6 Noyabr 2025, Cümə axşamı
“Zəfər turu”nun təyinatları
UEFA reytinqi: Azırbaycanın xalı artdı
Qələbəyə bərabər heç-heçə
Qurbanov BBC-yə danışdı

Ölkə futbolu

“Neftçi”də ayrılıq: “Nə vaxtsa qayıdacam”

“Neftçi” ilə müqaviləsi başa çatan futbolçu Elvin Bədəlov komandanı tərk edir. Futbolxeber.az-ın məlumatına görə, 22 yaşlı müdafiəçi fikirlərini klubun rəsmi saytına bildirib:
 
“Məzuniyyətdən qayıdandan sonra klub rəhbərliyi yeni müqavilə təklif etdi. Buna görə onlara minnətdaram. “Neftçi” ilə müqaviləm başa çatandan sonra menecerim mənə yeni klub axtarırdı. Avstriyadan təkliflər var idi və mən ölkə xaricində oynamaq qərarına gəldim. Klub rəhbərliyi ilə danışdım, şərtlər məni qane etdi və razılıq verdim. Legioner həyatı yaşamaq mənim üçün yeni təcrübə olacaq. “Neftçi”yə minnətdaram, bu komandada 3 il oynadım. Bu mənim üçün böyük şərəf, böyük təcrübə oldu. Çalışdığım məşqçilərə təşəkkür edirəm. Hər birindən nələrsə öyrəndim. Ümid edirəm ki, nə vaxtsa Azərbaycana qayıdıb, yenidən “Neftçi”də oynayacağam”.
 
Qeyd edək ki, Bədəlovun Avstriyanın Şərq Regional Liqasında çıxış edən “Qarabağ Vyana”ya keçidi gözlənilir.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30