Ölkə futbolu
Vurğun Hüseynov: “Xəzər Lənkəran”la oyunda…”
Premyer Liqada 3 tur bundan əvvəl "Sumqayıt"ın heyətində 100-cü oyununu keçirmiş kapitan Vurğun Hüseynov klub saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, o, AZAL üzərindəki qələbəni şərh etməklə yanaşı, növbəti turda "Zirə" ilə baş tutacaq oyun haqqında da fikirlərini bildirib.
Kapitan bu turda baş tutacaq görüşün vacibliyindən danışıb: "AZAL-la oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. Bu səbəbdən oyuna olduqca ciddi hazırlaşmışdıq. Bütün kollektiv olaraq 3 xalı qazanıb yenidən turnir cədvəlinin 4-cü pilləsinə yüksəlməyi qarşımıza məqsəd qoymuşduq. Açığı, oyun istədiyimiz kimi alınmadı. Uşaqlarda həyacan hiss olunurdu. Buna baxmayaraq, çətinliklə də olsa, 3 xalı qazandıq. İndi bizi qarşıda daha çətin rəqib gözləyir. Səfərdə "Zirə" ilə oyunumuz var. Artıq bu oyunun hazırlığına bu gündən başlamışıq. "Zirə"nin gücü hamıya məlumdur. Düzdür, ilk iki dövrənin hər iki oyununda onlara qalib gəlmişik. Amma bu qarşılaşma hər iki komanda üçün daha vacibdir. Altı xallıq oyundur desəm, yanılmaram. Bütün kollektiv olaraq bu oyuna köklənmişik. İnşallah, "Zirə" səfərdindən sərfəli nəticə ilə qayıdarıq".
Hüseynov "Sumqayıt"dakı ümumi vəziyyətə də aydınlıq gətirib. Kapitan çempionatın sonlarına yaxın bütün oyunların çətin keçəcəyini bildirməklə yanaşı, qazanılan uğurlu nəticələrin heyətdə yer alan gənc futbolçuların püxtələşməsində önəmli olduğunu da vurğulayıb: "Allaha şükür, klubumuzda vəziyyət stabildir. Sponsor və rəhbərliyin səyləri nəticəsində heç bir problemimiz yoxdur. Komanda olaraq, sırf futbolu düşünürük. Bu da bizə oyunlara daha yaxşı köklənməyə səbəb olur. Qarşıda olduqca çətin 9 tur var. Uğurlu nəticə qazanmaq istəyiriksə, bütün komanda olaraq var qüvvəmizlə çalışmalıyıq. Heyətimizdə yer alan gənclərin irəliləyişi üçün nəticə önəmlidir. İnşallah, uzun marafonun qalan hissəsini də uğurla başa vurub istədiyimiz nəticəyə nail olarıq".
Üç ildən çoxdur "Sumqayıt"da çıxış edən Hüseynov 100-lər siyahısına düşdüyü üçün çox şad olduğunu deyib. Qeyd edək ki, karyerası ərzində "Turan" və "Qəbələ"nin şərəfini qorumuş "3 nömrə" 14 dəfə də Azərbaycan millisinin formasını geyinib. "Sumqayıt"ın onun üçün bir ailə olduğunu deyən Vurğun azarkeşlərə də təşəkkür etməyi unutmayıb: "Hamıya məlumdur ki, Tovuz futbol məktəbinin yetirməsiyəm. Karyeram ərzində "Turan" və "Qəbələ"də çıxış etmişəm. 2013-cü ildə isə "Sumqayıt"dan təklif aldım və qəbul etdim. Bu klubun heyətində həmin ilin avqustun 4-də "Xəzər Lənkəran"la oyunda debüt etmişəm. Həqiqətən bir klubda 100 oyun keçirmək böyük işdir və hər bir futbolçuya nəsib olmayan bir hadisədir. Çünki, bu günə qədər çıxış etdiyim heç bir klubda səhv etmirəmsə, 100 oyuna çıxmamışdım. "Sumqayıt" FK artıq mənim ailəmdir. Bu şəhər daim böyük futbolçular yetişdirib. Bu klubun heyətində yer alan gənc futbolçuların yetişməsində az da olsa, əməyim olduğuna görə çox sevinirəm. Bir kapitan olaraq, klubum üçün daha böyük işlər görməyə hazıram. Bu şəhərin komandası və azarkeşləri daha böyük uğurlara layiqdir. Allahın köməkliyi ilə "Sumqayıt" olaraq, daha böyük uğurlar qazanıb azarkeşlərimizi sevindirərik. Yekunda buradan bütün azarkeşlərimizə səslənərək bizi hər oyunda dolu tribunalarda dəstəklədikləri üçün təşəkkür edirəm".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
-
15:13
Azərbaycan komandası TeamGym üzrə Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:48
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
-
14:32
İtaliya klubunda yeni baş məşqçi
-
13:54
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
-
11:56
"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:31
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
-
11:09
“Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
-
10:43
"Mançester Siti" - PSJ matçında 6 qol VİDEO
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:14
"Aston Villa" "Fənərbaxça"nı darmadağın etdi VİDEO
-
09:52
DÇ: Günay Qurbanova finalda, Ruslan Nurullayev bürünc medal qazanıb
-
09:30
9 qolluq oyunda "Liverpul" qalib gəldi VİDEO
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
-
17:46
Türkiyə klubunda yeni baş məşqçi
-
16:51
"Kür"ün növbəti rəqibi bəlli olub
-
16:03
Boks millimiz Avropa çempionatında üçüncü yeri tutub
-
15:34
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
-
13:40
DÇ: Minifutbol millimiz BƏƏ-ni məğlub etdi
-
13:12
Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
-
12:58
Qadın güləşi millimizin üzvləri Qazaxıstana yollanıblar
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:09
Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
-
11:46
"Atletiko" "Mançester Yunayted"i məğlub etdi VİDEO
-
11:23
ABŞ səfirliyi Azərbaycan cüdoçularını dünya çempionatında uğurlu çıxışa görə təbrik edib
-
10:54
"Lans" öz meydanında "Sportinq"lə bacarmadı VİDEO
-
10:31
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
-
10:17
"Qalatasaray" - "Barselona" matçında 5 qol VİDEO
-
10:00
Millimiz “Antalyaspor”a qalib gəlib
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
15.10.2026
14.10.2026
13.10.2026
























