10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Qurban Qurbanov üçün rekord

Topaz Premyer Liqasının IV turunun “Qarabağ” - AZAL oyununda qeydə alınan 6:0 hesabı rekordla əlamətdar olub. Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında ən böyük hesablı qələbəsini qazanıb. 2008-ci ildən bu mütəxəssisə güvənən əyalət klubu nəinki son 8, hətta 13 ildə belə qələbə qazanmamışdı. Ağdam klubunun həm tarixində, həm də çempionatdakı sonuncu dəfə 6 və ya daha çox top fərqilə qələbəsi 2003/04 mövsümünə təsadüf etmişdi. 2003-cü il avqustun 8-də Ağdam təmsilçisi “Ədliyyə”ni 7 cavabsız qolla üstələmişdi. “Qarabağ”da 6 top fərqi ilə qələbəsi olmayan Qurbanov üçün bu qələbə baş məşqçilik karyerasının da rekordudur. O, “ağ-göylər”ədək rəhbərlik etdiyi “Neftçi”də də belə fərqlə qələbəyə sevinməmişdi. AZAL isə ölkə çempionatlarındakı antirekordunu təkrarlayıb. AZAL-ın 2005-ci ildən çıxış etdiyi yüksək dəstədə ən ağır məğlubiyyəti 6 top fərqilə olmuşdu. Bakılılar 2011-ci il dekabrın 11-də “Neftçi”yə uduzmuşdu - 1:7. 5 ildən sonra antirekordunu təkrarlayan “təyyarəçilər” Premyer Liqada ikinci dəfə 6 top fərqilə yenilib.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31