26 Sentyabr 2026, Şənbə
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Ölkə futbolu

Eddi İsrafilov: “Biz səhv etdik, almanlar qol vurdular” ÖZƏL

“Almaniyaya qarşı pis oynamadıq. Baş məşqçimiz tapşırıq vermişdi ki, topla oynayaq. Biz də onun istəyini yerinə yetirməyə çalışırdıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri milli komandamızın üzvü Eddi İsrafilov deyib.

Yarımmüdafiəçi DÇ-2018-in seçmə mərhələsində Almaniyaya 1:4 hesabı uduzmağımızın səbəbini belə izah edib: “Unutmaq olmaz ki, rəqib çox güclü idi. Biz səhv etdik, almanlar qol vurdular. Almaniyaya qarşı oynamaq nəinki bizim üçün, istənilən komanda üçün çətindir. İstəyir İspaniya olsun, istəyir Braziliya”.

İsrafilov qrupda ikinci yeri tutmaq üçün sona qədər yarışacaqlarını söyləyib: “Məqsədimiz qrup ikincisi olmaqdır. Biz sona qədər mübarizə aparacağıq. Lakin yekunda neçənci yeri tutacağımızı demək çətindir. Hər komandaya qarşı bugünkü kimi oynasaq, lazımi nəticəni qazana bilərik. İkinci yeri tutacağımıza inanıram. Qrupumuzda rəqiblər güclüdür. Şimali İrlandiya ilə səfərə oyununda kobud səhvlərimiz oldu. Bakıdakı matçda həmin səhvləri təkrarlamamalıyıq”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30