Ölkə futbolu
BOS üçün büdcədən itirdiklərimiz (QEYD)
Zahirən bəsit, balaca mövzu təsirini bağışlasa da, fonundakı mətləbləri qabartdıqca miqyası inanılmaz böyüyən bir məqamı qabartmaq istəyirik.
Təsadüfən qarşımıza çıxan Bakı Olimpiya Stadionunun (BOS) hazırladığı təqvim.
Və təqvimdə bu gün qədəm basdığımız 2017-ci ilin avqust ayı.
Diqqət yetirin. BOS-un ortaya qoyduğu təqvimlə işlərimizi planlasaq, yaşadığımız ayın 3 gününü yaşamamış olacağıq. Bəli, avqust 7-dən birbaşa 10-a keçir.

Əvvəldə də bildirdiyimiz kimi, bu, mahiyyətdə qlobal nöqsan sayılmaya bilər. Təbii ki, hansımızsa bu təqvimlə hərəkət edəcək qədər huşsuz deyilik. Ancaq görəndə ki, BOS-un büdcəsi 1.292.975.00 manatdır, onda ortaya ciddi sual çıxır. Niyə bir stadiona bu qədər pul ayrılsa da, ən adi işlərdə səhvlər buraxılır?
Diqqət yetirsəniz, büdcədən əlavə, əmr 12/İ-1 və 01.03.2016 tarixli müqaviləyə əsasən SOCAR-dan AFFA-ya əlavə daxil olan (bu da aydınlaşmayan məqamdır; əlavə daxilolmanın təyinatı nəyədir - bilinmir) 1.810.510.00 manat da BOS-un büdcəsinə əlavə edilib. Bütün bunlar AFFA-nın illik hesabatında dərc olunan müddəalardı.
Son vaxtlar ölkədə maliyyə böhranının çətin vəziyyətə saldığı sahələri və o sahələrdən ortaya çıxan reaksiyaları/etirazları görürsünüz. Onlardan biri də olimpiya, dünya çempionu güləşçilərimizin maaşlarının, mükafatlarının 15 aydır ödənməməsina kütləvi etirazı idi. Belə qarışıq məsələlər ortaya çıxdıqca ölkədə idarəçilik sisteminin ciddi böhranları bir-bir aşkara çıxır. Artıq dünya mediası belə mövzuları müzakirəyə çıxarır. İmciinin yaxşı olması üçün milyardlar xərclənsə də, Azərbaycanı pis vəziyyətdə məhz belə hadisələr pis vəziyyətdə qoyur və ciddi beynəlxalq korporasiyalar ölkə ilə əməkaşlıqdan imtina edir.
Maliyyə böhranının "vurduğu" sahələrə nəzər yetirsək, hər halda, BOS-dan daha əhəmiyyətli istiqamətlərdi. Ancaq heç bir gəlir gətirməyən (oxu: cüzi gəlirinin hara istiqamətləndirildiyi də məlum olmayan) BOS üçün illik 3 milyon manatdan çox vəsaitin ayrılması, qarşılığında adicə kalendarda buraxılan səhvlər... Bu səhvlər stadionun, demək olar ki, əksər işlərində var.

Bəs niyə belədir?
Çünki vacib, ölkə əhəmiyyətli qurumların idarəçiliyi qohum-dost prinsipləriylə bölüşdürülür. İşi peşəkarlar idarə etmədikcə ortaya biabırçı məqamlar daim çıxacaq. Məsələn, elə BOS-un direktoru Cavid Qarayev.
Kimdir bu adam? Stadion idarə eləməyi üçün bundan əvvəl əlahiddə xidmətləri, bu sahəyə aid təcrübəsi olub? Heç bir...
Cavid Qarayev 2007-ci ilin noyabrında AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlayıb. Həmin vəzifədə çalışdığı 8 ildə heç bir diqqətçəkən proqram, layihə həyata keçirilməyib. 2015-ci ilini oktyabrından isə BOS-un direktoru təyin edilib.
Hansı prinsipə əsasən?
O, AFFA-nın baş katibi Elxan Məmmədovun dostu prinsipinə əsasən bu posta təyin olunub. Sonra stadionun idarəçilyini formalaşdıran kadr toplanması prosesi də Qarayevin dostları və dostlarının dostları prinsipiylə seçilib.
Ümumiyyətlə, AFFA-nın strukturunda ən əhəmiyyətli postlar məhz belə bölünür. Quruma tapşırıqsız, qaydalara uyğun düşüb, irəliləyən kadrlar isə gec-tez "vurulur" və Elxan bəylə dostlarından ibarət dəstə içəri yad nəfər buraxmamaqla ümumi prosesə öz çıxarlarına uyğun nəzarət edirlər. Buna aid misalları dəfələrlə qabarmışıq, qabardacağıq.
Elxan Məmmədovun dostu olduğu üçün BOS-un direktoru təyin edilən Qarayevin vaxtilə dost KİV-lər vasitəsiylə dərc edilən müsahibəsində qeyd olunanlar həyata keçirilmir. Çünki dostlar rejimi təyinatların gerçəkləşməsində, vəzifələrin mənimsənilməsində rol oynasa da, onlar idarəçiliyi yaxşı bacarmır. Xüsusən spesifik sahə olan futbol ola... Çünki burada nəticə qazanmaqçün mütləq bu sahənin peşəkarı olmalısan.
Beləliklə, biz, tamamilə dotasiya sistemində işləyən BOS-un gəlirlərinin olub-olmadığını dəqiqləşdirə bilmirik.
Büdcəsi gözləri bərəldən stadionun guya gəlir gətirən obyektə çevirəcəklərini deyən Qarayev bildirmişdi ki, stadionda müxtəlif təşkilatlarla müqavilələr imzalanır. Burada mini-futbol üçün sahələr tikilir, kartinq üçün meydançalar ayrılır, peyntbol, şar futbolu, fitnes zallar hazırlanır. Eyni zamanda yaxın zamanlarda Olympicafe adlı idmanbar da fəaliyyətə başlayacaq. Yaxın zamanlarda stadionun bütün ərazisini genişzolaqlı internetlə təmin edəcəyik. Bu da hər kəsin ürəyi istəyən kimi istirahət etməsinə imkan yaradacaq. Eyni zamanda stadionun ərazisində (bu arada kifayət qədər boş meydançalar var – red.) HED Academy, CBC Sport, Sport Marketing Group kimi bir çox tanınmış şirkətlər ofis icarəyə götürürlər.
Əvvəla qeyd etdiyi istiqamətlər üzrə yalnız kafe, mini meydançalar məsələsi təmin edilib. Bir də icarəyə verilən ofislər məsələsi. Ki, onlar da təyinatla ora gedənlərdi, hansısa müstəqil şirkət deyil ki, stadionun büdcəsinə əlavə gəlir kimi qeyd edə bilək.
Sadə izahı budur ki, tutalım, qeyd olunan "CBC Sport" - bu, SOCAR-ın maliyyəsiylə fəaliyyət göstərən TV-dir. BOS-dakı ofis icarəsi də SOCAR-dan ayrılır. Stadionun büdcəsi də SOCAR-dandı. OK, Cavid bəy, sizin burda rolunuz nə oldu?
Təbii ki, heç nə. Onda öz adınıza niyə çıxardırsınız?
Vacib xatırlatma: Cavid Qarayev BOS-un direktoru postuna görə 10 min manat maaş alır. Səbəb? Məntiq?
Dostluq rejiminin nümayəndəsi olduğu üçün?
Ölkədə ən vacib istiqamətlərin böhranda çabaladığı, çıxış yolları axtardığı bir ərəfədə BOS-un direktoru hansı məntiqlə 10 min manat məvacib alır?
Fəaliyyətsizliyə görə?
Mini meydançalardan, kafenin icarəsindən gələn icarə haqqı hanı? Hara istiqamətləndirilir?
AFFA-nın hesabatlarında bu məqamlar niyə yoxdur?
İzahını biz verək. Onlar dostların cibinə gedən əlavə gəlirlərdir, heç bir hesabatda yoxdur. BOS-un sıravi işçiləri belə minimum 2-3 min manat məvacib alır. Buna sevinmək isə olmur. Çünki gəlir gətirməyən, əksinə, ölkə büdcəsinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərən bir qurumun fəaliyyəti üçün hansısa qlamur kollektivə niyə bədxərclik edilməlidir?
Bəli, Azərbaycan futbolu bu cür bir rejimin/sistemin əsarətindədir. "Dostlar rejimi" ölkə futbolunda ən əhəmiyyətli istiqamətləri ixtiyarına keçirib, futbolçu transferlərindən tutmuş, ən xırda maliyyə proseslərinə nəzarət edirlər. Nəticədə də ortaya ciddi nöqsanlar, səhvlər və maliyyə itkiləri çıxır.
Elçin Cəlilov, futbolpress.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Kanada millisindən tarixi nəticə
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- Dambrauskasa verilən “gic-gic suallar”
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
13:56
Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdir”
-
13:18
Boksçumuz Dünya Kubokunda qızıl medal qazanıb
-
12:23
Yaponiya 3 xalı 4 qolla qazandı VİDEO
-
12:00
"İmişli"də yeni məşqçi təyinatları
-
11:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
“Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
-
10:49
“Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
-
10:21
Almaniya millisindən geridönüş VİDEO
-
10:04
DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi
-
08:55
Jali Muaddib: “Qarabağ”da ikinci Zubir olmaq istəyirəm”
-
23:59
"Neftçi" yeni mövsümün hazırlıqlarına start verdi FOTOLENT
-
23:43
Rəşad Sadıqov: “Avrokuboklardan imtina etmək istəyirdik”
-
23:24
Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib FOTOLENT
-
22:31
Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olunub FOTOLENT
-
22:16
Qurban Qurbanov: “Hədəfimiz avrokubokların qrup mərhələsidir”
-
21:05
“Şahdağ Qusar” legioneri ilə müqavilə müddətini uzatdı
-
20:28
"Qarabağ" - "Zirə" oyununda 7 qol vuruldu
-
20:12
"Turan Tovuz" 2 futbolçusu ilə yolları ayırdı
-
19:30
“Neftçi” onunla müqaviləni yenilədi
-
18:56
“Zirə”dən yeni qapıçı transferi
-
17:49
“Xankəndi” məşqçisini göndərdi
-
16:54
“Neftçi”dən yarımmüdafiəçi transferi
-
16:26
“Qarabağ”ın təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
16:03
"Zirə"də gözlənilməz ayrılıq
-
15:41
Rafael Fiziyev Bakıya gəlib
-
14:15
Ronaldinyo karyerasını bərpa edir
-
13:32
Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb
-
13:20
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:58
"Şamaxı"nı Bakı klubuna dəyişdi
-
12:07
Türkiyənin məğlubiyyəti VİDEO
-
11:49
Futzal millimizin baş məşqçisi: “Cəsarətli və əzmkar olmaq lazımdır “
-
11:16
Braziliya millisindən 3 qollu qələbə VİDEO
-
10:34
DÇ-2026: Türkiyə millisi antirekorda imza atdı
-
10:21
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:53
Türkiyə - Paraqvay oyununun ən yaxşısı o seçildi
-
09:05
DÇ-2026: Türkiyədən erkən vida
-
23:55
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
-
22:48
3 boksçumuz Dünya Kubokunun yarımfinalında
-
21:24
PFL onları mükafatlandırdı
-
21:00
"İmişli"də 5 ayrılıq
-
20:17
"Neftçi" Rezabala ilə vidalaşdı
-
19:39
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib
-
18:53
Premyer Liqada ilk turun təqvimi açıqlandı
-
18:26
Tahir Abdullayevin Bakıda keçiriləcək UFC-də iştirakı təsdiqlənib
-
17:42
Argentina millisinin üzvü DÇ-2026-nın ən yaraşıqlısı seçildi: Ronaldo 45-ci oldu
-
17:01
"Şəfa" onunla yeni müqavilə imzaladı
-
16:36
Avropa Gimnastikasının XXXII Konqresi 2027-ci ildə Bakıda keçiriləcək
-
16:15
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
-
15:58
Emin Kürdov: “Normal qrupa düşmüşük”
-
15:44
"Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
21.06.2026
20.06.2026
19.06.2026























