Seneqala qarşı oynadılar
-
10:00
Türkiyə öz meydanında Fransaya uduzdu VİDEO
-
09:41
"Zirə" də Çempionlar Liqası ilə vidalaşdı
-
09:24
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
-
23:18
Daha bir boksçumuz Avropa çempionu oldu
-
23:05
Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
26.09.2026
25.09.2026
24.09.2026
























