21 May 2026, Cümə axşamı
“Qarabağ”ın çəkisi çox ağırdır”
FİFA referiləri I Liqa oyunlarında
"Xankəndi" çempionluğunu rəsmiləşdirdi
Muaddibi rəsmən “Qarabağ”da

Ölkə futbolu

Adil Şükürov: “Bizi çox çətin mübarizə gözləyir”

Azərbaycan Premyer Liqasında 2016/2017-ci illər mövsümünün püşkü atılıb.  Futbolxeber.az saytının məlumatına görə, “Zirə” ilk turda “Sumqayıt”ı qəbul edəcək. “Zirə”nin baş məşqçisi Adil Şükürovun püşkün nəticəsi ilə bağlı fikirlərini təqdim edirik: “Düzü, ilk turda hansı komanda ilə qarşılaşacağımızın böyük fərqi yox idi. Premyer Liqadakı komandaların hər biri ilə qarşılaşmaq çətindi. Düşünürəm ki, bu mövsüm əvvəlkilərdən daha gərgin olacaq. Komandaların sayı azalsa da, son mövsümü ilk “8-lik”də bitirənlərdi. Biz bu komandaların bir-birinə qarşı necə oynadığını gördük. “Sumqayıt”ın “Qarabağ”ı məğlub etməsi, “İnter”dən səfərdə xal almasını, bizim “Qəbələ” və “İnter” kimi rəqiblərlə oyunlarımızı nümunə kimi göstərə bilərik. Belə qarşılaşmalar çox oldu ötən mövsüm və qarşıdakı çempionatda daha çox olacağı şübhəsizdi. Bizi çox çətin bir mübarizə gözləyir”.

“Qartallar” ötən mövsüm “Sumqayıt”a qarşı keçirdiyi 4 oyundan 3-də qələbə qazanmış, birində isə heç-heçə qeydə alınmışdı (klub saytı).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31