5 Fevral 2026, Cümə axşamı
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Ölkə futbolu

"Boavişta"nın baş məşqçisi: “Eminin erkən qol vurması…”

Portuqaliya çempionatının XV turu çərçivəsində Azərbaycan millisinin üzvləri - Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" səfərdə "Nasional"ı 2:0 hesabı ilə məğlub edib.
 
Futbolxeber.az-ın məlumatına görə, matçdan sonra qalib komandanın baş məşqçisi Migel Lil jurnalistlərə açıqlama verib: “Fikrimcə, layiqli qələbə qazandıq. Qarşılaşmada 3 və daha çox qol da vura bilərdik, amma nəticədən razıyam. Çatışmayan cəhətlərin üzərində çox işləməliyik”.
 
Çalışdırıcı Eminin qol vurmasından da söhbət açıb: “Görüşə yaxşı start verdik, təzyiqimiz öz nəticəsini verdi. Eminin erkən qol vurması işimizi asanlaşdırdı. Oyunun ritmini itirmədik, hesabı sona qədər qorumağı bacardıq. 3 matç idi ki, qələbənin nə olduğunu bilmirdik, 3 xalı azareşlərimizə həsr edirik. Milad bayramı öncəsi bizdən onlara hədiyyə olsun”.
 
Qeyd edək ki, bu matçda hər iki futbolçumuz meydana start heyətdə çıxıb. 68-ci dəqiqədə sarı vərəqə alan Ağayev sona qədər meydanda qalıb. 12-ci dəqiqədə oyunda hesabı açan Emin 39-da sarı vərəqə alıb, 62-də isə əvəzlənib. Bununla da Mahmudov Portuqaliyada ilk qolunu vurub. "Boavişta" isə hazırda 17 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28