8 Aprel 2025, Çərşənbə axşamı
Cavadov: "Oyuna pis başladıq"
Baxşıyev: “Ağır oyun alındı”
“İnanıram ki, hədəfimizə çatacağıq”
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: "Sabahdan axşama kimi bununla məşğul olacağam"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Metallurq"a qarşı keçirilən oyunu şərh edib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis hər şeyin istədikləri kimi olduğunu bildirib: "Metallurq"un 3 il öncə ilə müqayisədə nəticəyə oynayan komanda olduğunu demişdim. Bunun şahidi oldunuz. Rəqib sonadək uduzmaq istəmədi. Ancaq şükürlər olsun ki, hər şey istədiyimiz kimi oldu. Leroy Corc qol vursa da, onun hazırlığı hələ məni tam qane etmir. Çünki komandaya gec qoşulub. Nikoloz Gelaşvili qol vurmasa da, onun həmin vəziyyətlərdə olmağı hücumçu kimi ustalığını göstərir. Sadəcə, onda qol çatmırdı”.

Qurbanov növbəti rəqib “Pyast”ı belə dəyərləndirib: “Açığı, bu komandanın heç bir oyunu izləməmişəm. Fikrimcə, bütün diqqətimizi “Metalluq”la oyuna yönəltməklə düzgün addım atmışam. Sabahdan “Pyast” haqda informasiya toplayaraq, axşama kimi bununla məşğul olacağam. Azarkeşlərdən həmişə razı qalmışıq, sadəcə, istefa qışqıranda yox (gülür)”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30