Ölkə futbolu
Gözəldən “Neftçi”yə xəbərdarlıq
Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilir. Futbolxeber.az saytının məlumatına görə, "Boulevard Hotel"də təşkil olunan yığıncaqda iştirak edən “Qarabağ”ın prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb:
- “Qarabağ”ın qış fasiləsindən sonrakı çıxışlarında zəiflik hiss olunur. Komandada nəsə çatışmazlıqlar, problem var?
- Yox, belə deyil. Şəxsən mən belə düşünmürəm. Mən ümidliyəm. 6 oyunumuz qalıb. Hələ ki hamıdan irəlidəyik. “Neftçi” - “Qəbələ” (1:0) oyunu çox maraqlı alındı. Mən “Qarabağ”a inanıram və hesab edirəm ki, son 6 oyunda yaxşı çıxış edib hədəfimizə nail olacağıq.
- Builki “Qarabağ”ın avrokubokda yenə qrupa düşməyə gücü çatacaqmı?
- Mənim bu barədə fikrim müsbətdir. Hesab edirəm ki, buna gücümüz çatacaq.
- Amma onu da nəzərə alaq ki, əsas oyunçularınızı itirmisiz. Reynaldo klubdan getdi, Dani Kintana zədəlidi...
- Daninin zədəli olması bizim üçün həqiqətən də böyük itkidi. Sizinlə razıyam. Biz də imkanımız çatan qədər oynayacağıq. Amma inanıram. Bizdə motivasiya yüksəkdi. Gücümüzə inanıram. Əminəm ki, komandamız öz oyun sxemini quracaq.
- Çempionlar Liqası, yoxsa Avropa Liqasının qrupuna düşəcəyinizə inanırsız?
- Əlbəttə ki, arzum Çempionlar Liqasıdı.
- Bunlara nail olmaq üçün yeni transferlər gözlənilirmi?
- Biz sponsor olaraq, hazırıq. Qurban Qurbanova baxırıq. O, futbolçu bəyənib, seçir. Onu eşidirik. Komandaya yeni oyunçu cəlb etmək də ağır prosesdir. Qurbanov da baxır, nümayəndələri də ölkə xaricinə göndərir. Əgər hansısa futbolçu bəyənilsə, biz onu transfer etməyə hazırıq.
- Cari mövsüm “Qarabağ”ın “Qəbələ” ilə oyunları ajiotaj yaradır. Azarkeşlər arasında yaşanan bu gərginlik sizi narahat etmir ki?
- Mən üzülürəm. Hamımız Azərbaycan klublarıyıq. “Qəbələ” həmişə güclü klub olub və olacaq da. Futbolda yenmək də var, yenilmək də. Əksinə, mən “Qəbələ”ni təbrik etdim. Bizə qarşı gözəl oynayıb, qələbə qazandı. Onları da təbrik etdim. Mən orda başqa nəsə görmədim. Hesab edirəm ki, bizim aramızda belə problemlər olmamalıdır.
- 8 komandalı çempionatdır və liderlərin digər komandalarla arasındakı xal fərqi çoxdur. Bu rəqabətsizlik “Qarabağ”ın avrokuboklardakı çıxışına təsir göstərməyəcək ki?
- Əlbəttə, təsir edəcək. Bugünkü imkanlar nədisə, biz onun üçün əlimizdən gələni edəcəyik. Amma istərdik ki, çempionatda ən azı 10 komanda olsun. Lakin hesab edirəm ki, çox da pis deyil. “Qəbələ” kimi bizə çətinlik yaradan klublar var.
- Kubokun yarımfinalında əzəli rəqibiniz “Neftçi” ilə qarşılaşacaqsınız. Onlar da qış fasiləsindən sonra çox güclənib. Matç haqda nə düşünürsüz?
- Düzdü, o oyun, xüsusilə də, mənim üçün ilin tarixi matçı olacaq. Onu mən böyük həvəslə gözləyirəm.
- Komandanı necə motivasiya edəcəksiz?
- Bunun üçün öz yollarımız var. Hər sirrimizi açıqlaya bilmərik. Ancaq mən şəxsən müdaxilə edəcəm.
- Son turda da “Neftçi”nin qonağı olacaqsız. Bu komandanın stadionunda qazanıla biləcək çempionluq nəsə fərqli hisslər yaradacaqmı?
- “Neftçi”ni öz meydanında məğlub etmək… Ən böyük zövqü də elə bu verəcək. Amma “Neftçi”yə xəbərdarlıq edirəm, “Qarabağ” bu barədə iddialıdı. Amma doğrudan da onlar əla komanda yığıblar, gözəl formadadı. İnanıram ki, həmin matçda möhtəşəm “Qarabağ” görəcəksiz. Biz buna hazırlaşırıq və bu oyunla bağlı həssaslığımı futbolçular da bilir.
- Sizin üçün “Neftçi”yə qarşı oynamaq “Qəbələ” ilə matçdan daha prinsipialdı?
- Mənim üçün “Neftçi” – “Qarabağ” görüşünün yeri ayrıdı. Bu, “Şirlərin savaşı”dı. Çox maraqlı matç izləyəcəyik.
- Arxada qalan ildə “Qarabağ”ın büdcəsində hər-hansı problem olmayıb?
- Şükürlər olsun ki, problemimiz yoxdu. Büdcəmiz sabitdi, nə böyümür, nə azalmır. Bunu olduğu kimi saxlayırıq. Ona görə siz deyəndə yeni transfer edəcəksizmi buna uyğun büdcəmiz var, cavablarımız realdı. Amma bir şey deyim. Bütün neft ölkələrində çətin şəraitdi. Buna baxmayaraq, sponsorumuz “Azərsun Holdinq” böyük fədakarlıq göstərir. Amma “Qarabağ” adı bizim üçün dəyərlidi. Bilirsiz ki, bu gün cəbhədə döyüşlər var. Hərdən acı şəhid xəbərləri də alırıq. Ona görə də məsuliyyətimizi bilirik. Bu gün “Qarabağ”ın adını yaşatmaq bizim üçün çox önəmlidi. Mən də “Qarabağ”ın prezidenti kimi bunu həmişə dəstəkləyirəm. Bu üzdən də şükürlər olsun ki, büdcəmizdə geriləmə yoxdur.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:29
U-21 millimiz Çexiyaya qarşı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
-
09:30
Çempionlar Liqası: “Birbaşa Bakı” və “Zirə” 1/8 final oyununa çıxır
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:21
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
-
09:00
Mahir Emreli: “Rəqib dişimizə görə idi”
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
25.09.2026
24.09.2026
23.09.2026
























