Ölkə futbolu
”Neftçi” nə vaxtadək uduzacaq?
...Dünən, təxminən 20:00 radələrində “Dalğa Arena”dan ayrılanların əksəriyyəti Mərdəkana gəlişini vaxt itkisi hesab edirdi. Jurnalistləri başa düşmək olar, iş məcburidir. Bir dostumuzun dünən oyundan öncə Feysbukda yazdığı kimi, “camaat “Dalga Beach”ə gedir, biz isə “Dalğa Arena”ya...
“Əksəriyyəti” sözünü əbəs yerə işlətmədim. Çünki dünən “Səbail” - “Neftçi” oyununa Mərdəkanda tamaşa edənlərin böyük hissəsi məhz nominal qonaqlara azarkeşlik edirdi. Adını daşıdığı Səbaildə heç düz-əməlli azarkeş toplaya bilməyən “Səbail”in Mərdəkanda dəstəksiz qalmayacağına inanmaq absurd olardı.
YENƏ DƏ “FORZA NEFTÇİ”
“Neftçi”nin fanatlarından danışmamışdan öncə azarkeşlik mövzusuna son qoymaq düzgün olmazdı. Həmişəki kimi, “Forza Neftçi” yenə də “ağ-qaralar”ı tək qoymamışdı. “Neftçi”sevərlər matçın taleyi həll olunan qol vurulana qədər komandaya güclü dəstəklərini nümayiş etdirdilər. Amma “Səbail”in 90+1-də vurduğu qol onların da səbrini daşırdı. Bu haqda az sonra...
Media nümayəndələri “Zirə”nin oyunlarına klubun ayırdığı nəqliyyat vasitəsi ilə getməyə öyrəşiblər. Müsbət haldır ki, bir müddətlik “Dalğa Arena”ya sığınan “Səbail” də KİV nümayəndələri üçün nəqliyyat vasitəsi ayırmışdı.
DARIXDIRICI FUTBOL
“CBC Sport”un canlı təqdim etdiyi “Səbail” - “Neftçi” oyunu haqda ətraflı danışmağa dəyməz. Onsuz da 90 dəqiqə ərzində danışılası bir şey görmədik. Komandalar ard-arda 3 dəqiq ötürmə verməyi bacarmırlarsa, hansı futboldan danışasan. Böyük hissəsi məhlə futboluna verilən ən yaxşı qiymət elə boş tribunalar idi.
Oyunun aşağı səviyyəsinə uyğun olaraq matç ərzində qapılar qarşısında yaranan qol vəziyyətlərinin sayı da barmaqla sayıla biləcək qədər idi. “Səbail”dən Vüqar Nadirov, “Neftçi”dən isə Rəhman Hacıyev yaxaladıqları real qol şanslarını qaçırmasaydılar, bəlkə də yekun nəticə fərqli olardı. Amma bunlar hamısı ehtimal, fərziyədir. Reallıq isə budur ki, Rauf Cabbarovun son fiti “Neftçi”nin mövsümə ardıcıl iki məğlubiyyətlə başlamasını rəsmiləşdirdi. Bu isə yayın qızmar istisində uzun yol qət edib Mərdəkana yollanan “Neftçi”sevərlərin haqlı narazılığına səbəb oldu. Təsadüfi deyil ki, “Səbail”in fərqlənməsindən az sonra “Forza Neftçi” “İstefa, istefa”, “Neftçi”nin çörəyi haramınız olsun” şüarlarını səsləndirdi.
ELXAN ABDULLAYEVİ ANLAMAQ OLMUR
Oyunsonrası mətbuat konfransında azarkeşlərin artıq ikinci turda baş məşqçini istefaya səsləməsi ilə bağlı sualımızı Elxan Abdullayev belə cavablandırdı:
- Heç kim istəməz ki, istefa şüarını eşitsin. Mənim yerimdə olsaydız, bu, sizə də pis təsir edərdi. Azarkeşlər haqlıdırlar. Onları başa düşürəm və qəbul edirəm.
Elxan bəy azarkeşlərin narazılığını başa düşsə də, biz onun dediklərini başa düşməkdə çətinlik çəkirik. Azarkeşlərin dediklərini qəbul edirsinizsə, niyə istefa vermirsiz? Yaxud “Neftçi” nə vaxta kimi bu cür biabırçı vəziyyətdə qalmalıdır ki, komandada növbəti dəfə dəyişiklik olsun.
Özü də “Neftçi”nin çalışdırıcısı komandasının problemini psixologiya ilə bağlayır: “Neftçi”nin problemi yalnız psixologiyadadır. Komandamızın oyunçuları bu gün “Səbail”in futbolçularından üstündürlər. Amma meydanda xarakter, psixologiya öz sözünü deyir. Yəqin ki, fərdi olaraq düzgün hazırlıq aparmırıq”.
“NEFTÇİ”NİN DƏRDİ NƏDİR?
Elxan Abdullayev psixologiya desə də, dəqiq cavab vermək çətindir. 2 il ərzində rəhbərlikdən tutmuş mətbuat katibinə kimi dəyişiklik olub, amma yenə də vəziyyətdən çıxmaq mümkün olmur. Bu halda yeganə çıxış yolu komandanı sıfırdan yığmaqdır. “Refresh” edilməsə, “Neftçi”ni hələ çox belə məğlubiyyətlə gözləyəcək, Elxan bəy də, rəhbərlik də “İstefa” şüarını hələ çox eşidəcəklər. Görünən odur ki, hər iki tərəf üçün narazılıq eşitmək artıq adiləşib, bir növ öyrəncəlidirlər.
“SƏBAİL” KİMƏ LAZIMDI?
“Səbail” “Neftçi” üzərində qələbə qazansa da, bu komanda haqda da müsbət fikirlər səsləndirmək çətindir. Çünki “Səbail”in nə üçün yarandığı, hansı məqsədə xidmət etdiyi bəlli deyil. Klubun rəhbəri əvvəl AFFA prezidentinin oğlu Rəşad Abdullayev idi. Lakin komanda Premyer Liqaya yüksəldikdən sonra R. Abdullayev vəzifəsindən getdi. Bunda atası Rövnəq Abdullayevin AFFA İcraiyyə Komitəsinin son iclasında jurnalistlər üçün keçirdiyi brifinqdə “Səbail” Premyer Liqaya yüksəlsə, oğlum ordan ayrılacaq” vədinin böyük rol oynadığı şübhəsizdir. Çünki kluba gəldiyi ilk gündən Rəşad Abdullayev böyük planlarının olduğunu deyirdi. Ümumiyyətlə, “Səbail”lə bağlı verilən vədlərdən biri də “gənc oyunçuları Azərbaycan futboluna qazandırmaq idi”. Amma görək bu vədə əməl olunurmu? Əvvəla, komandaya Eqdaras Zarskis, Maudo Jarjue, Ayron Stati və Tamazi Tsetsxladze kimi əcnəbilər transfer olunub. Aşağı səviyyəli legionerlərin transferləri ilə gəncləri necə inkişaf etdirmək olur ki? Yaxud “ilk 11-lik”də yer alanların digərlərinə baxaq: Emil Balayev, Elton Yaqublu, Aqşin Muxtaroğlu, Elman Taqayev, Vüqar Nadirov, Pərviz Qaraxanov və Nurlan Novruzov. Qaraxanovu çıxmaq şərti ilə bu adlardan hansı sizə tanış deyil? Heç biri. Qeyd olunan futbolçuların hamısı Azərbaycan Premyer Liqasında çıxış edənlərdi. Yoxsa sonradan meydana çıxan Emin Mehdiyev gəncdi, yaxud artıq çəkidən əziyyət çəkdiyi media tribunasından da açıq-aşkar görünən Renan Telles? “Səbail”in Azərbaycan futbolunu düşündüyünü, həqiqətən də milliyə futbolçu qazandırmaq istədiyinə o halda inanardıq ki, Elxan Əhmədov, Təyyar Məmmədov, Raul Yaqubzadə kimi gənclər oynamaq şansı qazanardılar, günlərini ehtiyat oyunçular skamyasında keçirməzdilər.
Bu komandada çox işlər dostluqla, şəxsi münasibətlə həll olunur. Bir məqama diqqət edək. Ötən mövsüm “Neftçi”nin futbolçusu olan Elton Yaqublu komandanın əksər ev oyunlarını VİP-dən izləyirdi, klub rəhbərliyi ilə biryerdə. “Səbail” Premyer Liqaya yüksələn kimi Yaqublu heyətə qatıldı və komandanın kapitanı təyin edildi. Hansı xidmətinə görə? O Premyer Liqada illərin təcrübəsi Vüqar Nadirovu demirəm, heç Nurlan Novruzov qədər təcrübəyə malik deyil.
YAXŞI Kİ “QARABAĞ” VƏ “QƏBƏLƏ” VAR
Dünən “Dalğa Arena”da futbol üzünə həsrət qalmağımızın başlıca səbəbkarı da AFFA-dı. Bir neçə il əvvəl qurumun baş katibi Elxan Məmmədovun ortaya artıdığı Müşahidə Şurası ideyası bir çox klubların evini yıxıb. Bu ideyanın fiaskoya uğramasının ən bariz nümunəsi “Neftçi”dir. Ümumiyyətlə, AFFA-nın maliyyə dəstəyi sayəsində Premyer Liqada çıxış edənlərin demək olar ki, hamısı bərbad vəziyyətdədir. Biri futbol oynaya bilmir, digərinin məqsədi qeyri-müəyyəndir, bir başqasının meydanı...
Yaxşı ki, Azərbaycan Premyer Liqasında “Qarabağ” və “Qəbələ” var. “Şuralaşmaqdan” yan keçən bu klubların varlığı az da olsa, Premyer Liqaya maraq saxlayır. Yoxsa ki, biz ancaq dünən “Səbail” və “Neftçi”nin timsalında olduğu kimi məhlə futboluna tamaşa edərdik...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
23:09
"Dinamo"nun qələbəsi VİDEO
-
22:31
Daha üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
21.09.2026
20.09.2026
























