30 Oktyabr 2025, Cümə axşamı
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Ölkə futbolu

Roman Qriqorçuk: “Yeganə çarəmiz budu ki...”

Topaz Premyer Liqasının 3-cü turunda səfərdə “Qarabağ”a 1:2 hesabıyla məğlub olan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun iştirakı oyundan sonra mətbuat konfransı keçirilib.

- Artıq 3-cü turda əsas rəqibiniz “Qarabağ”a məğlubiyyət sizin motivasiyanıza necə təsir etdi?

- Bu, mənim motivasiyama heç cür təsir edə bilməz.

- Bu gün komandada nə çatışmadı?

- Komandada ustalıq çatışmırdı. Bir də, bəzi səhvlərə yol verdik. Ustalıq səviyyəsi elə şeydi ki, futbolçunun “qabında” olmalıdı. Əlbəttə, ustalıq səviyyəsi yaxşı olan futbolçularımız da var.

- Legioner limiti komandanın oyununa necə təsir edir? “Qarabağ”da Mahir Mədətov var, hansı ki, bu oyunda əsas simalardan idi. Ancaq “Qəbələ”də bu cür futbolçular yoxdu...

- Bu problemi həll etmək çətindi. Belə bir imkan görmürəm. Yeganə çarəmiz budu ki, əlimizdə olan gənc futbolçuları inkişaf etdirək.

 - Bu gün matçın baş hakimi sərt oyuna şərait yaradırdı. Bu sizi narahat etmirdi ki?

- Bu gün hakimlik çox yüksək səviyyədə idi. Məncə, əla idi.

- Komandadan ayrılan Xavyer Ernandes açıqlama verib ki, bilmirəm məni niyə komandaya dəvət etmişdilər. Bu barədə nə deyə bilərsiz?

- Xavyer Ernandes yaxşı oyunçudu. O indi başqa komandanın futbolçusudu. Ona sadəcə, uğurlar arzulayıram (apasport.az).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31