Ölkə futbolu
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
"Zirə" Azərbaycan Premyer Liqasının 9-cu turunda doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.
Futbolxeber.az saytının məlumatına görə, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb:
- Bilirdik ki, çox yaxşı formalaşmış və uğurlu çıxış edən bir komandaya qarşı oynayacağıq. Matça yaxşı başladıq. Birinci hissə üstünlüyümüzlə keçdi, hesabı açdıq. İkinci hissədə rəqibin böyük qüvvə ilə irəli atılacağı bəlli idi. Belə də oldu. Yaxaladığımız boşluqlardan səmərəli istifadə edib ikinci qolu vursaydıq, oyun bizim üçün daha rahat keçərdi. Biz qol vurmadıqca rəqib daha böyük qüvvə ilə hücuma çıxırdı. Bu dəqiqələrdə futbolçularımız yaxşı xarakter nümayiş etdirdi və rəqibə fərqlənməyə imkan vermədilər. Çox vacib 3 xal qazandıq.
- Rauf Cabarovun idarəçiliyi xoşunuza gəldi?
- Bəlkə də birinci oyunu idi ki, sakit oldu. Yəqin ki, hər iki tərəfin etirazı yoxdur. Oyunu yaxşı idarə etdi.
- 2018-ci ildə U-21 millisinin baş məşqçisi olduğunuz zaman Premyer Liqa klublarının gənc oyunçulara şans verməməsindən gileylənirdiniz. Artıq neçə ildir "Zirə"də çalışırsınız. Bu illər ərzində Cəlal Hüseynovdan başqa, gənc futbolçunun şans qazandığını görmürük. İndi U-21-in baş məşqçisinin Rəşad Sadıqovu qınamağa haqqı var?
- Zaman fərqli olur. 2018-ci ildəki çempionatla indiki arasında böyük fərq var. Gənc futbolçu olacağı təqdirdə mütləq şəkildə oynayacağıq. Bizim hələ ki elə imkanımız yoxdur ki, perspektivli uşaqları aşağı yaş qruplarından ibarət komandalarımıza cəlb edək. Bilirik ki, iddialı akademiyaları olan klublarımız var. Biz onlarla rəqabət aparmaqda çətinlik çəkirik. İlk fürsətdə Cəlalı oynatdıq. Onu Azərbaycan futboluna qazandırdıq. Fürsət düşdükcə yerli futbolçulara şans verən məşqçiyəm. Hazırda rəqabətə tab gətirə biləcək gənc oyunçumuz yoxdur. 17 yaşlı Əhlimanı artıq əsas komandaya cəlb edirik. Düşünürəm ki, 1-2 il sonra onu çempionat oyunlarında görəcəyik. Digər gənclərdə hələ ki matçlarda iştirak edəcək potensial görmürəm. Bir az da bərkiməlidirlər. 3-4 nəfər var ki, bizimlə məşqlərdə iştirak edirlər. Amma hazırda oyunlarda iştirak etmələri riskli olar.
- Vinsent Tillə yollarınızı ayırdınız. Komandaya gələndə onun zədəli olduğunu bilirdiniz. Til "Zirə"yə niyə gəldi, niyə getdi?
- Futbolçunun komandaya gəlməsinin bir səbəbi var, o da kollektivi gücləndirməkdir. Onun vaxtilə dizindən aldığı zədə bizi narahat edirdi. Biz onu yoxladıq. Dizində heç bir problem yox idi. Başqa bir zədə aldı. O zədə də 4-5 dəfə təkrarlandı. 4 ay ərzində komanda ilə cəmi bir məşqdə iştirak etmişdi. Oturduq söhbət etdik, düşündük ki, ona uzunmüddətli müalicə lazımdır. Yaxşı olar ki, Avropada bərpa prosesi keçsin. Ola bilər ki, bir məşqçi olaraq gələcəkdə Tillə qarşılaşım. Çünki futbolçu olaraq onu çox bəyənirəm. Düşünürəm ki, hər iki tərəf üçün doğru qərar oldu.
- Qapıda Aydın Bayramova şans verməyinizin səbəbi nə idi?
- Tiaqo Silvanın "Sabah"la oyundakı qollarda səhvi yox idi. Qərar həmin matçdan öncə verilmişdi. Demişdim ki, "Sumqayıt" və "Karvan-Yevlax"la oyunlarda Aydına şans verəcəm. O, bizim üçün dəyərlidir. Aydının ötən mövsüm ikinci yeri tutmağımızda böyük rolu oldu. Amma bir nömrəli qapıçımız Silvadır. Hamımız başa düşürük ki, Aydının millidə debüt etmək üçün şansı var. Məşqçilər bütün yerli qapıçıları gözdən keçirəcək.
- Eldar Quliyev legioner statusu ilə çıxış edir. Rəşad Sadıqovun Eldara olan sevgisinin səbəbi nədir?
- Eldar Quliyevin ümumi çıxışından çox razıyam. Onun gəldiyi mövsümdə komanda uğursuz oldu, 5-ci yeri tutduq. Amma sonrakı illərdə Eldarın böyük əməyi olub. Sadəcə olaraq bir az uğursuzluq yaşadı. Ötən mövsüm sona 3-4 tur qalmış zədələndi. Təlim-məşq toplanışında yenidən zədə aldı. 3-4 ay yaxşı məşq edə bilmədi. Yavaş-yavaş ona şans verməyə başlamışıq. Yaxın gələcəkdə daha çox oynayacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























