29 Iyun 2026, Bazar ertəsi
DÇ-2026: 1/16 finalın bütün cütləri
"Qarabağ"dan böyükhesablı qələbə
Bir təyinata sözardı - QEYD
Andrade “Qarabağ”dan getdi

Ölkə futbolu

“Qəbələ” hazırlıqlara start verdi

“Qəbələ” hazırlıqlara start verib. Futbolxeber.az saytının məlumatına görə, Topaz Premyer Liqasının oktyabrın 2-də keçirilən “Qarabağ”la ev oyunundan (2:0) sonra 4 günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda bir araya gəlib.

Günün ikinci yarısında baş tutan məşq prosesi fiziki hazırlıqdan ibarət olub. Məşqdə yalnız milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib.

Baş məşqçi Roman Qriqorçuk məşqlərə əvəzedici heyətin iki futbolçusunu da cəlb edib. Belə ki, 19 yaşlı yarımmüdafiəçi Tural Məmmərzayev və 18 yaşlı müdafiəçi Xəyal Əmirli də əsas komanda ilə məşq edib.

“Qırmızı-qaralar” növbəti məşqini sabah reallaşdıracaq. Komanda meydanda toplu çalışmalarla məşq edəcək.

 

 


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30