Ölkə futbolu
“Bakı”nın oyununda yenə hakim biabırçılığı: “Xaqani Məmmədova sözümü sabah deyəcəm”
Bu gün həvəskarlar üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinə start verilib.
Futbolxeber.az saytının məlumatına görə, yarımfinala gedən yolda ən çox maraq doğuran qarşılaşma “Bakı” - “Binə” qarşıdurmasıdı. Bir tərəfdə yaxın keçmişdə Azərbaycan futbolunun dəbini müəyyənləşdirən “Bakı”, digər tərəfdə isə yeni mövsümdən I divizionda çıxış edəcəyi deyilən “Binə”.
Tərəflər arasında bu gün “Bakı”nın bazasında ilk oyun keçirildi. Havanın isti olmasına baxmayaraq, hər iki komandanın azarkeşləri tribunada yerlərini tutmuşdular. Qazona da söz ola bilməzdi. “Bakı” hazırda maliyyə baxımından müəyyən çətinliklə yaşasa da, klubun bazasındakı əsas meydançanın durumu göz oxşayır.
Gözlənildiyi kimi, “erkən final” gərgin və kifayət qədər maraqlı alındı. Tribunaya toplaşan fanatlar 90 dəqiqə boyunca darıxmadılar. Rəqibindən üstün görünən “Bakı” 2:0 hesablı qələbə qazandı.
Bu gün “Bakı”nın bazasında hər şey futbol adına əla idi, bircə hakimlikdən başqa. Cahangir Yusifzadənin rəhbərlik etdiyi hakimlər briqadasınn işinə ən yaxşı halda “biabırçılıq” deməklə kifayətlənmək mümkündür. İstər baş hakim, istər köməkçiləri, eləcə də dördüncü hakim 90 dəqiqə boyunca işlərinin öhdəsindən gələ bilmədilər.
Qəribəsi odur ki, meydanda mübarizə aparan hər iki tərəf baş hakimə, onun köməkçilərinə etiraz edirdilər. Dördüncü hakim isə oyunun gedişində gah “Binə”li, gah da “Bakı”lı fanatlarla söz davasına çıxırdı.
90 dəqiqə boyunca xırda follar, mübahisəli qərarların pik nöqtəsi matçın sonlarında yaşandı. Əvvəlcə “Bakı”nın vurduğu üçüncü qol yanlışlıqla qeydə alınmadı. Halbuki “Bakı”nın oyunçusunun qapıçı ilə təkbətək qaldığı epizodda hər hansı ofsaytdan söhbət gedə bilməzdi. Bu epizodda Cahangir Yusifzadə günahı köməkçisinin boynuna ata bilər. Amma 2 dəqiqə sonra şəkili referi absurd qərarı ilə nəinki stadiondakıların, hətta öz həmkarlarının da gülüş hədəfinə çevirdi. “Bakı”nın hücumçusu, oyunda hesabı açan Valeh Seyidov qapıçı ilə təkbətək epizodda kobudluqla dayandırıldı. Həmin epizodda penalti olduğunu hətta bazanın yanından keçən Bakı-Sumqayıt qatarının sərnişinləri də gördülər.
Qəribəsi odur ki, Valeh Seyidovun özünü yerə atdığını iddia edən baş hakim onu sarı vərəqə ilə cəzalandırdı. Halbuki yerdə qalan futbolçuya vərəqə göstərilməsi qaydalara ziddi. Nə baş verdiyini anlamayan “Bakı”nın futbolçusu heç həmin anda sarı vərəqə ilə cəzalandırıldığını da bilmədi. Çünki az sonra vaxtı uzatmaq istəyən Valeh Seyidov ikinci sarı və avtomatik qırmızı vərəqə aldı.
Bu gün “Bakı”nın bazasında Azərbaycan hakimliyi adına növbəti biabırçılıq yaşandı. Cahangir Yusifzadənin rəhbərlik etdiyi hakimlər briqadasının çıxartdığı “oyunu” Xaqani Məmmədov, Ramin Musayev və Elxan Məmmədov görsəydilər, çətin ki bir daha Azərbaycan hakimliyinin yüksək səviyyəsindən danışardılar.
İllərdi sponsorları futboldan küsdürən, azarkeşləri tribunadan uzaq salanlar Premyer Liqa və Birinci divizionla yanaşı, həvəskarlar liqasında da çirkin əməllərini icra etməyə çalışırlar. Görəsən, bugünkü hakim biabırçılığı nədən qaynaqlanırdı? Kimisi bunu AFFA-da oturan bəzi şəxslərin “Bakı”nın axırına çıxmaq istəyi, kimisi də PFL rəhbərliyinin “Binə”yə dəstəyi ilə əlaqələndirirdi. Səbəb nə olur olsun, həqiqət dəyişmir: bu cür biabırçılıqla Azərbaycan hakimliyi irəli gedə bilməz...
Qarşılaşmadan sonra yaşanan hakim biabırçılığı ilə bağlı “Bakı”nın vitse-prezidenti Yaşar Seyidovun fikirlərini öyrəndik. Seyidov da hakimin biabırçı qərarlarının nədən qaynaqlandığını bilmədiyini söyləydi:
“Hakim biabırçılığını stadiona toplaşan azarkeşlər də, jurnalistlər də, biz də gördük. Qələbə qazanmağımıza baxmayaraq, hakim sona yaxın həm təmiz qolumuzu qeydə almadı, həm də 100 faizlik penaltini vermədi. Referi oyundan sonra biabırçı qərarını əsaslandırmaq üçün söz tapa bilmədi. Belə hakimlik olmaz. PFL prezidenti Ramin müəllimin bu yaşananlardan xəbəri yoxdu. Əgər bu biabırçılığı görsəydi, həmin hakim ciddi cəza alardı”.
“Baş verənlərlə bağlı AFFA Hakimlər Komitəsinə şikayət etmək fikriniz varmı” sualını Seyidov belə cavablandırdı:
“Sabah AFFA-ya gedəcəm. Orada Xaqani Məmmədova sözümü deyəcəm. Ondan sonra bu barədə daha ətraflı danışarıq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
-
10:15
"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
09:52
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
22:33
Daha iki cüdoçumuz dünya çempionu oldu
-
20:15
Ayxan Abbasov: “Sabah qalib gəlmək istəyirik”
-
19:54
Rəhman Daşdəmirov: “Tacikistan millisi futbol oynaya bilir”
-
19:00
Aneqlovski: “6 il əvvəlki ilə indiki Azərbaycan millisini müqayisə etmək istəməzdim”
-
18:48
Nazarov: “Azərbaycandan təklifim olmayıb”
-
18:31
“Qarabağ”dan fanşopla bağlı yenilik
-
18:16
Azərbaycan və Yunanıstan arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
-
17:53
Güləş millilərimizin məşqçiləri üçün təlim proqramı təşkil olunub
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
-
13:21
“Turan Tovuz” - "Fənərbaxça” oyununa böyük maraq: 1 saata 6 min bilet satıldı
-
13:00
İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
12:36
Hardasan, ay inkişaf?..
-
11:59
"Formula 1" pilotu Pyer Qasli: "Bakıdakı yarışı bəyənirəm"
23.09.2026
22.09.2026
























