23 Noyabr 2024, Şənbə
Elmar Baxşıyevdən qələbə şərhi
"Araz-Naxçıvan" lider oldu
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu

Ölkə futbolu

I divizion tarixində ən məhsuldar oyunlar

Futbol üzrə Azərbaycan I divizionda birinci dövrəyə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, sonuncu - XIII tur “Səbail” - “Bakılı” qarşılaşmasındakı məhsuldarlıqla əlamətdar olub. Meydan sahiblərinin 11:3 hesabı ilə qalib gəldiyi matçda azarkeşlər 14 qol görüb.

Bu, əvvəl I dəstə adlanan aşağı liqa tarixində ən məhsuldar 4 oyundan biridir. Sonuncu dəfə 14 və ya daha çox qolun vurulduğu matç 2000/01 mövsümündə yaşanıb. OİK (Bakı) və “Lokomotiv” (İmişli) arasında görüşdə rekord sayda - 17 qol vurulub. Meydan sahiblərinin 13:4 hesablı qələbəsi I divizion tarixinə ən məhsuldar oyun kimi düşüb.

Ən böyükhesablı qələbə isə 1993/94 mövsümündə qeydə alınıb. “Metallurq” (Sumqayıt)“Göytəpə” (Göytəpə) ilə görüşdə rekord vurub - 15:0. Həmin mövsüm sumqayıtlıların daha bir oyununda yüksək məhsuldarlıq yaşanıb. “Metallurq” 14 qolun vurulduğu görüşdə “Şirvan”ı (Ağdaş) məğlub edib - 13:1.

Qeyd edək ki, bir komandanın “Səbail” - “Bakılı” oyunundakı kimi 11 və ya daha çox qol vurduğu sonuncu matç ötən mövsümə təsadüf edib. “Neftçala” (Neftçala) səfərdə “Energetik”i (Mingəçevir) 12:0 hesabı ilə məğlub edib. Ən azı 9 top fərqinin qeydə alındığı son matç isə cari mövsümdə yaşanmışdı. “Zaqatala” elə “Energetik”in qapısından 10 cavabsız top keçirib.


pfl.az



< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30