12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Qriqorçuk: “Bu, möcüzə idi”

"Dəyişməli olan çox şey yox idi. Xeyli qol imkanlarımız oldu. Bu, bir tərəfdən yaxşıdır. Amma digər tərəfdən bunları reallaşdırmaq da lazımdır".
 
Futbolxeber.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun 1/4 finalında AZAL-a qalib gəldikləri oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.
 
Ukraynalı mütəxəssis qış fasiləsində heyətdə hansı dəyişiklik olacağı haqda sualı belı cavablandırıb:
 
"İndidən bunu planlaşdırmaq çətindir. Bəzi cəhdlər olacaq. Qış transfer dönəmində futbolçu tapmaq asan deyil. Buna görə də komandanı gücləndirmək çətinləşir. Biz yayda yeni komanda yaratdıq. Sistemli oynadıq  və Avropa Liqasının qrup mərhələsinə qədər irəlilədik. Bu, möcüzə idi. Sistemli şəkildə çıxış etmək lazımdır". (Qol.az)
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30