31 Avqust 2026, Bazar ertəsi
Dani Bolt “Qarabağ”dan getdi
Rəşad Sadıqovdan qələbə şərhi
“Zirə” “Neftçi”ni məğlub etdi
Dieqo Rosa rəsmən “Qarabağ”da

Ölkə futbolu

Elxan Abdullayev: “Bu, daha çox fərqlənməyimizə mane oldu”

Bu gün Topaz Premyer Liqasında XVIII tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Neftçi” doğma meydanda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. “Bakcell Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Elxan Abdullayev qələbəni belə şərh edib:
 
- Hər iki komanda yaxşı oyun göstərdi. Rəqib qapıçının oyunu daha çox fərqlənməyimizə mane oldu. Fikrimcə, yaxşı oyun göstərdik və 3 xal qazandıq”.
 
- Bu gün sizə “Sumqayıt” daha çox çətinlik yaratdı, yoxsa hava şəraiti?
- Havadan şikayətlənə bilmərik. Hər iki komanda eyni havada oynayırdı.
 
- İcarə əsasında “Neftçi”də çıxış edən futbolçuları komandada uzun müddət saxlamaq planınız varmı?
- Folprext və Dreksadan başqa, hamısı bizim futbolçularımızdı. Dreksa ilə 1 illik müqaviləmiz var. Amma Folprextlə müqavilənin müddəti mövsümün sonunda başa çatır. Sadəcə, onunla sözləşmədə belə bir bənd qoyduq ki, istəsək, transfer edə bilərik.
 
- Son matçlarda meydana çıxmayan Boban Baykoviçin komandadan göndərilməsi reallaşa bilərmi?
- Həm Baykoviç, həm Maksim Vaylo komandamızın qapıçısıdı. Bu gün elə tələb olunurdu ki, qapıda Vaylo dayansın. Özünüz də bilirsiz ki, legioner limiti məsələsi var. Komandada zədəli olan futbolçularımız var. Cavid, Rəhman, Fəhmin tam formada deyillər. Ola bilsin ki, gələn matçda qapıda Baykoviç dayansın. Bu, oyundan və rəqibdən asılıdı.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31