5 May 2026, Çərşənbə axşamı
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi

Ölkə futbolu

“Qarabağ” son 12 mövsümdə ilk dəfə…

Azərbaycan kubokunun 1/4 final mərhələsi “Qarabağ”ın məhsuldar çıxışı ilə əlamətdar olub. 
 
Futbolxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi “Sumqayıt”la oyunlarda 11 qol vurub. Evdə 6:0, səfərdə isə 5:2 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun yetirmələri son 12 mövsümdə ilk dəfə eyni rəqibə 11 top vurub.
 
Əyalət klubunun son belə uğuru 2004/05 mövsümündə qeydə alınmışdı. 1/16 final mərhələsinin “Ədliyyə-2” (sonradan “Böyük Vadi” adlanıb) ilə qarşılaşmalarında da “Qarabağ” rəqibini 11 dəfə məyus etmişdi. Ağdamlılar səfərdə 4:1, evdə 7:2 hesablı qələbə qazanmışdı.
 
Əyalət təmsilçisinin tarixində mütləq rekord isə 1997/98 mövsümünə təsadüf edib. 19 il əvvəl 1/16 finalın “Naftalan”la görüşlərində “Qarabağ” 14 qol vurmuşdu – 12:0, 2:1.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31