Ölkə futbolu
Azərbaycan futbolunda seks qadağası
Müqavilə ilə “Mançestr Siti”yə məxsus, lakin hazırda icarə əsasında “Sevilya”nın şərəfini qoruyan Samir Nəsri ötən həftə Xosep Qvardiolanın futbolçulara qoyduğu qadağalarla bağlı mətbuata açıqlama vermişdi. Yetirmələrinin qida rasionundan tutmuş, intim həyatına qədər hər xırdalığa varan ispan mütəxəssis barədə Nəsri bunları söyləyib: “Ən maraqlısı günlərin bir günü bizə gecəyarısına qədər sekslə məşğul olmağı tapşırması oldu. Məhz bundan sonra rahat yatmaq mümkündü. Dediyinə görə bu qadağa Messi və Levandovskiyə də aid idi. Onların meydanda gümrah olmasının səbəbi də bununla bağlıdı”.
Ümumiyyətlə, Qvardiola kimi bir çox tanınmış məşqçilər - Berti Foqts, Fabio Kapello, Marselo Byelsa da futbolçularına bu cür qadağalar tətbiq ediblər. Bəs görəsən, bizim məşqçilər yetirmələrinin intim həyatına qarışırmı? Bu suala cavab tapmaq üçün onların bəziləri ilə danışdıq.
Öncə, “Sumqayıt”ın baş məşqçisi Samir Abasovu aradıq: “Əlbəttə, bu mövzu ilə bağlı bizim də futbolçulara müəyyən məsləhətlərimiz olur. Xüsusilə, yay və qış təlim-məşq toplanışlarından sonra bu məsələ daha aktual olur. Həmin vaxt komanda üzvlərinə işin tibbi tərəfini başa salıb, hər şeyi açıq-aydın izah edirəm. Burda utanmalı heç nə yoxdu. Bu məsləhətlər xüsusilə gənclərə vacibdi. Təcrübəli futbolçu artıq öz orqanizminə bələddi və onu necə tonusda saxlamağın yolunu bilir. O ki qaldı qadağaya, məncə bu artıqdı. Lap desəm ki, mən bunu sizə qadağan edirəm. Gecə onların yanında olmuram ki... Bu prosesi heç cür nəzarətdə də saxlamaq olmaz. Hər şey futbolçunun özündən asılıdı. Oyun planında “artırmaq” istəyən, gələcəkdə daha böyük klublarda top qovmaq istəyən oyunçular rejimə diqqət yetirməlidi”.
Millidə Robert Prosineçkinin köməkçisi olan Mahmud Qurbanov hələ top qovduğu dönəmdə belə qadağalarla üzləşdiklərini bildirdi: “Hələ sovet dönəmindən bizə deyirdilər ki, oyundan 3 gün əvvəl heç kim heç nə etməməli, içkidən, intim münasibətlərdən kənar qalmalı, rejim gözləməlidi. Qvardiola bu qadağası ilə Amerika kəşf etməyib. Yığma ilə klub fərqlidi. Millinin təlim-məşq toplanışında komanda üzvləri bir oteldə qalır, gecə-gündüz onlara nəzarət olunur. Ölkənin əsas komandasına dəvət olunan futbolçu da bilir ki, rejim gözləməsə, heyətdən kənar qalacaq, millinin qapıları üzünə bağlanacaq. Odu ki, klub məşqçilərindən fərqli, bizim oyunçulara əlavə məsləhət verməyimizə ehtiyac yoxdu”.
Vaxtilə “Xəzər Lənkəran”, “Karvan”, “Standart” kimi klubların “sükanı arxasında” olan Yunis Hüseynovun Qvardiolanın qadağasına reaksiyası belə oldu: “Bu cür məsələlərə münasibət bildirmək istəmirəm. Hər məşqçinin öz iş metodu var. Kim nəyi düz bilirsə, onu da tətbiq edir”.
Hazırkı yerli məşqçilərin arasında ən stajlısı Ağasəlim Mircavadov da “Mançester Siti”nin çalışdırcısının qadağalarını normal qarşıladığını söylədi: “Futbolçular qidalanmasına xüsusi önəm verilməlidi. Bəzi yeməklər var ki, onu qəbul etməklə orqanizmlərinə ziyan vurmuş olurlar. Çox yağlı yemək xüsusilə ziyandı. Misal üçün İsgəndər Cavadov futbol oynayan vaxt kökəlməyə meyilli idi. Bir gün istirahət edəndə ertəsi məşqə 1 kq artıq çəki ilə gəlirdi. Özü də bunu bildiyindən çalışırdı ki, istirahət günü belə ən azı 1 saat yüngül qaçsın. Dəfələrlə mənə zəng vurub bazada məşq etmək istədiyini söyləyirdi. Mən də ona bu şəraiti yaradırdım. Qvardiolanın futbolçunun intim həyatına qarışmasına gəlincə, bu da başadüşüləndi. Hələ SSRİ vaxtında bizim məşqçilər də futbolçularla bu haqda söhbət edirdi. Mən ailəli oyunçularla həmişə bu mövzuda söhbətlər etmişəm. Peşəkar oyunçu karyerası boyunca müəyyən məhrumiyyətlərə dözməlidi. Bunu etməsə, yaşıl meydanlarda uğur qazanmaq çətin olar. Baş məşqçi də komandasının irəli getməsi naminə, oyunçuların fiziki durumunun qaydasında olması üçün belə addımlar atmağa məcburdu”.
RƏŞAD, “Futbol+” qəzeti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
12.11.2026
11.11.2026
10.11.2026
























