Ölkə futbolu
Ramin Musayev: “Mətbuata xoş gəlsin deyə, hakimləri tənqid etmək düz deyil” (MÜSAHİBƏ)
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Futbolxeber.az saytına müsahibəsi
“SƏNİN FUTBOLÇUN BOŞ QAPIYA DƏQİQ ZƏRBƏ ENDİRƏ BİLMİR, QARANQUŞ VURURSA, BUNA HAKİM NEYLƏSİN?”
- Topaz Premyer Liqasında 2016/17 mövsümünün iki dövrəsi artıq geridə qalıb. İlk 14 turu ümumilikdə necə dəyərləndirmək olar?
- Hər şeyi nəzərə alanda, ümumilikdə çempionatın gedişini normal saymaq olar. Əla yox, amma normal demək mümkündür.
- Əla olması üçün Premyer Liqada çatışmayan nədir?
- Komandaların sayı azdır. Tur ərzində cəmi 4 oyunun olması mübarizənin azlığına gətirib çıxarır. Xırdalıqlar çoxdur. Çempionatda vəziyyət o vaxt əla olar ki, komandaların sayı, mübarizə, gərginlik daha çox olsun. Bunlar olmayan yerdə inkişaf çətindir. Məsələn, mənə sual verirlər ki “Qəbələ”nin “Qarabağ”a qalib gəlməsini niyə istəyirdiz? Cavab verirəm ki, rəqabətə görə. Üstəlik, bəzi klublarda maliyyə çətinliyi də var.
- 14 tur ərzində cəmi 4 qələbə qazanan və 17 xal toplayan komandanın 4-cü pillədə qərarlaşması çempionatımızın səviyyəsinin aşağı olmasına işarə deyil?
- Hesab edirəm ki, “Sumqayıt” gözəl oyun nümayiş etdirir. “Qarabağ” və “Qəbələ”yə qarşı yaxşı mübarizə apardılar. Bu komanda nəticəyə oynamır. Bəzi klublarda rəhbərlik məşqçidən nəticə tələb edir. “Sumqayıt”da isə elə şey yoxdur. Onların məqsədi oyunçu yetişdirməkdir. Baş məqçidən nəticə tələb olunmayanda komanda daha gözəl oyun göstərir. O vaxt biz “Neftçi”də işləyəndə elə olurdu ki, uduzanda da Rövnəq Abdullayev mükafat verirdi. Səbəbini soruşanda deyirdi ki, “uşaqlar meydanda canlarını qoyurlar, bütün gücləri ilə mübarizə aparırlar.
- Komandaların sayının azlığını nəzərə almasaq, hakimliyi bu gün Topaz Premyer Liqasının əsas problemi saymaq mümkündür?
- Mən hakimlikdə ciddi problem görmürəm. Bəzən klub rəhbərləri məndən inciyirlər. Amma mən hakimləri yox, haqqı müdafiə edirəm. Sonuncu kubok oyunundan sonra AZAL hakimləri qərəzli olmaqda suçladı. Həmin oyunu sona qədər izləmişəm. Əminliklə deyirəm ki, AZAL-ın əleyhinə hakim səhvi olmayıb. Hansı qərəzdən danışırlar? Sənin futbolçun boş qapıya dəqiq zərbə endirə bilmir, qaranquş vurursa, buna hakim neyləsin? Komanda yığ, sonra danış. Fariz Yusifov neyləməlidi? AZAL-ın yerinə qol vurmalıdı? “Neftçi”də işləyəndə hakimliklə bağlı bəzi incəlikləri bilmirdim. Bir dəfə hansısa oyunda qapımıza qol vuruldu. Hakim Ceyhun Haşımov idi. Dərhal etirazımı bildirdim, hirsimdən partlayırdım. Sonra Ağasəlim Mircavadov əsəbləşməyimin səbəbini soruşdu. Səbəbini bildikdən sonra izah etdi ki, rəqib qolu tam qaydalar çərçivəsində vurub. Boynuma aldım ki, bilməmişəm, səhv etmişəm. Hətta səhvimə görə zəng vurub AFFA-nın o vaxtkı baş katibi Fuad Əsədovdan da üzr istədim. Oyun vaxtı emosiyaları anlayıram. AZAL - “Qəbələ” oyununun gedişində Fikrət Hüseynov mənə zəng vurdu. Amma telefonu götürmədim. Çünki nə deyəcəyini bilirdim. AZAL-ın penalti istədiyi etdiyi epizodda hakim düzgün qərar qəbul etmişdi. Orda penalti yox idi. Fariz Yusifovun yeganə səhvi AZAL-ın futbolçusuna simulyasiyaya görə sarı vərəqə göstərməməsi idi. Hakim səhvləri hər yanda olur. Dünyada elə bir çempionat var ki, hakim səhvi olmasın? Vacib odur ki, qərəz olmasın. Bilərəkdən hakimlər kimisə uduzdurmasınlar.
“KƏPƏZ” YOX, AMMA “QARABAĞ” HAKİMLƏRDƏN NARAZIDIR”
- AZAL-ın vitse-prezidenti cari mövsüm kubokda keçirdikləri hər 3 oyunu Fariz Yusifovun idarə etməsindən narazıdır...
- Fikrət Hüseynovun dünya praktikasından xəbəri varmı?
- Dəqiq bilmirəm. Amma məsləhət gördü ki, belə halın başqa yerdə olub-olmaması ilə bağlı Abas dayıya müraciət edək.
- Onun Abas dayısı kimdi?
- Əməkdar jurnalist, uzun illərdir futbol sahəsində fəaliyyət göstərən Abas Əzimovu nəzərdə tutur
- Hə... Aşığın sözü qurtaranda neynim-neynir deyir. Komandana bax, sonra danış da. Adam hər şeyi demək istəmir. Vallah, ayıbdı. Hakim səhvi olsaydı, deyərdim ki var. Lakin Fariz Yusifov AZAL - “Qəbələ” oyununda səhv qərar verməyib.
- Səhvi başa düşdüm. Amma nəyə görə eyni hakim “Qəbələ” və AZAL arasında keçirilən hər 2 kubok oyununu idarə etdi?
- Eyni hal “Kəpəz” - “İnter” cütündə də yaşandı. Həm Bakıdakı, həm də Gəncədəki oyunu Rəhim Həsənov idarə etdi. Lakin tərəflərdən heç biri ondan narazılıq etmədi. Kubokda eyni komandalar arasında ev və səfər matçlarını 1 hakimin idarə etməsi ilə bağlı praktika çoxdan var. Neçə ildir belə edirik. İlk matçda hakimin səhv yoxdusa, tərəflər arasındakı ikinci görüşü də eyni referi idarə edir.
- Klublar Komitəsinin son iclasında “Qarabağ” istisna olmaqla 8 klubdan 7-si hakimlərdən narazılıq etdi. Onların narazılığını nə dərəcədə haqlı sayırsız?
- “Kəpəz” də narazılıq edib?
- Bəli, “Qarabağ” istisna olmaqla 8 klubdan 7-si.
- Siz iclasaydız?
- Xeyr. Amma iclasdan sonra bildirildi ki, “Qarabağ” istisna olmaqla klubların hamısı hakimlərdən narazıdırlar. Üstəlik, Hakimlər Komitəsinin sədri vəzifəsinə əcnəbinin dəvət edilməsi də təklif olunub.
- Gözəl təklifdi, davam etsinlər. Mənim üçün fərqi yoxdur ki, hakimlər komitəsinin sədri kimdir. Xaqani Məmmədov mənim nə qardaşımdı, nə də əmim oğlu. Əsas odur ki, qərəzli hakimlik olmasın. Mən klubların hamısının hakimlikdən narazı olmasına inanmıram.
- Hər halda, Fikrət Hüseynovun belə dediyi dəqiqdir.
- O bu açıqlamanı öz adından verib. Yenə deyirəm, mən 8 klubdan 7-nin hakimlərdən narazı olmasına inanmıram. “Kəpəz”dən hər hansı narazılıq eşitməmişəm. Əvəzində “Qarabağ”dan eşitmişəm.
- Məncə də bu il “Qarabağ”a qarşı hakim səhvləri “Neftçi”, “Kəpəz”, AZAL-la müqayisədə daha çox olub. Sadəcə etiraz bildirməməsi “Qarabağ”ın hakimlərdən razı olması təəssüratını yaradır...
- Hər insanın öz şəxsi fikri var. Səmimi deyirəm ki, “Qarabağ” hakimlərdən narazıdır. Bir neçə gün əvvəl Qurban Qurbanov yanımda olub, hakimlərlə bağlı narazılığını bildirib. Amma onlar bu məsələ ilə bağlı mətbuata çıxmırlar. “Qarabağ”a qarşı da hakim səhvi olub. Əslində, bu suallar Xaqani Məmmədova aiddir. Mən narazılıqlara cavab versəm də, hakimlərə cavabdehlik daşımıram. İlk növbədə hakim özü, sonra isə Xaqani müəllim onlara cavabdehdir. Mən sadəcə haqsızlığa etiraz edirəm. Görsəm ki, tək hakim yox, futbolçu, yaxud jurnalist haqda da düzgün danışmırlar, onları da müdafiə edəcəm.
“O SÖZÜ ELVİNƏ DEYƏN KOMİSSİYA ÜZVÜNÜN AĞLI YOXDUR”
- Bir qədər də I divizondan danışaq. Son illər məsələ çox müzakirə olunsa da, heç kim danışılmış oyunların mövcudluğunu qəbul etmirdi. Artıq aşağı liqadakı danışılmış oyunlarla bağlı məsələ gündəmə gəlib. Bununla bağlı araşdırmanın gedişatı sizi qane edir?
- Əvvəl say çox idi. Sonradan təkrar baxıldı, araşdırıldı və şübhəlilərin sayı aşağı endi. Verilən qərarda da yazılıb ki, araşdırma davam edir. Haqq nədirsə, o da olmalıdır. Mən özüm də 1 dəfə komissiyanın iclasında iştirak etmişəm. Görmüşəm ki, məsələyə çox diqqətlə yanaşırlar. Kiməsə qarşı haqsızlıq etməməyə çalışırlar. İnanıram ki, düzgün qərar qəbul ediləcək.
- Qeyd etdiniz ki, komissiya üzvləri məsələ diqqətlə yanaşırlar. Olmazdı ki, şübhəli qismində olanların deyil, yalnız günahı sübuta yetirilmiş şəxslərin oyun alqı-satqısında iştirak etdiyini açıqlasınlar?
- Açıqlamada bildirilmir ki, adı açıqlanan şəxslər oyun alqı-satqısında iştirak ediblər. Onlarla bağlı araşdırma gedir. Sabah mənim də haqqımda araşdırma gedə bilər. Bu, normal haldı.
- Açıqlanan hər iki siyahıda adı yer alan, sizin də yaxından tanıdığınız Elvin Əliyev saytımıza müsahibəsində söylədi ki, komissiyadan ona “səndən şübhələnmirik, sadəcə köməyivə ehtiyac duyuruq” deyiblər. Bu, nə dərəcədə düzgündür?
- Kim deyib onu?
- Elvinin bildirdiyinə görə, komissiya üzvlərindən biri.
- Birinci dəfədir eşidirəm. O sözü Elvinə deyən komissiya üzvünün ağlı yoxdur.
- Sualın birbaşa sizə aidiyyatı olmasa da, PFL prezidenti kimi fikriniz maraqlıdır. Danışılmış oyunlarla bağlı məsələni araşdıran komissiyanın tərkibini düzgün sayırsız?
- Futbolu bilən insanlardılar.
- Amma komissiyada elə adamlar var ki, vaxtı ilə özlərinin adları oyun alqı-satqısında hallanıb...
- Eşitməmişəm. Elə bir şey olubsa, düz deyirsiz....
“PREMYER LİQADAN 1 KLUB I DİVİZİONA DÜŞƏCƏK, 3 KOMANDA İSƏ YUXARI QALXACAQ”
- PFL-in keçirdiyi çempionatda iştirak üçün klublara lisenziyanı AFFA verir. Bu, nədərəcə düzgündür?
- Düzgündür. Bütün dünyada belədir. Tək bizdə deyil.
- Yaxşı olmazdı ki, elə klublara lisenziyanı da çempionatı keçirən qurum verərdi?
- Bizim də klublara verməli olduğumuz sənədlər var. AFFA PFL-dən daha böyük qurumdur. Unutmayaq ki, biz çempionatı AFFA-nın bayrağı altında keçiririk.
- Çempionatın yarısı geridə qalıb. Amma növbəti mövsümdə Premyer Liqada neçə komandanın çıxış edəcəyi məlum deyil.
- Niyə? Məlumdur axı. Əsasnamədə də qeyd olunub ki, Premyer Liqadan 1 klub I diviziona düşəcək, 3 komanda isə yuxarı qalxacaq.
- Amma dəfələrlə görmüşük ki, mövsümün gedişatında əsasnamə dəyişir.
- Ola bilər. Növbəti mövsümdə Premyer Liqada 12 komandanın olması da mümkündür. Əgər I diviziondan 4,5 komanda Premyer Liqada oynamağa hazır olsa, mən rəhbərlikdən və İcraiyyə Komitəsinin üzvlərindən əsasnamədə dəyişiklik olmasını xahiş edəcəyəm.
“RUSİYA KLUBLARI OLSA, HAKİMLƏRİMİZ ANTALYAYA YOLLANACAQ”
- Ötən il Rusiya klubları Antalyaya yollanmadı. Hakimlərimizin qardaş ölkəyə təlim-məşq toplanışına getməməsini də məhz bununla əlaqələndirdiniz. Bu il Rusiya klubları da gəlir. Amma yenə də hakimlərin ölkə xaricinə üz tutmayacağı barədə xəbərlər dolaşır. Bu dəfə problem nədir?
- Hər yayılan xəbərə inanmayın. Keçən il Rusiya klubları getmədilər, bu səbəbdən də bizim ora yollanmağımıza ehtiyac duyulmadı. Hardan bilirsiz ki, bu il Rusiya klubları Antalyaya yollanacaqlar?
- Mətbuatdan.
- Nə olsun ki yazırlar. Hər yazılana da inanmaq olmur axı.
- Rusiya səfirinin Türiyədə öldürülməsindən sonra heç bir klub Antalyaya yollanmayacağını bəyan etməyib. Üstəlik, Rusiya Premyer Liqasında mübarizə aparan 16 klubdan 10-nun Antalyaya yollanacağı rəsmən açıqlanıb...
- O gün yazılmışdı ki, qar yağacaq, amma yağmadı. Hər şeyi zamanın ixtiyarına buraxaq. 15-20 gün öncədən dəqiq söz demək çətindir. Antalyaya yollanmaq planımız var. Getmək sərf eləsə, gedəcəyik.
- Bəlkə probem rus klublarında yox, maliyyədədir?
- Problem olmasa, gedəcəyik. Heç bir maliyyə problemi yoxdur.
“BÜTÜN KLUBLARIN YENƏ DƏ PFL-Ə BORCU VAR”
- Ötən il klubların PFL-ə borclarının olmasından şikayətlənirdiniz. Bu il vəziyyət necədir?
- Bu il də vəziyyət eynidir. Yenə də bütün klubların borcları var. Kimi dindirirsən, deyir pul yoxdur. Biz də onları incitmirik.
- Yenə də borclarını vaxtında ödəməyəcəkləri halda, klublara transfer qadağası qoyula bilər?
- Bu il də olacaq.
- Hansı klubların borcu daha çoxdur?
- Elə hamısının borcu çoxdur.
- Digərlərini başa düşdük. Bəs “Qarabağ” və “Qəbələ” niyə borcunu ödəmir? Axı bu klublar Avroliqadakı çıxışa görə UEFA-dan da pul alırlar...
- Onların başları Avroliqaya qatışıq idi. Biz də onlar kimi uğur qazanmalarını istəyirdik. Yəqin ki, tezliklə borclarını verərlər.
- Premyer Liqanın sponsoru olan “Topaz”dan daim razılıq edirsiniz. Hazırda vəziyyət necədir?
- Hər şey qaydasındadır, öhdəliklərini tam yerinə yetirirlər. Onlardan elə indi də razıyıq.
- Bəlkə nəyisə unudub soruşmadıq. Əlavə etmək istədiyiniz nəsə varsa, buyurun.
- Danışmaqdansa, iş görməyə üstünlük vermək lazımdır. Bütün səhvləri hakimlərdə yox, bir az da özümüzdə axtaraq. Komanda var ki, məşqçiyə sual verirlər niyə oyunun gedişində əvəzetməyə əl atmadın? Deyir kimi dəyişim? Bu haqda düşünsünlər. Futbol elə bir idman növüdür ki, orda hakim səhvinin olmaması mümkün deyil. Tərəfdarıyıq ki, səhv olmasın. Amma səhv olursa, heç olmasa qərəz olmasın. Özünüz də görürsünüz ki, hakimlər qərəzsizdirlər. Bu il bizim üçün uğurlu oldu. 8, 10 komandalı çempionat keçirsək də, 2 klubumuz yenə də Avroliqada qrupa düşdü. Vaxtı ilə bəzi komandalar Avrokuboklara vəsiqə qazansalar da, Sumqayıtdan geri dönürdülər. Millimiz 4 oyundan 7 xal yığıb. Bir az bunlardan, futbolçularımızdan danışmaq, onları ruhlandırmaq lazımdı. Yaxşı olardı ki, klublar birliyi bir az da bu mövzulara toxunsunlar. Hansı futbolçuları yetişdiriblər, nə ediblər? Mətbuata xoş gəlsin deyə, hakimləri tənqid etmək düz deyil.
- Yeri gəlmişkən, bu yaxınlarda fikir səsləndirmişdiz ki, hazırda millidə oynayanlar “Bakı” və “Neftçi”nin yetirmələridir. Bu fikrinizə qısqanclıqla yanaşanlar çox oldu?
- Bilmirəm, mənə heç nə deyən olmayıb. Düz söz demişəm də, kim nə deyə bilər ki?!
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- “Səbail” kapitanı ilə yollarını ayırır
- Berdıyevdən mini master-klass
- “Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı qələbə
- “Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
- Futzal millimizdə yeni məşqçi təyinatı
- “Səbail” Adil Şükürovla yola davam edir
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Qurbanov məğlubiyyəti şərh etdi
- Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal görüşünün nəticəsi dəyişdirilib
- Ceykob Merfi: “Qarabağ”a qarşı oyunumuz mövsümdəki ən yaxşı matçımız idi”
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- ABŞ Səfirliyi Nəriman Axundzadəni təbrik edib
-
10:51
"Selta" "Lion"u mübarizədən kənarlaşdırdı VİDEO
-
10:35
"Qarabağ"ın səfər, "Neftçi"nin ev sınağı
-
10:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
II Liqada 22-ci turun oyun cədvəli açıqlandı
-
09:47
"Beşiktaş"ın qələbəsi VİDEO
-
09:30
“Neftçi”dən azarkeşlərə çağırış: Novruz ab-havalı fan-zona sizi gözləyir!
-
23:31
"Neftçi" "İmişli" ilə oyuna hazırdır FOTOLENT
-
22:47
"Böyük Dəbilqə": Cüdoçularımızın ilk rəqibləri bəlli olub
-
22:19
U-21 millimizin heyəti açıqlandı
-
21:22
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
-
21:05
"Zirə" "Karvan-Yevlax"a çətinliklə qalib gəldi
-
20:53
"Neftçi" "İmişli" ilə oyuna itki ilə çıxacaq
-
19:36
"Karvan-Yevlax" - "Zirə" matçında tək qol VİDEO
-
19:14
Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan təşkil edib
-
18:48
Füzuli Məmmədov: "Qolumuz sayılmalı idi"
-
18:25
Rəşad Sadıqov: "Təqvimə baxanda qorxulu yuxuya bənzəyir"
-
17:57
Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri başlayıb
-
17:32
I Liqada 19-cu tura yekun vuruldu
-
17:11
“Neftçi” İK vahid lider oldu
-
16:00
Azərbaycanı Barselonada üç paraüzgüçü təmsil edəcək
-
15:47
II Liqada 21-ci turun oyun cədvəli açıqlandı
-
14:26
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
-
14:03
Bakıda beynəlxalq təlim-məşq toplanışı
-
13:34
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək
-
12:18
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
-
11:45
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı
-
11:22
"Trabzonspor"dan səfər qələbəsi VİDEO
-
10:59
Millimizin seçmə mərhələ üçün heyəti
-
10:31
"Liverpul" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Barselona" - "Nyukasl" matçında 9 qol VİDEO
-
20:54
Cüdo Federasiyası tərəfindən 25 klub və idman təşkilatına lisenziya təqdim edilib
-
19:48
"Araz-Naxçıvan" Şamaxıdan 3 xalla qayıtdı VİDEO
-
18:27
"Kimin kiminlə problemi varsa, ora yozur"
-
18:00
Andrey Demçenkodan qələbə şərhi
-
17:39
MOK-da Atletlər Komissiyasının 2026-cı ildə ilk iclası keçirilib
-
17:12
Azərbaycan millisi yenə darmadağın oldu
-
16:55
“Araz-Naxçıvan”dan vacib qələbə
-
16:46
Yeniyetmə cüdoçular üçün maarifləndirici görüş
-
16:21
AFFA 6 klubu cərimələdi
-
15:34
Ayın qolunun müəllifi mükafatlandırıldı
-
14:56
“Sumqayıt” Akademiyasında psixoloq tərəfindən terapiya seansları təşkil olunub FOTOLENT
-
14:28
25-ci turun hakim təyinatları
-
14:13
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər açıqlandı
-
14:00
Yuri Vernidub: “Hakimliyin daha yaxşı olmasını istərdim, amma olan budur”
-
13:49
“Araz-Naxçıvan” - “Neftçi” oyunu Qafarlıya tapşırıldı
-
13:32
AFFA nümayəndələri UEFA-nın seminarında
-
12:57
Riçard Almeydanın yeni klubu bilindi
-
12:26
De Bleker “Barselona” - “Nyukasl” oyununda
-
12:04
Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri keçiriləcək
20.03.2026
19.03.2026
18.03.2026























