Ölkə futbolu
“İndi demək istəyirəm ki, qarpızımız çox şirin oldu, buyur, ye!”
AFFA Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədov futbolpress.az saytına müsahibə verib. X. Məmmədov ilk öncə Əliyar Ağayevin 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununa təyinat almasına münasibət bildirib:
- Təbrikə görə çox sağ olun. Sevinirəm ki, zəhmətimizin bəhrəsini görürük və görəcəyik. Bu, həm də ağzıgöyçəklərə layiqli cavab oldu.
- Ağzıgöyçəklərə layiqli cavab fikrini bir az da açardınız...
- Bir neçə il əvvəli götürək. Siz də şahidi idiniz, nə qədər hərzə-hədyan şeylər deyirdilər haqqımızda. Guya Azərbaycan hakimliyində iş doğru getmir, idarəçilik bacarmırıq və s. iftiralar, əsassız, qərəzli fikirlər.
- Məsələn, ən yaddaqalan “iftira” hansı olmuşdu?
- “Bostanda qarpız yetişdirirlər, hakim yox”. İndi demək istəyirəm ki, qarpızımız çox şirin oldu, buyur, ye.
- Kifayət qədər sərt atmacadı.
- Biz gecəni gündüzümüzə qatıb, həyəcanla, böyük məsuliyyətlə iş görəndə kənardan rahatlıqla ağzınagələni deyənlərçün hələ çox azdı bu. Artıq ortada məhsul var. Şükür edirəm ki, Əliyar Ağayev belə ciddi təyinat alıb. Yolu açılıb, gələcəyi parlaq olacaq. Söz verirəm, daha yaxşı nəticələrimiz uzaqda deyil.
- Çox emosionalsız. Başadüşüləndi. Ancaq bir məqama aydınlıq gətirin. Deyirlər, Əliyardan əvvəl başqa hakimlər də var idi ki, irəli gedə bilərdilər, siz mane olmusuz. Əliyara da haçansa mane olacaqsız və guya siz müstəqillik dövründə özünüzdən nüfuzlu hakimin tarixə düşməsini istəmirsiz...
- Bunu nə cür dilə gətirə bilirlər? Vicdan buna necə yol verə bilər? Axı mən nə cür və nədən mane olmalıyam? Məgər bu uğura sevinməmək, fəxr eləməmək olar?! Bu cür fikirləri deyənlər necə naqislik edə bilirlər?
- Paxıllıq eləmirsiniz, bu, iftiradı və s. Bəs "iftiraçılar", görəsən, niyə başqa versiyalar düşünmürlər, məhz bu fikrin üstündə dururlar. Od olmayan yerdən tüstü çıxmaz məsəli olmasın...
- Buna iki səbəb var: paxıllıq və savadsızlıq. Paxıllıq ona görə deyirəm ki, işimizlə yaxından maraqlanmamış, nəyin necə edildiyini bilməmiş mütəxəssis fikri bildirirlər. Mütəxəssis bilmədiyi, görmədiyi, məlumatlı olmadığı nədənsə danışmaz. Savadsızlıq da ona görə deyirəm ki, fantaziyaları geniş deyil. Başqa ittiham versiyası düşünməyə ağıl yetmir. Mənim yerimə göz dikiblər. Mən komitənin sədri kimi indi Əliyarın uğuruna görə tərif eşidirəm. Bundan sonra bu təriflər bir ömür bəsimdir. Niyə mane olmalıyam kiminsə qabağa getməyinə? Hanı məntiq? Sarsaq olmaslısan belə cəfəngiyyat səsləndirməkçün. Özləri cılız niyyətlərinin qurbanı olublar, nəfsinə hakim ola bilməyiblər, ona görə də irəli getmək alınmayıb, günahı atırlar Xaqani Məmmədovun boynuna.
- Sizin özünə konqurent görənlərdən başqa, sıravi vətəndaşlar da deyir bu cür fikirləri...
- Sözüm içini bilməyənlərə deyil. İnsanların fikri müxtəlif ola bilər. Hamı Xaqanini sevə bilməz. Zamanla o narazılar da görərlər işimizin nəticəsini, fikirləri dəyişər. Dəyişilər deyirəm, çünki o insanların bunu məqsədli, qərəzli şəkildə etmədiklərini bilirəm, ancaq bəziləri bunu bilərəkdən edir. Gözü götürmür. Mən utanıram belələrinin yerinə.
- Yaxşı, necə oldu Əliyarın təyinatı? Ümumiyyətlə, onun buradək keçdiyi yola qısa nəzər yetirək bəlkə?
- Yadınıza gəlirsə, 4-5 il əvvəl deyirdim ki, Azərbaycan hakimliyi öz sözünü deyəcək. Bax, mən Əliyar Ağayevi nəzərdə tuturdum. İndi təyinat alıbb deyə demirəm adını, siz də şahidsiniz ki, bu, belədir.
- Elədir. Başqa adlar varmı?
- Ən azı daha iki ad var, ancaq onlardan daha şanslısı Əliyar oldu. Təyinatının təşəbbüskarı şəxsən Pyerluici Kollina oldu (UEFA Hakimlər Komitəsinin sədri - red.). Əliyara təbrik mesajı da göndərmişdi. Bu, o deməkdir ki, biz Əliyarın Avropada diqqətdə olduğunu deyəndə haqlı idik. Mən inanıram ki, onun gələcəyi parlaqdı.
- Belə eşitmişik ki, Kiros Vassaras bu təyinata qarşı olub. Mane olmağa, fikir daşındırmağa cəhd edib.
- Doğrudu. Kiros Vassaras yaxşı hakim olub, bir neçə dil bilən biri kimi məşhur idi. Ancaq görünür, bəzi məsələlərdə dil tapa bilmir. Mənə onun qısqanclığı və narahatlığı maraqlı deyil. Başqa istəməyənlər də var. Ad çəkib, əhvalmızı korlamaq istəmirəm. Fakt budu ki, Əliyar çox ciddi təyinat alıb və bundan sonra işi doğru təşkil eləməklə biz onun çox cəzbedici təyinatlarına nail ola bilərik.
- Hazırlıq necə keçir?
- Hər şey qaydasındadı və yüksək səviyyədədi. AFFA rəhbərliyinə təşəkkür edirəm ki, toplanışı bərpa elədi. Düşərgədə əhval-ruhiyə çox yüksəkdi. Əliyarın təyinatını xəbərini səhər iclasında giriş sözü kimi çatdırmışdım, bütün uşaqlar necə sevinirdi, təki görərdiniz. Bu, həm də gənc hakimlərçün böyük stimuldu. Onların yoldaşı irəli gedir. Bundan böyük stimul nə olar ki. Mən hələ də xəbəri ilk eşitdiyim an kimi sevincli və həyəcanlıyam.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























