9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Kaxaber Tsxadadze Sadıq Sadıqova minnətdarlıq etdi

"Finlərə qarşı keçirilmiş ilk görüşdən sonra komandamız "Şəfa" stadionunda bərpa xarakterli məşqə çıxıb. Bir gün əvvəl "Mariehamn"a qarşı meydana çıxmış futbolçular bərpa prosedurlardan keçiblər. Digər oyunçular isə fərdi qrup şəkildə məşq ediblər". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis klubun rəsmi saytına verdiyi açıqlamada Avroliqanın ilk təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Mariehamn"a qarşı səfərdə keçirəcəkləri görüşün hazırlığından söz açıb: "Bildiyiniz kimi, cavab matçı təbii örtüklü meydanda keçiriləcək və məhz buna görə biz bu oyunun hazırlığlarını təbii tipli meydanda keçməliyik. Bu səbəbdən biz "Neftçi" klubuna və şəxsən klubun prezidentinə Sadıq Sadıqova müraciət etmişik. Ondan xahiş etdik ki, "Mariehamn"la cavab görüşünün hazırlığlarını İsmət Qayıbov adına stadionda keçək və o də bizim xahişimizə müsbət cavab verib. Buna görə də "Neftçi"nin prezidenti Sadıq Sadıqova təşəkkürümü bildirirəm. Bu gün axşam saatlarında baş tutacaq məşqi məhz İsmət Qayıbov adına arenasında baş tutmasını planlaşdırırıq, bundan başqa digər məşqlərimizi də bu stadionda keçirmək istəyirik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31