Ölkə futbolu
Elçin Cəlilov: "İdman mediası ilə AFFA ararsındakı boşluğa etiraz olaraq, istefa verdim"
Media Komitəsinin (MK) İdarə Heyətinə (İH) seçkilərdən 2 ay ötməmiş ilk istefa rəsmiləşdi. Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov öz istəyi ilə MK-dan ayrıldı. Futbolxeber.az-ın məlumatına görə, Həmkarımızdan müsahibə alan Sport24.az istefanın kökündə dayanan səbəblərə aydınlıq gətirməyə çalışıb:
- Qərarı rəsmən açıqlamamışdın, amma istefa verəcəyin haqda xəbərlər dolaşırdı. Buna baxmayaraq, istefan gözlənilməz oldu. Gözlənilməzlik ondan ibarətdir ki, MK-ya bələd idin, öncəki ildə də İH-də təmsil olunmusan. Radikal addım atmağının əsl səbəbləri nə idi?
- Səbəblər çoxdu, ancaq əksəriyyəti bir-birinə bənzəyir. Doğrudu, 1 il əvvəl seçkilərə qatıldım və ilk dəfə təsis edilən MK-nın İdarə Heyətinə seçkidə qalib gələn 6 nəfərdən biri oldum. Məlum olduğu kimi, bir həmkarımızı da AFFA təyin edirdi ki, bu da həyata keçirildi. İkinci dəfə seçkiyə qatılmaq istəmirdim. Çünki Komitə ideyası veriləndə, konkret AFFA-nın baş katibi Elxan Məmmədov çox bəlağətli idi. Bu, mənim də xoşuma gəlmişdi. Düşünürdüm ki, idman mediasının inkişafı və ələnməsi baxımından ilk və ən böyük addım atılacaq. AFFA-nı radikal tənqid edənlərdən biri olmuşam. Ancaq ideyanı iddialı səsləndirdiklərinə görə bu layihəyə qoşuldum. Fikir mübadiləsi apardıq, seçkilər keçirildi, qaliblər içində mən də oldum. Görüləcək işlər içərisində həm də o var idi ki, mətbu orqanlarına layihələr paylanılsın. Bu gün də həmin xətt davam edir və siz də, biz də bu layihələrin qalibləri sırasındayıq. Ancaq niyəsə məsələ elə bu layihələr mərhələsindəcə ilişib qaldı. Daha kreativ və məhsuldar addımlar görünmədi. Komitənin tam adı AFFA yanında Media Komitəsidi. Yəni, büdcəni formalaşdıran da, ideya müəllifi də AFFA-dı. Komitəyə məhz “AFFA yanında” olduğu üçün qoşulmayanlar oldu və onların özlərinə görə, gətirdikləri arqumentlər var, qoşulub böyük şeylər gözləyən – peşəkarlığın artması üçün islahatların dəstəklənməsini istəyənlər oldu, onlardan biri də mən idim, qoşulub sadəcə, layihədən gələn vəsaitlə kifayətlənənlər də oldu. Bax, belə bir durum inkişafa meylli olan mətbu orqanlarını qane edə bilməzdi.
- Qeyd etdin ki, 2-ci seçkiyə getmək istəmirdin. Niyə?
- Əvvəla, ona görə ki, namizədlər siyahısının daha geniş və seçkinin daha rəqabətli olmaması ürəyimcə deyildi. Seçkidə gərginlik, hərəkətlilik, mübarizə arzulayırdım. Bu da ona görə olmadı ki, komitənin idarə heyətinə seçilməkçün həvəsləndirən, necə deyək, cəzb edən bir detal yoxdur. İkinci məqam bundan ibarət idi ki, İH-də olduğum əvvəlki 1 il ərzində nə etdiyimlə bağlı özümə sual verdim. Hesab edirəm ki, ideyalarımızla bağlı xeyli faydalı ola bildik. Ancaq bu ideyaların əksəriyyəti gerçəkləşdirilmədi. Bu da büdcənin lokallığı ilə əlaqədardı. Son məlumata görə, 33 media orqanı bu quruma üzvdü. Cəmi 80 minlik büdcəylə işləməli idik. Doğrudu, ötən il 115 min manat xərcləndi. Amma 33 KİV üçün bu, olduqca az məbləğdi. Üstəlik, gecikmələr. Misal çəkim. Layihələrdən biri bölgə futboluna aiddi. Həmin insanın pulunu ödəməlisən ki, o da gedib bölgələrə çıxsın, normal yazı hazırlaya bilsin. Sabah yazıları yoxlayanda həmin insana irad tutmaq olmur ki, yazının səviyyəsi niyə aşağıdı. Çünki onun imkanları pulu gecikdirməklə təməlində məhdudlaşdırılıb. Bu cür xırda məsələlərdən tutmuş böyük ideyalaradək heç nə arzuladığım kimi getmədi. Həm də layihə yazıları yazmaqla biz medianın inkişafına nail olmayacağıq. Yeni seçkilərə gedərkən də əvvəlki təkliflərimizə, yeni səsləndirəcəyimiz ideyalara yenə bu cür münasibət bəslənilsə, ayrılacağımı bildirmişdim. İH-də vaxtımı, enerjimi, sinirlərimi xərcləyirdim. Rəhbəri olduğum saytın büdcəsi elə də zəngin deyil ki, iş başında olmamağımı hiss etdirməmək üçün əvəzimə əlavə işçi qüvvəsi cəlb edim.
- Konkret hansı təşəbbüsləri irəli sürmüşdün?
- Baş katibə bir neçə saytın ofis məsələsini həll etməkdə yardımçı olmalarını təklif etmişdim. Söhbət aktiv fəaliyyət göstərən media orqanlarından gedir. Məlum məsələdi ki, planlaşdırılma olmayanda işin keyfiyyəti aşağı düşür, müəyyən mənada pərakəndəlik hökm sürür. Hamısına da müsbət reaksiya göstərildi. Gəl ki, əməli addıma çatanda ortaya heç nə qoyulmadı. Hətta Bakı Olimpiya Stadionundakı (BOS) boş otaqlardan idman mediasının müəyyən təbəqəsinə verilməsini təklif etmişdik. Əvəzində BOS-un reklam banerini həmin saytlarda təmənnasız yerləşdirmək ideyası irəli sürülmüşdü. Daha bir təşəbbüs saytların təsnifatlandırılması ilə bağlı idi. Üç liqa yaradılması və saytların gördükləri işə uyğun olaraq təsnifatlandırma. Ən elitar liqaya daxil edilən saytlara 2-3 dəfə artıq vəsait ayrılır və qarşılığında daha ağır layihələri həyata keçirmək, manevrləri geniş olan fəaliyyət həvalə olunur. II Liqaya indiki layihə büdcələri ayrılacaqdı, III Liqaya isə daha aşağı. Hesab edirəm ki, bu ideya həyata keçirilsəydi idman mediası ələnəckdi və inkişaf edəcəkdi. Başqa ideyalar da var idi. Cavab olaraq “mexanizm axtarılsın”dan başqa heç nə eşitmədik. İlyarıma yaxın müddət ərzində biganəlik gördükdən sonra belə bir qərar verdim ki, burda olmaq faydalı deyil. İstefam da həmin biganəliyə bir etirazdı. İdman mediası ilə AFFA arasındakı bu boşluğa etiraz olaraq, İH-dən çıxdım.
- Düşünürsən ki, İH-dən çıxdıqdan sonra bu durğunluğa təsir mexanizmin güclənəcək, yoxsa artıq barışmısan ki, AFFA bundan artığını etməyəcək?
- İstefa verməmişdən əvvəl Elxan Məmmədovla bu barədə geniş söhbətimiz oldu. Ona “futbolpress” nümayəndəsi olaraq İH-də təmsil olunmağımın saytımıza heç bir fayda vermədiyini bildirdim. Arada külli miqdarda vaxtımın və enerjimin getdiyini bildirdim. Bunun da qarşılığında “futbolpress”in işləri axsayır. Bu da saytımızla əməkdaşlıq edən tərəfdaşlarımızın haqlı narazılığına səbəb olur. Yekunda onları itirmək təhlükəsi ilə üzləşirik. Bu səbəbdən də mən və mənim kimi əlavə donoru olmayan saytlara başqa əlahiddə imkanlar təklif edilməlidi. Layihələrdən ən az alan sayt 300, ən çox alanı isə 500 manat əldə edir. Bu vəsaitlə də nə böyük saytlar böyük, nə də kiçik saytlar kiçik işlər görə bilməz. Bu səbəbdən də həmin vəsaitlər artırılmalıdı. Axı, layihədə məqsəd Avropa çempionatı – 2020-yə daha elitar idman mediasının hazırlanmasıdı. Lakin gedişat göstərir ki, buna nail ola bilməyəcəyik. Bilirsiniz bu, nəyə oxşayır? “X” bir klub yuxarı-aşağı AFFA-nın ayırdığı vəsaitlə eyni məbləğdə müəyyən saytlara reklam verir. Onda həmin klub da desin ki, xüsusi komitə yaradıram, mənim üçün layihə işləyin və bundan sonra pulu verəcəm. Bütün bunları Elxan Məmmədova demişəm.
- Bundan sonra hansısa radikal addım, yaxud AFFA rəhbərliyi ilə görüşmək fikrin varmı?
- Hesab edirəm ki, radikal addım, yaxud AFFA rəhbərliyi ilə görüşmək lüzumsuzdu. Bundan sonra AFFA rəhbərliyi ideyalarının boşluqlarını düşünməlidi. Əgər həqiqətən, səmimi olaraq medianın inkişafı üçün bu ideyanı vermişdilərsə, onda deyim ki, keçən zaman ərzində qurumun münasibəti qənaətbəxş deyil. Hətta bəzi məqamlarda qəbulolunmazdı. Bir də deyim, ideya müəllifi olan baş katiblə bu çatışmazlıqlar haqda ətraflı danışmışam, bütün detalları bildirmişəm.
- Cavab nə oldu?
- Elxan müəllim bildirdi ki, yaxın zamanlarda dediyiniz istiqamətlərdə köklü dəyişikliklər gözlənilmir. Adını çəkməyəcəm, ancaq elə media qurumu var ki, ona ayrılan illik büdcə 33 idman KİV-inə ayrılan vəsaitdən 10 dəfə çoxdu. Azad reklam bazarı olmayan bir ölkədə idman mediası nəyin hesabına dolanmalıdı? Mən “futbolpress”i demirəm, bütün idman saytları üçün normal şəraitin yaradılmasını tələb edirəm. Jurnalist maddi cəhətdən asılı salınmamalıdır. Belə durumda peşə xarakterini qoruyub saxlaya bilən çox az olur, nəticədə də media anarxiyaya səhnə olur.
- Bəlkə məbləğdə yox, vəsaitin məhz həddən artıq çoxlu sayda KİV arasında bölünməsində axtaraq problemi?
- Razıyam. Media Komitəsi yaradılmamışdan AFFA rəhbərliyi ilə keçirilən görüşlərdə bir neçə saytın birləşdirilməsi təklif olunmuşdu. Ancaq belədə, eqolar ön plana çıxdı. Axı, 3 sayt birləşdikdə cəmi 1 layihəyə sahib olacaq. Biz hətta bəzən iki saytı birgə layihə şəklində işləməsinə razı sala bilmirdik.
- Attestasiya. Sadə yolla professional yararlığı müəyyən etmək mümkündü...
- Bu, liqalaşma mexanizminin tərkib hissəsidi. Mən bu ideyanı həm seçkidən sonra ilk iclasımızda, həm də İH-nin baş katiblə görüşündə səsləndirmişdim. Bu proses çox ağır davam edəcək, ancaq xilas üçün əsas budur. Olmasa, irəli getməyi gözləməyək. Hətta PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev ölkə çempionatı və kubok yarışlarını işıqlandırmaq üçün verilən akkreditasiyalara məhdudiyyət qoymağı təklif etmişdi. Çünki oyundan reportaj yazmaq, matçlardan müxtəlif materiallar hazırlamaq, beynəlxalq səfərlər var. Bu səbəbdən də o, yalnız attestasiyadan keçmiş baş redaktorların rəhbəri olduqları saytlara akkreditasiyanı verməyi təklif etmişdi. Həmin akkreditasiyadan keçən neçə sayt olacaqdı? 10, uzağı 15. Bax, onlara da inkişaf etmək üçün lazım olan pulları ayırmağı təklif edirdik. Digərlərini pulsuz qoymurduq. Sadəcə, az məbləğ ayrılacaqdı. Qarşılarına da daha xəfif şərtlər qoyulacaqdı. Ancaq bütün bunlar olmur və məcburiyyətdən 33 KİV arasında bölgü aparılır. Çünki heç kimə qadağa qoya bilməzsən ki, sən Media Komitəsinə üzv ola bilməzsən. Adama sual verərlər ki, niyə?
- Niyəsini deyim. Konkret kriteriyalar qoyulur və bu kriteriyalara cavab verməyən KİV-lər üzvlükdən kənarlaşdırılır. Əgər gün ərzində “X” saytı 8 saat fəaliyyət göstərmirsə, əgər həmin sayt gün ərzində ancaq rəsmi qurumların saytlarından xəbəri “copy” etməkdən ibarətdirsə, əgər həmin mətbu orqanı gün ərzində heç olmasa 2 materialını ortaya qoymursa, onun layihə bölgüsündə nə işi var?
- Bunun həyata keçirilməsi üçün ciddi nəzarət orqanına ehtiyac var. Deyilməyi asan, həyata keçirilməsi xeyli ağırdı. Deyək ki, bunu İH həyata keçirir. Belədə, ictimai əsaslarla fəaliyyət göstərən İH-nin üzvü əsas iş yerində yaranan boşluğu kim və nəyin hesabına doldursun?
- Razıyam. İdarə Heyətinin üzvlərinə əlavə illik 30 min manat ayrılsın və onlar bu vəsait hesabına 1-2 əlavə işçi götürməklə, saytlarındakı axsamaların qarşısını ala, komitədəki fəaliyyətini xeyli əhəmiyyətli qura bilər...
- Əsas istəklərimdən biri elə bu idi. Ötən il İdarə Heyətinin maaş məsələsi gündəmə gətirildi və bizə deyildi ki, bu pullar Komitəyə ayrılan vəsaitdən çıxılsın. Biz də hesabladıq ki, belədə, ümumi büdcənin 20-30 faizi maaşlarımıza gedəcək. Belədə buna razılaşmadıq, maaş istəmədik. İctimai əsaslarla fəaliyyətdir bu. Ancaq nə qədər desək də, İH-da olan hər kəsin həm də əsas iş yeri var. Bu iki yerin işin uzlaşdırmaq asan deyil.
- Bəlkə bu məsələni növbəti 3 aylıqda layihə şəklində işləyəsən?
- Yaxın günlərdə İdarə Heyətində boş qalan 7-ci yerə seçkilər keçiriləcək. Seçiləcək şəxsə indidən uğurlar arzulayıram. Hesab edirəm ki, hazırda İdarə Heyətində yer alan digər 6 həmkarımız bu layihənin keçərli olmasının lehinə səs verəcəklər. Ancaq belə bir bənd var ki, layihələr İdarə Heyətində təsdiq olduqdan sonra AFFA-nın veto qoymaq hüququ mövcuddu. Əmin deyiləm ki, AFFA rəhbərliyi bu layihəyə razı olacaq. Demirəm mütləq veto qoyulacaq, amma istisna da etmirəm. Götürək futbol təsərrüfatını. Meneceri də, məşqçisi də, həkimi də, futbolçusu da, funksioneri də, idarəedicisi də hansı pulları qazanır, hər birimiz bilirik. Və 300-500 manat qazanan jurnalist bütün bunları işıqlandırmalıdı. Belə ədalət prinsipi olar? Axı, SOCAR pul ayırırsa, niyə rəzil günündə olmalıyıq? Niyə Türkiyədə, Rusiyada, Belarusda jurnalistlər yüksək imkanlarla yaşamalıdı, bizdə isə stadionlarda çürüyən jurnalistlər gözləməlidi ki, həmin 300-500 manat köçsəydi, ailəmizə bir loxma çörək aparardıq? İstefa verməyimlə demirəm ki, mən digər üzvlərdən cəsarətliyəm. Sadəcə, camiəmizə bir siqnal verdim ki, ciddi problem var. Həm də camiəmizə biganə yanaşanlara etiraz əlaməti olaraq bu addımı atdım. Ancaq bu, haqqımız uğrunda mübarizənin hələ başlanğıcıdı. Hesab edirəm ki, ədalət təmin edilməlidir. Buna susmaq fikrində deyilik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- 19 illik rəqabətin növbəti hissəsi: “Turan Tovuz”un adı gənc futbolçularımız üçün motivasiyadır”
- Cenk Sümer: “Azarkeşlərimiz rahat olsunlar, “Neftçi”də hamı işinə ciddi yanaşır”
- Azər Bağırovdan qələbə şərhi
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
- Azərbaycan millisinin qrupunda 12:0 hesabı
- “Qurban olum, Qurban hocaya”
- Zidan hazırda ən çox bəyəndiyi 3 futbolçunun adını açıqladı
- Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi
- Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
- “Neftçi” transfer bombasını partladır: Abubakar bu gün gəlir!
- İmad Faraj: “Hakimlər hər tur “Neftçi”ni “öldürürlər”
- Pərviz Qaraxanov: “Çempionluq yolunda qələbə bizim üçün vacib idi”
-
18:00
Azərbaycan kubokunda 1/8 finalın son iştirakçısı müəyyənləşir
-
17:21
U-23 Avropa çempionatında iştirak edəcək cüdoçularımız məlum olub
-
16:49
Saşa İliç: “Asan qələbə qazandığımızı düşünmürəm”
-
16:02
Taekvondoçumuz dünya çempionatında bürünc medal qazanıb
-
15:38
Azərbaycanı Avropa çempionatında 47 şahmatçı təmsil edəcək
-
15:15
Mahir komandasına vurulan qolu bəyənməsi etiraza səbəb olub
-
14:53
Cüdo Federasiyasının təşkilatçılığı ilə "Ailə günü" tədbiri keçirilib
-
14:27
Bakıda yeniyetmə və gənc paracüdoçuların olimpiyaçılarla birlikdə məşqlərinə start verilib
-
13:46
AFFA rəsmisinə UEFA-dan təyinat
-
13:00
FİFA-dan Türkiyə klubuna sərt cəza
-
12:31
İmad Faraj: “Bu, sizin fikrinizdir, mən son matçlarda yaxşı oynamışam”
-
12:19
AFFA-nın danışıqlar apardığı futbolçu Rusiya millisində
-
11:52
"Atalanta" - "Milan" matçında qalib aşkarlanmadı VİDEO
-
11:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:08
"Napoli" 3 xalı tək qolla qazandı VİDEO
-
10:44
Titullu güləşçilər yeniyetmə və gənclərə "ustad dərsi" keçiblər
-
10:27
"Araz-Naxçıvan" Çempionlar Liqasında ilk oyununa çıxır
-
10:00
"Dinamo" - "Turan Tovuz" matçında 5 qol VİDEO
-
20:35
“Neftçi” kubok oyununun hazırlığını başa vurdu FOTOLENT
-
19:44
Yeniyetmə boksçularımız Avropa çempionatının hazırlığına başlayıblar
-
19:27
"Neftçi" və Qırğızıstan klubu arasında əməkdaşlıq perspektivi müzakirə olunub
-
19:13
Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar "Şəhər turu" həyata keçirilib
-
18:50
Azərbaycan kuboku: 6 komanda 1/8 finala vəsiqə qazandı
-
18:37
UEFA-dan Asim Xudiyevə təyinat
-
18:05
"Kəpəz" 6 qolla mərhələ adladı VİDEO
-
17:16
Azər Bağırov darmadağını şərh etdi
-
16:42
"Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxır
-
15:34
"Zəfər Kuboku 2025"in qalibləri müəyyənləşib
-
14:29
Volkan Demirelin iş yeri müəyyənləşib
-
13:51
"Real"da ciddi itki
-
13:18
Cenk Sümer: “Azarkeşlərimiz rahat olsunlar, “Neftçi”də hamı işinə ciddi yanaşır”
-
13:00
Qazaxıstan təmsilçisini Azərbaycan klubuna dəyişdi
-
12:26
Millimizin İslandiya və Fransa ilə oyunlarının biletləri satışda
-
11:37
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:15
Alexandro Serrano: “Həmin oyunda azarkeşlərimiz üçün qələbə qazanmalıyıq”
-
11:03
Futzal millimizin heyəti açıqlandı
-
10:29
"Fənərbaxça"dan darmadağın VİDEO
-
09:54
“Kəpəz” legioneri ilə yollarını ayırıb
-
09:31
“Neftçi”nin kubok oyununa biletləri ödənişsiz əldə edin
-
00:08
“Turan Tovuz” Berdıyevlə müqaviləni uzadıb
-
20:45
Emin Mahmudov: “Abubakar məşqə hamıdan birinci gəlir, axırıncı gedir”
-
20:00
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
-
19:17
IJF: “Azərbaycan 2026-cı ildə yenidən dünya cüdosunun paytaxtı olacaq”
-
18:51
Siyasət Əsgərov: “Qızlar xarakter göstərdilər”
-
18:24
Boks üzrə Naxçıvan birinciliyinə start verilib
-
17:32
“Yuventus” Tudoru qovdu
-
17:19
Voleybol millimiz İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb
-
17:00
PFL rəsmisi: “Bu müqavilə Azərbaycan futbolu üçün yeni mərhələdir”
-
16:45
U-17 millimiz yenə darmadağın oldu
-
16:33
Millimiz Qazaxıstana qalib gəldi
29.10.2025
28.10.2025
27.10.2025























