21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Ölkə futbolu

Nikolov: "Finlandiyada özümüzü qaşqabaqlı qonaq kimi göstərməliyik”

“Ürəkdən qonaqpərvərliyə görə çox sağ olun! Bunu mənə Finlandiya klubunun prezidenti vidalaşarkən dedi və çox haqlı idi”. Futbolxeber.az-ın məlumatına görə, bu fikirlər “İnter”in prezidenti Georgi Nikolova məxsusdur. Bolqarıstanlı klub prezidenti klubunun rəsmi saytında yazdığı bloqunda Avropa Liqasının I təsnifat mərhələsində Finlandiyanın “Mariehamn” klubu ilə Bakıda 1:1 hesabı ilə nəticələnən ilk oyuna toxunub.

Komandasını əldən buraxdığı qələbəyə görə tənqid edən Nikolov qitə miqyaslı turnirdə rəqiblərinin buradan nəticə ilə qayıtmağı onu yorub: “İnter”in bütün işləri qonaqlarımızın unudulmaz xatirələr qalması üçün çalışdılar. Bu, həmişə belə olub. Serblər, slovakiyalılar, polşalılar, yunanlar bura gələrək, xoş qəlblə qayıdıblar. Bəli, biz onların yolunu əngəl yaratmırıq. Futbolçularımız da yaxşı ton qaydalarına əməl edirlər - inamlı qələbə əvəzinə misal üçün finlərə qonaqpərvər heç-heçə bağışladılar. Bu, xoşagəlimli futbol adlanır. 10 qol imkanı yaradıb bunu reallaşdırmırsan və rəqibə yeganə zərbə ilə fərqlənməyə imkan verirsən...Ümumiyyətlə, “İnter”dəki bizlərin hamısı marketinq baxımdan uzaqgörən insanlarıq, intriqanı son saniyəyə kimi saxlayırıq. Əgər ciddi olsaq, bu futbol qonaqpərvərliyə məni bezdirib. Qoy, rəqiblər xoşagəlimli olsun, biz isə vicdansızlıq olmadan onları təngə gətirək. Aydındır ki, keçmişi qaytarmaq olmaz. Parlaq gələcəyə nail olmaq üçünsə Finlandiyada özümüzü qaşqabaqlı və xoşagəlimsiz qonaq kimi göstərməliyik”.





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30