10 Avqust 2026, Bazar ertəsi
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

Ölkə futbolu

Superliqa rəsmisi Futbolxeber.az-ın xəbərini təsdiqlədi: Querrier "Qarabağ"da

Futbolxeber.az saytının dünən gecə eksklüziv olaraq yazdığı kimi, Türkiyənin "Alanyaspor" klubunun futbolçusu Donald Geryo Vild "Qarabağ"a transfer olunur.
 
Belə ki, bu barədə "Report"a Super Liqa təmsilçisinin baş koordinatoru Mevlüthan Çavuşoğlu açıqlama verib.
 
Klub rəsmisi Haiti yığmasının oyunçusunu müəyyən məbləğ qarşılığında Azərbaycan komandasına buraxdıqlarını bildirib. M.Çavuşoğlu deyib ki, hazırda 28 yaşlı yarımmüdafiəçi viza məsələsinin həlli ilə məşğuldur: "Futbolçu sabah Bakıya gedə bilər. Viza məsələsi var, onu həll etməlidirlər. “Qarabağ” onun transferi üçün bizə pul ödədi. Lakin məbləği deyə bilmərəm".
 
Qeyd edək ki, Donald Geryo Vild ötən mövsüm "Alanyaspor"a transfer olunub. O, əvvəllər Polşa "Visla"sında da legioner həyatı yaşayıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31