6 May 2026, Çərşənbə
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”

Ölkə futbolu

"Kəpəz"in əvəzediciləri məşqlərə başladı

"Kəpəz"in əvəzedici heyəti yeni mövsüm üçün məşqlərə start verib. Futbolxeber.az-ın məlumatına görə, komanda üzvləri ötən gün Gəncə şəhər stadionunda bir araya gəlib. 
 
"Sarı-göylər"in mövsüm öncəsi hazırlıq prosesi bir neçə mərhələdən ibarət olacaq. İlk 10 günlük toplanış seleksiya xarakterli olmaqla yanaşı, həm də ümumi dözümlülüyün artırılmasına yönəlib. Məşqlərdə 33 futbolçu iştirak edir. Toplanışa 2001-ci il təvəllüdlü oyunçular da cəlb olunub. Heyətdə 7 belə futbolçu var. Ümumiyyətlə, hazırlığa klubun U-16, U-17 və U-19 komandasının üzvləri də dəvət edilib. 
 
Komanda iyulun 4-də ikitərəfli oyun keçirəcək. Birinci hazırlıq dövründə yoxlama görüşünün keçirilməsi də planlara daxildir.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31