12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Ozobiç Xorvatiya millisində

“Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya milli komandasına çağırılıb.

Futbolxeber.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi 2017-ci ilin yanvarında yığmasının düşərgəsinə yollanacaq. Baş məşqçi Ante Çaçiç “qırmızı-qaralar”ın heyətində özünü yaxşı tərəfdən göstərən orta sahə oyunçusunu sınamaq qərarına gəlib.

Ozobiç Xorvatiya millisinin heyətində “China Cup 2017” turnirində özünü göstərməli olacaq. Çaçiç Filipi yanvarın 10-15-də Nannin şəhərində keçiriləcək turnirə aparacağı heyətə daxil edib.

Turnirdə Çin, Çili, İslandiya və Xorvatiya milliləri mübarizə aparacaq. Ayın 10-da Çin - İslandiya, ertəsi gün Çili - Xorvatiya matçları baş tutacaq. Məğlub olan komandalar yanvarın 14-də 3-cü yer uğrunda matçda qüvvələrini sınayacaq. Qaliblər isə ayın 15-də kubokun qalibini müəyyənləşdirəcək.

Xatırladaq ki, 2016-cı ilin yayından “Qəbələ”də çıxış edən Ozobiç Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas komandada debüt etməyib. Onun debüt matçı “qırmızı-qaralar”ın futbolçusu kimi baş tuta bilər.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30