21 Sentyabr 2026, Bazar ertəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı

Digər idman növləri

Titullu güləşçilər yeniyetmə və gənclərə "ustad dərsi" keçiblər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkil etdiyi III Zəfər İdman Festivalı çərçivəsində "ustad dərsi" baş tutub.

Futbolxeber.az saytının məlumatına görə, AzMİU İdman klubunda sərbəst güləş üzrə 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev və yunan-Roma güləşi üzrə 4 qat dünya, 2 qat Avropa çempionu Eldəniz Əzizli yeniyetmə və gənc güləşçilər üçün "ustad dərsi" keçiblər.

Nəzəri hissədə H.Əliyev güləşdə qazandığı uğurlardan və bu uğurlara gedən yoldan danışmaqla yanaşı, yeniyetmə və gənclərə öz tövsiyələrini çatdırıb. Praktiki hissədə isə E.Əzizli müxtəlif fəndlərin icrasını nümayiş etdirib. Xalça üzərində tarix yazan güləşçilər bildiriblər ki, uğurlu idmançı olmaq üçün yalnız zalda məşq etmək kifayət etmir, bunda təhsil və mənəvi inkişaf da mühüm rol oynayır.

Tədbirin sonunda isə tanınmış idmançılar tələbələrin müxtəlif suallarını cavablandırıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30