6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Saşa İliç: “Asan qələbə qazandığımızı düşünmürəm”

"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Zaqatala"ya qalib gəldikləri oyundan danışıb.

Futbolxeber.az saytının məlumatına görə, klubun mətbuat xidmətinə açıqlamasında serb mütəxəssis maraqlı qarşılaşmaya şahidlik etdiklərini bildirib:

"Maraqlı görüş oldu. Əsas məqsədimiz daha az forma şansı qazanan futbolçuları oynatmaq idi. Xüsusilə ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək digər oyunçulara tonusda qalmaları üçün şans yaratdıq. Hesab 3:0 olsa da, asan qələbə qazandığımızı düşünmürəm. Lakin istənilən halda növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. "Zaqatala"ya növbəti oyunlarda uğurlar arzu edirik".

Qeyd edək ki, "Sumqayıt" 1/8 finalda I Liqa təmsilçisi "Difai" ilə qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31