Ölkə futbolu
Prosineçki: “Yalan danışmayacam”
Bu gün 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimiz evdə Almaniyaya 1:4 hesabı ilə uduzub. Futbolxeber.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Stadionda möhtəşəm ab-hava vardı. Azarkeşlərə təşəkkür edirəm. Çoxdandı, belə atmosfer görməmişdik. Komandamın oyunundan razı qaldım. Güclü rəqiblə qarşılaşmağımıza baxmayaraq, müdafiədə oturmadıq. Yəqin siz də razılaşarsız, 90 dəqiqədən sonra bu komanda ilə fəxr etmək olar. Rəqibi də qələbə münasibətilə təbrik edirəm.
- İki fərqli hissə izlədik. İlk hissəylə müqayisədə, ikinci yarıda milli komanda daha yaxşı təsir bağışladı. Buna səbəb almanların bizə şərait yaratması idi, yoxsa sizin fasilədəki tapşırıqlarınız? Bir də, Renat Dadaşovun heyətdə yer almamasına səbəb nə idi?
- Gəlin, fərqli hissələri bir kənara qoyaq. Əfranın səhvindən sonra vurulan qol, həmçinin Qomesin hava mübarizəsində fərqi artırması olmasaydı, fasiləyə 1:1 hesablı bərabərliklə yollansaydıq, kim bilir, nəticə necə olardı. Bir də deyirəm, millimiz bu oyunda hücum etdi, qol fürsətləri yaratdı. Mən yığmanın oyunundan razı qaldım.
Renat istedadlı oyunçudu. Ancaq onun cəmi 18 yaşı var. “Ayntraxt”ın gənclər komandasında oynayır. Məncə, bu yaşda belə rəqibə qarşı oyunda ona şans vermək tezdi. Gələcək oyunlarda onun hazır olduğunu gördükdə, şans verəcəm.
- Sizcə, oyunun taleyini nə həll etdi? Oyunçuların sizin taktiki tapşırıqlarınızı yerinə yetirməməsi, yoxsa rəqibin ustalıq səviyyəsi?
- Yalan danışmayacam. Bu gün oyunun nəticəsini rəqibin ustalıq səviyyəsi həll etdi. Oyunçularım əllərindən gələni etdilər. Almaniya millisinin üzvləri həftədə azı bir dəfə belə yüksək səviyyəli oyun keçirilər. Bir baxın, bu millinin üzvləri hansı komandalarda oynayırlar.
- Milliyə yeni gələndə oyun təcrübəsi olmayan futbolçuların dəvət almayacağını demişdiz. Ancaq bu gün heyətdə oyun təcrübəsi olmayan yetərincə futbolçu var idi. Buna səbəb nədi? Oyunçu çatışmazlığı?
- Rahid Əmirquluyev bu gün yaxşı, əzmkar oyun sərgilədi. Əfran İsmayılova gəldikdə isə, fərq yaradan oyunçudu. 90 dəqiqə onu görməsəniz də, bir ötürmə ilə qol epizodu yarada bilir. Məsələn, Nazarova qol ötürməsinə baxın. Məncə, İsmayılov fərqli oyunçudu. Ola bilsin, siz belə düşünmürsüz. Ancaq məncə, o, yığmaya layiq futbolçudu. Bəli, razıyam, bu gün onun səhvləri də oldu. Ancaq o meydanda olanda komanda daha hücumameyilli, daha inamlı oynayır.
- Bu gün millinin maksimum oyununu nümayiş etdirdiyini dediniz. Sizcə, bu oyun Çexiya və Şimali İrlandiyaya qarşı ev oyunlarında məğlub edə bilər?
- Həmin oyunlarda hansı nəticə qeydə alınacaq bilmirəm. Lakin deyə bilərəm ki, millimiz bu cür oyunla hər bir rəqibi məğlub edə bilər.
- Oyunun gedişində Maksim Medvedevi yanınıza çağırsanız da, sonra onu meydana buraxmadınız. Buna səbəb nə idi?
- Bədavi Hüseynov oyun zamanı zədəsini olduğunu dedi. Buna görə, Maksimi meydana buraxmaq istədim. Ancaq sonradan Bədavi hər şeyin qaydasında olduğunu dedi. Bu arada, mən Bədavidən çox şey gözləyirəm. Bu gün Bədavi Hüseynov yaxşı təsir bağışladı.
- Sizin üçün Almaniya ilə oyun daha çətin keçdi, yoxsa mətbuat konfransı?
- Mənə sizinlə görüşmək həmişə xoşdu. Sadəcə, bəzi fikir ayrılıqları var. Siz bilirsiz, biz bu gün kimlə oynamışıq. Məncə, Almaniya bu gün dünyanın ən güclü millilərindəndi. Fikrimcə, bu komanda gələnilki dünya çempionatının əsas favoritidi. O ki qaldı nəyin daha çətin olmasına, daha çox millini bu oyuna hazırlamaq daha çətin idi. Bəzən deyirsiniz ki, oyunçular 90 dəqiqəni tam çatdıra bilmirlər. Bununla razılaşa bilmərəm.
- Bura gələndən həmişə azərbaycanlı jurnalistlərə qarşı aqressiv münasibət göstərmisiz. Sizcə, yerli jurnalistlərin futbol savadı aşağıdı, yoxsa sizin oyun fəlsəfənizi başa düşmürük?
- Mənim danışığım belədi. Bəlkə, aqressiv görünürəm. Ancaq heç vaxt azərbaycanlı jurnalistlərin futbol savadı olmaması barədə heç nə deməmişəm. Dediyim kimi, müəyyən fikir ayrılığı ola bilər. Heç vaxt tənqidə qarşı olmamışam. Lakin həmişə tənqid olmaz. Bəzən yaxşı şeyləri də qabartmaq lazımdı. Lakin mən həmişə mətbuatda mənfi məqamlarla qarşılaşıram. İmkan varsa, komanda barədə bir-iki müsbət söz də yaza bilərsiz. Çünki, millinin yaxşı oyun sərgiləməsi üçün sizin də inanmağınız əsasdı.
- Bu gün Dmitri Nazarov meydanda ən yaxşılardan biri idi. Bunda onun ölkə xaricində oynaması da əsas idi. Bu gün ən yaxşılardan biri də Qara Qarayev idi. Sizcə, bu cür oyunçularımız ölkə xaricinə üz tutsa, bu, millinin daha çox xeyrinə olmaz?
- Nazarov 2-ci Bundesliqada sonuncu pillələrdə gedən komandada top qovur. Ancaq bu gün çox yaxşı oyun sərgilədi. Mən istəyərəm ki, millinin oyunçuları güclü çempionatlarda, güclü komandalarda çıxış etsinlər. Ancaq mən onların əllərindən tutub Avropaya apara bilmərik. Bu barədə həmişə onlarla bu barədə danışıram.
- Millimiz Almaniyaya qarşı bundan əvvəlki illərdə bundan kiçik hesabla uduzsa da, azarkeşlər sosial şəbəklərdə indiki kimi yığmadan razı qalmamışdılar. Siz azarkeşlərə qarşıdakı oyunlarda neçə xal söz verirsiz?
- Xal yox, ancaq qarşıdakı ev oyunlarında maksimum nəticə əldə etmək üçün mübarizə aparacağımıza söz verirəm. Ən əsas isə Şimali İrlandiya ilə iyunda baş tutacaq oyundu.
- Almaniya millisinə qol vurduğumuza görə AFFA-dan mükafat gözləmirsiz? Əvvəllər belə şey olub...
- Biz uduzmuşuq. Yaxşı oynasaq da, uduzmuşuq. Əvvəllər belə şeylər olmasından xəbərim yoxdu. Düzü, məni maraqlandırmır da. İndi bizim üçün əsas olan Şimali İrlandiya ilə oyundu. Həmin oyundan öncə milli 20 gün bir arada olacaq. Bu vaxt ərzində 2 yoxlama oyunu keçirməyi planlaşdırırıq.
- Bu gün Kamran Ağayevin oyunundan razı qaldınız?
- Kamranın klubunda oynamaması böyük problemdi. Onun oyununa qiymət verməyim üçün oyunun videoyazısına baxmalıyam. Ancaq gördüyüm qədərilə qollarda onun səhvi yox idi. İnanıram ki, özünə yaxşı klub tapacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
-
12:38
“Neftçi”nin üzvü Hondurasa qol vurdu, komandası qalib gəldi VİDEO
-
12:09
"Formula 2": Rafael Kamara Bakıda qalib oldu
-
11:45
"Qarabağ"ın legioneri millisinə qələbə qazandırdı VİDEO
-
11:23
“Neftçi”nin yarımmüdafiəçisi Burkina Fasodan 1 xalla qayıtdı
-
10:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:32
Boks millimiz Avropa çempionatında tarixi nailiyyətə imza atıb
-
10:17
“Qarabağ” və “Zirə”nin futbolçuları Seneqala qarşı oynadılar
-
10:00
Türkiyə öz meydanında Fransaya uduzdu VİDEO
-
09:41
"Zirə" də Çempionlar Liqası ilə vidalaşdı
-
09:24
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
-
23:18
Daha bir boksçumuz Avropa çempionu oldu
-
23:05
Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
26.09.2026
25.09.2026
24.09.2026
























