Ölkə futbolu
Prosineçki: “Təəssüf ki, çox sevinməyə vaxtımız yoxdur”
“Dünən də oyunun çətin keçəcəyini demişdim. 90 dəqiqədən sonra xoşbəxt olduğumu dey bilərəm. Komandam əzmkar oynadı. Bu, bütün Azərbaycan üçün vacib qələbədir. Rəqib bizə futbol oynamağa imkan vermirdi. Buna baxmayaraq, futbolçular bütün gücünü meydanda qoydu. Belə çətin rəqib üzərində qələbə qazandıq. Təəssüf ki, çox sevinməyə vaxtımız yoxdur. 3 gündən sonra bizi vacib oyun gözləyir. Komanda əlindən gələni etməlidir ki, Çexiyadan da yaxşı nəticə ilə qayıdaq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində Norveçi 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.
Xorvat mütəxəssis oyunsonrası mətbuat konfransında Çexiya ilə oyunda heyətdə dəyişikliklər edəcəyini bildirib: “Oyundan sonra komanda ilə söhbətimiz oldu. Futbolçulara da bildirdim ki, çox sevinmək üçün vaxtımız yoxdur. Sabah bərpa məşqi etdikdən sonra səfərə yollanacağıq. Çexiya ilə oyunda heyətdə dəyişikliklər olacaq. Bu o demək deyil ki, kimsə zəif oynayıb. Sadəcə, bu oyunda futbolçular çox güc itiriblər. Bütün dünya 3 gündən bir oynayır. Biz də buna öyrəşməliyik. Bu qələbə bizə əlavə motivasiya verir ki, Çexiyadan da sərfəli nəticə ilə qayıdaq”.
Prosineçki oyundan öncə komandası üzərində böyük təzyiq olduğunu vurğulayıb: “Hər bir məşqçi üçün nəticə önəmlidir. Oyundan öncə komanda üzərində təzyiq böyük idi. Çünki hər kəs bidən qələbə gözləyirdi. Rəqibin heyətində yer alan futbolçuların əksəri İngiltərə Premyer Liqasında çıxış edir. Bu gün gözəl oyun göstərməsək də, meydana çıxan hər bir futbolçu əlindən gələni etdi. Ehtiyatda qalan futbolçular da meydanda bütün gücünü qoymağa hazır idilər. Məncə ilk dəfədir ki, Azərbaycan millisi seçmə mərhələyə ardıcıl 2 qələbə ilə başlayıb. Bu münasibətlə bir daha Azərbaycanı təbrik edirəm”.
Millimizin çalışdırıcısı Rauf Əliyev və Araz Abdullayevə şans verməməsi ilə bağlı sualı belə cavablandırıb: “Bu, mənim subyektiv fikrimdir. Məncə Rauf Əliyev və Araz Abdullayev bu gün meydana çıxmağa tam hazır deyil. Yəqin ki, uduzsaydıq da bu sualı yenə mənə ünvanlayacaqdınız. Bəlkə də daha sərt formada. Heyətlə bağlı səhvə yol vermədiyimi düşünürəm. Ufuk Budakı Avstriya toplanışına dəvət etmişdim. Orada o məni oyunu ilə heyətə layiq olduğuna inandıra bilmədi. Ağabala Ramazanova gəldikdə isə o, çox sürətli futbolçudur. Onun oyunundan çox razı qaldım”.
Robert Prosineçki ilk gündən komandasına inandığını bildirib: “İlk gündən mən optimistəm. Komanda ilə tanış olanda da demişdim ki, bu futbolçularla nəticə qazana bilərik. Komandam bunu güclü rəqiblərə qarşı oyunlarda sübut edik. Daha əvvəl İtaliya və Xorvatiya ilə oyunlarda da inamlı təsir bağışlamışdıq. Düzdür, İtaliyaya uduzsaq da, pis oynamamışdıq. Dediyim kimi, komandama inanıram. Düşünürəm ki, zaman keçdikcə, belə qələbələrin sayı artdıqca jurnalistlərin də, azarkeşlərin də yığmaya olan inamı artacaq. Bəlkə də biz möcüzəni birgə reallaşdıracağıq”.
O, azarkeşlərdən razılığını ifadə edib: “Azarkeşlərə minnətdaram. Bu gün stadiondan əla atmosfer var idi. Fanatlar ilk dəqiqədən futbolçuları qələbəyə səsləyirdilər. Bu uğurda onların da böyük rolu var. Ot örtüyü bu gün yaxşı vəziyyətdə deyildi. Dünən hətta problemlə üzləşmişdik. Məcburiyyətdən ehtiyat meydançada məşq etmişdik. Ümid edirəm ki, növbəti görüşlərdə vəziyyət daha yaxşı olacaq. Qələbədən sonra qazondan şikayətlənmək düzgün olmazdı”.
Sonda Robet Prosineçki bir daha 3 gün sonra yığmamızın Çexiyaya qarşı keçirəcəyi matçla bağlı sualı cavablandırıb: “Bu komandanın Avropa çempioantındakı çıxışını canlı izləmişəm. Amma qitə birincliyindən sonra heyətdə ciddi dəyişikliklər olub. Rəqibin heyətində gənclər yer alıb. Çexiya futbol ənənəsi olan ölkədir. Sabahdan Çexiya yığmasının oyununu analiz edəcəyik. Çalışacağıq ki, əzmkar oyunla səfərdən sərfəli nəticə ilə qayıdaq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
12.11.2026
11.11.2026
10.11.2026
























