18 Yanvar 2026, Bazar günü
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu
U-21 millimiz "Şamaxı"ya uduzdu
"Sumqayıt" "Osiyek"lə bacarmadı

Ölkə futbolu

Rəşad Sadıqov: “Tariximizin ən vacib qələbələrindən birini qazandıq

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avroliqanın qrup mərhələsinin dördüncü turunda PAOK-u 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qələbə münasibətilə təbrik edirik. Hansı hissləri keçirirsən?

- Komandanın tarixinin ən vacib qələbələrindən birini qazandıq. Heç-heçənin bizə sərf etdiyini bilirdik, əsas məğlub olmamağa köklənmişdik. Yaxşı müdafiə olunub, qapandıq və yekunda qalib gəldik.

- Baş məşqçinin tapşırığı öz yerində, sən də kapitan kimi komanda yoldaşlarına demişdinmi ki, rəqib futbolçuların təxribatlarına uyma? İlk dəqiqələrdə də Maksim Medvedev də az qala bu təxribata gedəcəkdi...

- Xoşagəlməz hal yaşandı. Hadisələrə mən də müdaxilə etməli oldum. Rəqibə göstərdik ki, biz burada heç kimdən çəkinmirik. Yeganə çəkindiyim məqam 3-cü dəqiqədə sarı vərəqə alan Maksimin meydandan qovulması ola bilədi. Amma o, təcrübəsindən istifadə edib, sona qədər meydanda qaldı.

- Oyunun əvvəlində qol buraxmamağın matçın gedişində çıxışınıza nə kimi təsiri oldu?

- PAOK-la ilk oyunumuzda da görmüşdük ki, ilk dəqiqələrdən təzyiq göstərirlər. Amma əsas odu ki, qol buraxmadıq.

- Qələbə komandada bir arxaynlıq yaradarmı?

- Matç hələ indi başa çatıb. Bu haqda indidən nəsə demək çətindi.

- 2 il əvvəl İtaliya “İnter”i ilə o məlum matçdan sonra demişdin ki, “bu mənim son şansım idi”. İndi necə düşünürsən?

- Vəsiqəni tam rəsmiləşdirəndən sonra bu suala tam cavab verəcəm.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31