Ölkə futbolu
“Qəbələ”nin rəqibini tanıyaq
UEFA Avropa Liqasının ilk üç təsnifat mərhələsini uğurla adlayan “Qəbələ” ardıcıl 2-ci mövsüm pley-offda qüvvəsini sınayacaq. Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” yenidən qrup mərhələsində çıxış etmək uğrunda matçlarda Sloveniyanın “Maribor” klubu ilə görüşəcək. İki il əvvəl Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” bu rəqiblə yoxlama oyununda qüvvəsini sınayıb. Həmin matçda Rafael Santosun qolu “Qəbələ”yə 1:0 hesablı qələbə qazandırmışdı.
“Maribor” eyniadlı şəhəri təmsil edir. Bu klub ev oyunlarını 1952-ci ildə inşa olunan 12 min 702 tamaşaçı tutumuna malik “Lyudski vrt” stadionunda keçirir. 1960-cı il dekabrın 12-də yaradılan klubun tarixi iki hissədən - Yuqoslaviya və müstəqil Sloveniya dönəmlərindən ibarətdi.
Yarandıqdan sonra Sloveniya respublikasının çempionatına qatılan komanda ilk cəhddən 1-ci yeri tutaraq, Yuqoslaviyanın 2-ci liqasında oynamaq hüququ qazanıb. Yüksək liqada debüt isə 1967/1968 mövsümünə təsadüf edib. Ardıcıl 5 il burada çıxış edən “Maribor” 10-cu pillədən yuxarı qalxa bilməyib. Bundan sonra bir daha həmin liqaya qayıtmayan komanda aşağı liqalarda mübarizə aparıb və 1988-ci ilədək, “Branik” şirkəti ilə əməkdaşlığa başlayanadək çətinliklərə sinə gərməli olub. Həmin vaxtdan klubun rəsmi adı “Maribor Branik”ə çevrilib.
1991-ci ildə müstəqillik əldə olunduqda Sloveniyanın yüksək liqasına qatılan klub 25 ildir buranın daimi iştirakçısıdır. “Marubor” bunu bacaran üç Sloveniya klubundan biridir. 1991/1992 mövsümündəki ilk ölkə çempionatında gümüş medal qazanan “bənövşəyilər” demək olar hər il liderlər sırasında olsa da, ilk çempionluğu 1996/1997 mövsümündə əldə edib. Bundan sonra daha 12 dəfə Sloveniya çempionu olan “Maribor” ümumilikdə yarışın 13 qat (1996/1997, 1997/1998, 1998/1999, 1999/2000, 2000/2001, 2001/2002, 2002/2003, 2008/2009, 2010/2011, 2011/2012, 2012/2013, 2013/2014, 2014/2015) qalibidir. 9 dəfə ölkə kuboku (1991/1992, 1993/1994, 1996/1997, 1998/1999, 2003/2004, 2009/2010, 2011/2012, 2012/2013, 2015/2016), 4 dəfə Superkubokunu (2009, 2012, 2013, 2014) qazanan komanda Sloveniyanın ən titullu klubu sayılır. Ardıcıl 5 çempionluq qazanan mariborlular ötən mövsüm kuboku başı üzərinə qaldırsa da, əzəli rəqibi “Olimpiya”nın dirçəlişdən sonra qızıl medalları qazanmasına mane ola bilməyib. Çempiondan 6 xal geri qalan rəqibimiz tarixində 5-ci dəfə gümüş mükafatla kifayətlənib.
“Maribor”un avrokuboklarda debütü 1992/1993 mövsümünə təsadüf edib. Kuboklar kubokunda Malta “Hamrun Spartans”ını (4:0, 1:2) mübarizədən kənarlaşdıran komanda Madrid “Atletiko”sunu Maribora gətirə bilib – 0:3, 1:6. 1999/2000 mövsümündə “Genk” və “Lion” kimi klubları məğlub edən sloveniyalılar tarixində ilk dəfə Çempionlar Liqasının qrupuna yüksəlib. Bunadək hər mövsüm ən azı bir mərhələ adlayan “Maribor” böyük uğurunun ardınca 4 il elə ilk səddə ilişib. 2004/2005 mövsümündə də 2 mərhələ keçən komanda daxili yarışlarda uğursuz çıxış edib. Nəticədə 2005/06 mövsümündə Sloveniya tarixində ilk dəfə avrokuboklardan kənar qalıb. Qitəmiqyaslı turnirlərin indiki formatda keçirilməyə başladığı 2009-cu ildən sonra da rəqibimizin çıxışları kifayət qədər uğurlu alınıb. Ardıcıl 2 mövsüm Avropa Liqasının pley-offuna uduzan “bənövşəyilər” 2011/2012, 2012/2013 və 2013/2014 mövsümlərində bu turnirin qrupunda çıxış edib. 3 il öncə qrupdan çıxan mariborluları 1/16 finalda “Sevilya” dayandırıb – 2:2, 1:2. 2014/2015 mövsümündə isə klub tarixində 2-ci dəfə Çempionlar Liqasının qrupunda oynamaq hüququ qazanıb. Lakin bu dəfə də qrupda qalan komanda növbəti mövsüm elə çıxış etdiyi ilk mərhələdə mübarizəni dayandırıb. Cari mövsümdə yarışa II təsnifat mərhələsindən qatılan “Maribor” əvvəl Bolqarıstan “Levski”si (0:0, 1:1), ardınca Şotlandiya “Aberdin”ini (1:0, 1:1) məğlub edib. Ümumilikdə isə rəqibimiz indiyədək keçirdiyi 136 avrokubok matçında 49 qələbə qazanıb, 32 heç-heçə edib və 55 dəfə uduzub. 176 qol vuran sloveniyalılar 198-ni buraxıb.
gabalafc.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
12.11.2026
11.11.2026
10.11.2026
























