14 Mart 2026, Şənbə
Andrey Demçenkodan qələbə şərhi
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət

Ölkə futbolu

Saşa Yunisoğlu: “Premyer Liqaya vəsiqəni təmin etmək istəyirik”

"Səbail"in kapitanı Saşa Yunisoğlu bu gün oynanılacaq "Şəmkir"lə vacib oyun öncəsi klubun "Facebook" səhifəsinə açıqlamalar verib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli müdafiəçi bunları söyləyib: 
 
"Komandamızı çox vacib və çətin oyun gözləyir. "Şəmkir" güclü komandadır, ancaq biz hər bir oyuna ciddi hazırlaşırıq və meydana sadəcə qələbə üçün çıxırıq. Çempionluq şansımızı itirsək də, 2-ci yeri hələ təmin etməmişik. Qələbə qazanıb Premyer Liqaya vəsiqəni təmin etmək istəyirik. Xal itkisi yolverilməzdir. Hamımız bunu yaxşı dərk edirik. Bu səbəbdən komandaya hansısa əlavə motivasiya lazım deyil. Məqsədimiz mövsümü 2-ci bitirmək və Premyer Liqaya vəsiqə qazanmaqdır.
 
Azarkeşlərimizi sabahkı oyunda bizə dəstək olmağa dəvət edirəm. Onların dəstəyi bizim üçün çox vacibdir".
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31